İdman 

AFFA futbolçunun formasındakı yazıya görə klubu cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. İclasda Premyer Liqasının 2-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib. Qurumun qərarlarına əsasən, “Kəpəz” – “Karvan” oyununda “Karvan”ın heyətində 4 nömrəli futbolçu Olavale Doyeninin futbol formasında adının yazılışında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə edildiyi, komandaya Premyer Liqaya yeni gələn klub olduğuna görə ilk turda güzəşt olunmasına baxmayaraq analoji hal yenidən təkrarlandığı üçün “Karvan” klubu 1500 manat cərimə edilib. Həmçinin “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan”ın heyətində 4 futbolçu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” klubu 700 manat cərimələnib.

Read More
İdman 

Qurban Qurbanov: “Həm qol vurmağa, həm də…”

“Ferentsvaroş” çox təhlükəli rəqibdir. Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Ferentsvaroş”a (Macarıstan) qarşı keçirəcəkləri cavab matçından öncə mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis Bakıdakı görüşə ciddi hazırlaşdıqlarını söyləyib: “Bizim üçün vacib oyundur. Meydanda soyuqqanlı olmalıyıq. İlk oyundakı nəticə üstünlüyümüzü göstərir. “Ferentsvaroş” çox təhlükəli rəqibdir. Yaxşı nəticələrimiz oyun üslubuna görə olub. Meydanda bacardığımız etməyə çalışacağıq. Daha çox topa sahib olmaq istəyirik. Futbolu həm azarkeşlər həm nəticə üçün oynayırıq. Vurulan qollar vacibdir. Həm qol vurmağa, həm də nəticə qazanmağa çalışacağıq”. O, psixoloji hazırlığı qabardıb: “Psixoloji durum vacib detaldır.…

Read More
İdman 

Cüdo üzrə Olimpiya çempionları Xankəndi şəhərinə səfər ediblər.

Olimpiya çempionları Elnur Məmmədli, Hidayət Heydərov və Zelim Kotsoev səfər çərçivəsində şəhər sakinləri ilə görüşüb, burada aparılan tikinti-quruculuq işləri ilə yaxından tanış olublar. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qonaqlar əvvəlcə Qarabağ Universitetini ziyarət ediblər. Onlara bu ali təhsil ocağının yaranma tarixi və fəaliyyəti barədə məlumat verilib. Daha sonra idmançılar Xankəndi stadionuna baş çəkib, burada görülən tikinti işləri ilə maraqlanıblar. Bildirilib ki, yaxın vaxtlarda stadionun yenidənqurma prosesi başa çatdırılacaq. Qeyd edək ki, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində…

Read More
İdman 

Budapeştdə futbol dərsi keçdilər! – deputat “Qarabağ”ın qələbəsindən danışdı

Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda əlamətdar qələbə qazanıb. Qurban Qurbanovun komandası Macarıstanın paytaxtı Budapeştdə “Ferensvaroş”u 3:1 hesabı ilə məğlub edib. Oyunu ilə hər kəsi heyran edən Musa Qurbanlının vurduğu qol, soyuqqanlı geri dönüşü və komandanın ruhuna xüsusi vurğu edən Mustafanın göstərdiyi performans “Qarabağ” komandasının həm iradə, həm məsuliyyət, həm də Azərbaycan ruhunu bir arada nümayiş etdirə bilməsini göstərdi. Avropada qələbə qazana bilməyən millimizə də mesaj açıqdır – belə komanda ilə hər şey mümkündür! Deputat Fazil Mustafa komandanın möhtəşəm qələbəsini yüksək qiymətləndirib və onları “futbolda dərs…

Read More
İdman 

Qurban Qurbanov: “Hesabda üstünlüyümüz olsa da, bu heç kimi aldatmamalıdır”

“Ferentsvaroş”a qarşı hesabdakı üstünlük heç kimi aldatmamalıdır. “Report” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Ferentsvaroş”a (Macarıstan) qarşı keçirdikləri ilk oyundan sonra mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis səfərdə qazanılan qələbənin vacibliyindən danışıb: “Möhtəşəm qələbə münasibəti ilə futbolçularımı təbrik edirəm. Baxmayaqraq ki, gərgin oyuna şahidlik etdik. Futbolçularımız bu qədər azarkeş önündə sona qədər mübarizə apardılar, əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar. Öz azarkeşlərimizə də təşəkkür etmək istəyirəm, bizləri yalnız buraxmadılar. Stadionda çox gözəl ab-hava var idi. Üstünlüyümüz olsa da, hesab heç kimi aldatmamalıdır. Bakıdakı…

Read More
İdman 

“Qarabağ” Çempionlar Liqasından neçə milyon qazandı?

