Hadisə 

Təcili yardım maşınının vurub öldürdüyü oğlan tələbə imiş

Xəbər verdiyimiz kimi, Goranboyda təcili yardım maşını yolu qarşı tərəfə keçən 2004-cü il təvəllüdlü Cahangir Orucovu vurub. Hadisə Bakı-Qazax magistral yolunun Borsunlu kəndindən keçən hissəsində baş verib. Ağır xəsarətlər alan piyada hadisə yerində dünyasını dəyişib. Musavat.com xəbər verir ki, C. Orucov Azərbaycan Dövlət Aqrar Universitetinin IV kurs tələbəsi imiş.

Read More
Hadisə 

Qobustanda keçirilən əməliyyatda xeyli silah-sursat tapılıb

Ədliyyə Nazirliyi Penitensiar xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları birgə əməliyyat-axtarış tədbiri keçirib. PX-dən Musavat.com-a verilən məlumata görə, əməliyyat-axtarış tədbiri nəticəsində İbadov Vaqif İmanxan oğluna məxsus 1 ədəd lüləsi və qundağı kəsik ov tüfəngi, 2 ədəd F-1 markalı əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 1171 ədəd müxtəlif kalibrli patron və 1 ədəd siqnal tapançası Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində dəmiryolunun kənarında sahibsiz tikilinin yaxınlığında aşkar edilərək götürülüb. Əl qumbaraları Fövqəladə Hallar Nazirliyinin Xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları tərəfindən zərərsizləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Xocalıda mina partladı: Müharibə iştirakçısı yaralandı – FOTO

İşğaldan azad olunmuş ərazidə mina partlayıb. ARANTV.AZ  APA-ya istinadla xəbər verir ki, Qarabağ müharibəsi iştirakçısı, “Azərbaycan Bayrağı Ordeni” ilə təltif edilmiş Nağı İmanov mina partlayışı nəticəsində xəsarət alıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım heyəti cəlb edilib. Onun səhhəti ilə bağlı hələlik dəqiq məlumat yoxdur.

Read More
Hadisə 

Azərbaycanda vəzifəli şəxs həbs olundu

Zaqatalada qanunsuz ağac kəsmədə təqsirləndirilən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə Musavat.com-a Baş prokuorluqdan məlumat verilib. Bildirilib ki, Zaqatala rayonu ərazisində ağacların qanunsuz olaraq kəsilməsi faktı ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bir neçə maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Həyata keçirilən tədbirlər nəticəsində toplanmış sübutlar əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “14 N-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Paşayev Rüstəm Kamal oğluna Cinayət Məcəlləsinin 32.3, 259.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsməni…

Read More
Hadisə 

Lerikdə İrandan gətirilən 10 kq narkotik aşkarlanıb

Lerikdə polisin keçirdiyi əməliyyatla 10 kiloqram narkotik aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin cənub regional qrupundan “İki sahil”ə verilən məlumata görə, çətin relyef şəraitindən istifadə edərək qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik vasitənin Bakı şəhərində realizə olunmasının qarşısı polis əməkdaşları tərəfindən alınıb. Qeyd edilən əməli törədən şəxslər – Zülfüqar Süleymanov və Məhəmməd Nağıyev Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb. Onlardan 10 kiloqram marixuana aşkarlanıb. Araşdırmalarla onların narkotik vasitəni şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri və maddi qazanc qarşılığında Bakı şəhərində deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib. Faktla bağlı cinayət…

Read More
Hadisə 

İş adamından rüşvət alan polis bölməsinin rəisi saxlanıldı

Rusiyanın Krasnoyarsk vilayətində biznesmendən rüşvət almaqda şübhəli bilinən keçmiş polis əməkdaşı saxlanılıb. Lent.az yerli mediaya istinadla bildirir ki, İstintaq Komitəsinin məlumatına görə, hadisə 2021-ci ildən 2022-ci ilə qədər olan dövrdə baş verib. Təqsirləndirilən şəxs həmin vaxt istintaq bölməsinin rəisi vəzifəsində çalışıb və o, qanunsuz ağac kəsməkdə ittiham olunan sahibkarın cinayət işinə cəlb edilib. İstintaq zamanı polis iş adamının vurduğu zərərin məbləğini 182 milyon rubldan (3 milyon 454 min manat) 110 milyona (2 milyon 87 min manat) endirəcəyini vəd edib. Ancaq qarşılığında ondan rüşvət müqabilində ev istəyib. Biznesmen razılaşaraq, təxminən 2…

Read More