26 yaşlı gənc faciəvi şəkildə öldü
Daşkəsəndə bədbəxt hadisə baş verib. Hadisə Daşkəsən şəhərində yerləşən binaların birində qeydə alınıb. 26 yaşlı E.Vəliyev binanın 2-ci mərtəbəsinin pilləkənindən 1-ci mərtəbəsinə yıxılıb. Gənc oğlan aldığı ağır xəsarətdən hadisə yerində ölüb. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir./APA.az/
Read More