Bu mövsüm də “Qarabağ” Avrokuboklarda uğurla irəliləyir. Komanda artıq Çempionlar Liqasının play-off mərhələsinə vəsiqə qazanıb. Klub ölkəmizə reytinq xalı qazandırmaqla yanaşı büdcəsini də xeyli zənginləşdirib. Təsadüfi deyil ki, komanda Çempionlar Liqasında play-off mərhələsinə yüksəlməklə birbaşa olaraq UEFA-dan 4 milyon 310 min avro alacaq. Bu təxminən 8,6 milyon manat olacaq. Vəsait Avroliqanın qrup mərhələsində iştiraka görə verilir. Komanda əgər Çempionlar Liqasının əsas mərhələsinə düşərsə, UEFA-dan əlavə 18 milyon 620 min avro gəlir əldə edəcək ki, bu da 37 milyon manata yaxın vəsait deməkdir. Ağdam təmsilçisi play-off mərhələsində məğlub olsa belə, yenə…

Read More
İdman 

Qurban Qurbanov: “Qarabağ”ın böyük hesabla qələbə qazanmasını istəyirdim”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının “Şkendiya” üzərində böyük hesabla qələbə qazanmasını istəyib. “Report” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Şkendiya”ya (Şimali Makedoniya) qarşı keçirdikləri cavab oyundan sonra mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis pley-off mərhələsinə yüksəlməyin sevindirici olduğunu söyləyib: “Qarabağ” göstərdiyi oyunla sübut etdi ki, Çempionlar Liqasında mübarizəni davam etdirmək istəyir. Stadionda da əsl Çempionlar Liqası ab-havası var idi. Baxımlı oyuna şahidlik etdik. Baxmayaraq ki, qarşılaşmanın əvvəlində qol buraxdıq. Buraxdığımız qolda texniki səhvə yol vermişdik. Sevindirici haldır ki, daha sonra oyunda…

Read More
İdman 

“Qarabağ” öz meydanında “Şkendiya”nı darmadağın etdiVİDEOCANLI YAYIM

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Şkendiya”ya (Şimali Makedoniya) qalib gələn “Qarabağ” növbəti pley-off-a adlayıb. “Report” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə bitib. Görüşdə hesabı qonaqlar açıblar. 10-cu dəqiqədə Fabris Tamba adını tabloya yazdırıb. 5 dəqiqə sonra rəqibin heyətində Klisman Sake avtoqol müəllifi olmaqla hesaba tarazlıq gətirib. Daha sonra müvafiq olaraq fərqlənən Kadi Borges (18), Nəriman Axundzadə (33), Marko Yankoviç (35) və Leandro Andrade (59) “Qarabağ”ın qələbəsində pay sahibi olublar. Qeyd edək ki, Skopyedəki ilk oyunda Azərbaycan çempionu 1…

Read More
İdman 

Tanınmış idmançıya FHN-də VƏZİFƏ VERİLDİ

Məşhur idmançıya Fövqəladə Hallar Nazirliyində (FHN) vəzifə verilib. Pauerliftinq üzrə dünya və Avropa çempionu olmuş Rövşən Məqsəd oğlu Xəlilov FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin döyüş və xüsusi hazırlıq idarəsinin fiziki hazırlıq şöbəsinin rəis müavini vəzifəsinə təyin olunub. Qeyd edək ki, pauerliftinq üzrə altıqat dünya və üçqat Avropa çempionu olmuş R.Xəlilov Azərbaycan Respublikasının fəxri idman ustasıdır. /oxu.az

Read More
İdman 

Qurban Qurbanov fenomeni – Əfsanəvi məşqçinin uğur hekayəsinin sirri…

Azərbaycan futbolu öz tarixində çoxsaylı istedadlı oyunçular və məşqçilər yetişdirib. Amma onların arasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun adı xüsusi yer tutur. O, sadəcə bir futbolçu və məşqçi deyil, həm də ölkənin idman tarixində ən nüfuzlu və hörmətli simalardan biridir. Zaqatalanın kiçik bir kəndindən çıxıb Avropanın ən mötəbər arenalarında ölkəsini təmsil edən Qurbanovun hekayəsi əzmkarlıq və qətiyyət nümunəsidir. O, uzun illərdir ki, Azərbaycan futbolunun inkişafına xidmət edir, gənc nəsillərə örnək olur. Uşaqlıq illəri və futbola ilk addımlar Qurban Qurbanov 13 aprel 1972-ci ildə Zaqatala rayonunda anadan olub. Uşaqlıqdan futbola, topa olan…

Read More