İdman 

Yardımlı Olimpiya Kompleksinə direktor axtarılır

Gənclər və İdman Nazirliyi “Yardımlı Olimpiya İdman Kompleksi” MMC-nin direktoru vəzifəsinə vakansiya elan edib. ARANTV.AZ xəbər verir ki, 50 yaşadək olan namizədlərdən idman sahəsində 2 il olmaqla ümumilikdə 6 il iş stajı tələb olunur. Müraciət etmək istəyənlər CV (foto ilə), şəxsiyyət vəsiqəsinin və ali təhsil haqqında diplomun surətini martın 5-dək müvafiq ünvana göndərməlidir.

Read More
İdman 

2022-ci il Qış Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilir – CANLI

Pekində 2022-ci il Qış Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilir. Təntənəli tədbir 2008-ci ildə inşa edilmiş Pekin Milli Stadionunda təşkil olunub. Arena bu Olimpiadanın açılışına da ev sahibliyi edib. Qeyd edək ki, yarışların yekun nəticələrinə əsasən, ölkələrin ümumi sıralamasında 37 medalla (16 qızıl, 8 gümüş, 13 bürünc) Norveç birinci, Almaniya (12 qızıl, 10 gümüş və 5 bürünc medal) ikinci, Rusiya isə 32 medalla üçüncü olub. Medal əyarına görə isə ilk üçlüyü 9 qızıl, 4 gümüş və 2 bürünclə ev sahibi Çin tamamlayıb.  

Read More
İdman 

İnam Kərimov federasiya prezidenti oldu – YENİLƏNİB

Xəbər verdiyimiz kimi, kənd təsərrüfatı naziri İnam Kərimov Ağır Atletika Federasiyasının prezidenti seçilib. ARANTV.AZ xəbər veriri ki, kənd təsərrüfatı naziri Səbuhi Mehdizadə vitse-prezident, Anar Hüseynov, Nihad Məmmədli, Asif Məmmədov və Aydın Ağaəliyev İdarə Heyətinə üzv seçiliblər. Qeyd edək ki, Səbuhi Mehdizadə həmçinin Stolüstü Tennis Federasiyasının da vitse-prezidentidir. 11:19 Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) yeni prezidenti seçilib. ARANTV.AZ xəbər verir ki, bu, kənd təsərrüfatı naziri İnam Kərimovdur. Qeyd edək ki, o, bu postda  “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovu əvəzləyib.

Read More
İdman 

BƏRDƏ ATLETLƏRİNİN YENİ QƏLƏBƏSİ!

Bakıda keçirilən atletika idman növü üzrə yüksək nəticələr əldə ediblər. ARANTV.AZ  xəbər verir ki, 09 -11 fevral 2022-ci il tarixlərində Bakı şəhərində atletika idman növü üzrə 2007-2008-ci il təvəllüdlü oğlanlar və qızlar arasında keçirilən ölkə qış birinciliyində Bərdə rayonunu T.Qurbanov adına Xanqaraqoyunlu kənd tam orta məktəbin komandası (baş məşqçi Nizami İsayev) təmsil edərək yüksək nəticələr göstərmişdilər. Belə ki, Məmmədli Rasim Müşfiq oğlu – I yer (400 metr), III yer (60 metr),Mustafayeva Bahar Ceyhun qızı – II yer (60 metr), II yer (200 metr) , Vəliyev Elgün Oktay oğlu – II…

Read More
İdman 

İdman liseyinin yetirmələri Avropa turnirindən 2 medal qazanıb

12-13 fevral 2022-ci il tarixlərində Bosniya və Herseqovinyanın paytaxtı Sarayevo şəhərində cüdo idman növü üzrə açıq Avropa turniri keçirilib. 26 ölkə, 331 idmançının (197 kişi,134 qadın) mübarizə apardığı açıq Avropa turnirində Azərbaycan yığma komandası da iştirak edib. Turnirdə Təhsil Nazirliyinin 1 nömrəli idman liseyinin idmançıları, gənclərdən ibarət cüdo üzrə Azərbaycan milli yığma komandasının tərkibində ölkəmizi təmsil edən 60 kq çəki dərəcəsində Turan Bayramov qızıl, həmin çəki dərəcəsində Samir Piriyev isə gümüş medal qazanıb.

Read More
İdman 

Mədət Quliyev Azərbaycan Kubokunun qaliblərini mükafatlandırıb – FOTO

Şose velosipedi üzrə Azərbaycan Kubokunun 1-ci mərhələsi başa çatıb. Bu barədə Azərbaycan Velosiped İdman Federasiyası məlumat yayıb. Bildirilib ki, üç yaş kateqoriyası üzrə 60-a yaxın idmançının iştirak etdiyi yarışın 2-ci günündə velosipedçilər qrup ötüşməsində ən güclüləri müəyyən ediblər. 17 yaşadək qızların 32 km məsafəyə mübarizəsi 7 saylı Olimpiya Velosiped Məktəbinin üzvü Ayan Məmmədzadənin qələbəsilə başa çatıb. Oğlanlar arasında isə Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçisi Ravi Rzayev 1-ci yeri tutub. Gənc oğlanların 64 km məsafəyə yarışında Respublika Olimpiya Velosiped Məktəbinin nümayəndəsi Kamran Mirzəxanov finiş xəttini 1-ci keçib. U23/Elit yaş kateqoriyasında Müdafiə Sənayesi…

Read More
İdman 

Sahil Babayev Boks Federasiyasında ilk iclasını keçirdi – FOTO

Bu gün Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Sahil Babayevin sədrliyi ilə qurumun İdarə Heyətinin ilk iclası keçirilib. Tədbirdə qarşıda duran prioritet məsələlər müzakirə edilib. ARANTV.AZ xəbər verir ki, federasiya prezidenti qurumun fəaliyyəti, ölkəmizdə boksun daha da inkişafı üçün konsepsiyanın hazırlanması ilə bağlı tapşırıqlar verib. S.Babayev boks idman növünün Azərbaycandakı coğrafiyasının genişləndirilməsinin vacibliyini önə çəkib. O vurğulayıb ki, kütləviliyi təmin etmək və maddi-texniki bazanın gücləndirilməsi əsas amillərdən biridir. Nazir məşqçilərə, boksçulara, hakimlərə, həmçinin idmançıların sağlamlığına cavabdeh olan tibb işçilərinə xüsusi diqqətin ayrılması ilə bağlı göstərişlər verib. Federasiya prezidenti İdarə Heyəti ilə bu…

Read More
İdman 

Yarışların ən yüksək səviyyədə hazırlanmasına görə Bakıya təşəkkür edirəm – Tatyana Şuyska

Yarışların ən yüksək səviyyədə hazırlanmasına görə Bakıdakı Yerli Təşkilat Komitəsinə təşəkkürümü bildirmək istəyirəm. ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitəsinin üzvü, hazırkı yarışların Texniki Nümayəndəsi Tatyana Şuyska Batut gimnastikası üzrə Dünya kubokunun açılış mərasimində çıxışı zamanı deyib. “Çoxlu sevinc dolu parıldayan gözləri və gözəl gülüşləri görmək üçün burada olmağıma çox şadam! Bu gün mən fəxr edirəm ki, Beynəlxalq Gimnastika Federasiyası (FIG) adından Bakıdakı bu heyrətamiz Milli Gimnastika Arenasında 2022-ci ildə Batut Gimnastikası üzrə Dünya Kubokunun bütün rəsmilərini, gimnastlarımızı və məşqçilərimizi salamlayıram. Bizə yeni qoşulan Hindistan və İranı…

Read More