Hadisə 

Bakıda aktyor əməliyyatdan sonra İFLİC OLDU

Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev iflic olub. Bu barədə Oxu.Az-a açıqlamasında aktyorun qızı Leyla Rəhimli məlumat verib. O bildirib ki, atası fevralın 14-də “EGE Hospital”da spinal stenoz (bel kanalının daralması – red.) diaqnozu ilə əməliyyat olunub. “Əməliyyatdan sonra atam hərəkət qabiliyyətini tamamilə itirib. Hazırda müalicəsi xəstəxanada davam etdirilir”, – deyə o qeyd edib.

Read More
Hadisə 

DİN: Paytaxtın Nərimanov rayonunda “Kalaşnikov” avtomatı, tapança, tüfəng və patronlar aşkarlanıb

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə paytaxt sakini 74 yaşlı V.Usolsevin rayon ərazisində yerləşən evində odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin şəxs polislər tərəfindən saxlanılıb. Onun ünvanından 1 ədəd “Kalaşnikov” avtomatı, 2 tüfəng, 1 tapança və 153 ədəd patron aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. Qeyd olunur ki, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Read More
Hadisə 

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ – ADLARYENİLƏNDİ 2

Ağdamda tortdan zəhərləndiyi ehtimal olunan şəxslərin kimliyi məlum olub. Həmin şəxslər aşağıdakılardır: – 1962-ci il təvəllüdlü Əsədova Gülbuta Şiralı qızı – 2001-ci il təvəllüdlü Əsədov Elçin Ayaz oğlu – 2003-cü il təvəllüdlü Əsədov Elvin Ayaz oğlu – 1993-cü il təvəllüdlü İsmayıllı İsmayıl – 2006-cı il təvəllüdlü Əsədova Türkan – 2006-cı il təvəllüdlü Piriyeva Nəzakət 10.30 Ağdamda altı nəfərin tortdan zəhərlənməsi ehtimalı ilə bağlı araşdırma aparılır. Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. “Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin…

Read More
Hadisə 

İmişlidə 4 yaşlı uşaq iynədən öldü

İmişlidə 4 yaşlı uşaq inyeksiyadan şoka düşərək ölüb. Hadisə İmişli rayonunun Yalavac kəndində qeydə alınıb. Hərarəti qalxan 4 yaşlı qıza kənd tibb məntəqəsində hərarətin düşməsi üçün antibiotik vurulub. Vurulan iynədən şoka düşən uşaq bir neçə dəqiqədən sonra tibb məntəqəsində ölüb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. /APA

Read More
Hadisə 

SON DƏQİQƏ: Restoranda baş verən YANĞIN məhdudlaşdırılıb – VİDEO

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğın məhdudlaşdırılıb. Bu barədə Musavat.com-a FHN-dən bildirilib. Yanğının mürəkkəbliyinə və ərazidə şəxsi avtomobillərin nizamsız park edilməsi səbəbindən yanğınsöndürən texnikaların yanğın yerinə, o cümlədən yanğın su hovuzuna sərbəst yaxınlaşmasında yaranan çətinliyə baxmayaraq, yanğından mühafizə bölmələrinin peşəkarlığı sayəsində yaxınlıqdakı obyektlər, o cümlədən yaşayış binası yanğından mühafizə edilib. Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasının sakinləri təxliyə edilib. Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Read More
Hadisə 

İftara xoruz kəsmək istəyən kişi həyatından oldu

Ankarada xoruz kəsərkən ayağından yaralanan Nurettin Ərdəm qan itkisindən dünyasını dəyişib. Bu barədə Türkiyə mətbuatı məlumat dərc edib. Bildirilir ki, hadisə günorta saatlarında baş verib. İftar üçün xoruz kəsmək istəyən Nurəddin Ərdəm ayağından bıçaqla yaralanıb. Qonşularının köməyi ilə o, xəstəxanaya çatdırılıb. Lakin 58 yaşlı Ərdəm həddindən artıq qan itkisi səbəbindən ölüb. /”Unikal”

Read More
Hadisə 

Bakıda hoteldə dəhşətli cinayət: Uşaqlara film izlədib, qadını pəncərədən atıb – TƏFƏRRÜAT

Bakıda qeyri-rəsmi münasibətdə olduğu xanımı hotelin pəncərəsindən ataraq öldürməyə cəhddə ittiham edilən şəxsin cinayət işinin təfərrüatı məlum olub. Qadın məhkəmədə pəncərədən atılmadığını, özünün yıxıldığını deyib. Musavat.com-un xəbərinə görə, hadisə “AF Hotel”də baş verib. İttihama görə, 1995-ci il təvəllüdlü Şükür Qənbərov 1997-ci il təvəllüdlü Sücayət İbrahimovanı hotelin üçüncü mərtəbəsindəki otağın pəncərəsindən aşağı atıb. Bununla da onu öldürməyə cəhd edib. Şükür Qənbərova qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb. İstintaqla müəyyən edilib ki, tərəflər bir müddət imiş tanış olublar və onlar arasında sevgi münasibəti yaranıb.…

Read More
Hadisə 

Lənkəranda ağır QƏZA: 4 nəfər… – FOTO

Lənkəranda “VAZ-2107” markalı minik avtomobilinin yük avtomobilinin qoşqusuna çırpılması nəticəsində 4 nəfər xəsarət alıb. Hadisə Lənkəran-Boradigah-Masallı avtomagistralının Lənkəran rayonunun Veravul kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, yolda hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili, yol kənarında hərəkətsiz dayanan, içərisi mişar daşı ilə dolu olan yük avtomobilinin qoşqusuna çırpılıb. Qəza nəticəsində minik avtomobilində olan Lənkəran rayonunun Separadi kənd sakinləri 2008-ci il təvəllüdlü F.Əhmədzadə, 2004-cü il təvəllüdlü Ziya Mübariz oğlu Canıyev, 1997-ci il təvəllüdlü Şahrza Həsrət oğlu Rzayev və 1998-ci il təvəllüdlü Fərid Qədir oğlu Əzimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq…

Read More