İdman 

Reşford Avropa çempionatının final oyunundan sondan bir neçə gün yataqdan qalxmayıb

“Mançester Yunayted”in və İngiltərə millisinin hücumçusu Markus Reşford 2020-ci ilin Avropa çempionatının finalında İtaliyaya məğlub olduqdan sonra ciddi psixoloji sarsıntı keçirib. Mənbənin sözlərinə görə, 24 yaşlı ingilis AVRO-2020 finalından sonra bir neçə gün yataqdan qalxmayıb, daha sonra kömək üçün psixoloqa müraciət edib. Xatırladaq ki, finalda hücumçu penalti seriyasından yararlana bilməyib. Markus Reşford bu mövsüm “Mançester Yunayted”in heyətində 15 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Mənbə: Sport-express

Read More
İdman 

Novak Cokoviç həbs edildi – YENİLƏNİB

Serb tennisçi Novak Cokoviçin həbs edildiyi bildirilir. Bu barədə jurnalist Kseniya Pavloviç MakAtiir onun atası Srcan Cokoviçə istinadla “Twitter” hesabında yazıb. Jurnalist qeyd edib ki, çıxarılan hökmə baxmayaraq, idmançı həbs edilib. Onu deportasiya etmək istəyirlər. 11:42 Serb tennisçi Novak Cokoviçin apellyasiya şikayəti təmin edilib. Melburndakı Avstraliya Federal Məhkəməsi bu ölkəyə vizasının ləğvi və ölkənin sərhədindən deportasiya qərarının qanuni olmasına etiraz edən serb tennisçi Novak Cokoviçin apellyasiya şikayətini təmin edib. Bu barədə iclasın onlayn yayımı zamanı hakim Entoni Kalli məlumat verib. Federal Dairə Məhkəməsinin hakimi beş saat davam edən iclasdan sonra Avstraliya…

Read More
İdman 

Dünyanın bir nömrəli tennisçisinin apellyasiya şikayəti təmin edildi

Serb tennisçi Novak Cokoviçin apellyasiya şikayəti təmin edilib. Melburndakı Avstraliya Federal Məhkəməsi bu ölkəyə vizasının ləğvi və ölkənin sərhədindən deportasiya qərarının qanuni olmasına etiraz edən serb tennisçi Novak Cokoviçin apellyasiya şikayətini təmin edib. Bu barədə iclasın onlayn yayımı zamanı hakim Entoni Kalli məlumat verib. Federal Dairə Məhkəməsinin hakimi beş saat davam edən iclasdan sonra Avstraliya hökumətinin serb tennisçinin vizasının ləğv edilməsi barədə qərarını dəyişib. Məhkəmə qərarı ilə həmçinin müttəhimin bütün məhkəmə xərcləri ödənməli və Cokoviçin 6 yanvar 2022-ci ildən qaldığı miqrantlar üçün oteldən dərhal azad etmək üçün bütün lazımi addımlar atılmalıdır. Serb…

Read More
İdman 

FHN-in karate komandasının idmançıları respublika çempionatında uğur qazanıblar – FOTO

2022-ci ilin yanvarın 9-da Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsindəki İdman-sağlamlıq klubunda Azərbaycan Karate Federasiyaları Assosiasiyasının və Milli Karate Federasiyasının təşkilatçılığı ilə böyüklər arasında karate üzrə 29-cu respublika çempionatı start götürüb. Çempionatda 20-ə yaxın komandadan 150-ə yaxın idmançı mübarizə aparıb. Yarışda FHN-in İdman-sağlamlıq klubunun karate komandasının 14 idmançısı mübarizə apararaq yüksək nailiyyətlərə nail olublar. Belə ki, 75 kq çəki dərəcəsində kişilər arasında karate komandasının üzvü Tural Ələkbərli şəxsi kumite yarışlarında bütün rəqiblərinə qalib gəlib, fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medalın sahibi olub. +84 kq çəki dərəcəsində isə şəxsi kumite…

Read More
İdman 

Əməkdar idman xadimi vəfat etdi – FOTO

Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib. ARANTV.AZ xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar bədən tərbiyəsi və idman xadimi Tofiq Babanlı bu gün ömrünün 85-ci ilində vəfat edib. Tofiq Xanlar oğlu Babanlı 14 fevral 1937-ci ildə Naxçıvan şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda (ADBTİ) davam etdirib.1960-cı ildə institutu bitirdikdən sonra Bakı Uşaq Gənclər İdman Məktəbində boks üzrə məşqçi-müəllim kimi əmək fəaliyyətinə başlayıb. Uzun illər müxtəlif idman cəmiyyətlərində və Yüksək İdman Ustalığı Məktəbində baş məşqçi vəzifəsində çalışıb. Respublika yığma komandasına rəhbərlik edib.…

Read More
İdman 

Erməni boksçu rinqdə aldığı zərbədən ölüb – VİDEO

“Nokautların kralları” turnirində başından ağır zədə alan erməni əsilli rusiyalı boksçu Arest Saakyan ölüb. İdmançının ölümü barədə onun bacısı sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, turnir dekabrın 26-da keçirilib. Döyüş zamanı aldığı zədədən komaya düşən idmançı 10 gün ərzində komada qalıb və huşu yerinə gəlməyib. Mənbə: Gazeta.ru

Read More
İdman 

Gənclər və İdman Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiqləndi

Gənclər və İdman Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiqlənib. ARANTV.AZ  xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Kollegiyanın tərkibi aşağıdakı kimidir: Kollegiyanın sədri Azərbaycan Respublikasının gənclər və idman naziri Kollegiyanın üzvləri: Azərbaycan Respublikası gənclər və idman nazirinin müavinləri Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Gənclər və İdman Nazirliyinin Aparatının rəhbəri Gənclər və İdman Nazirliyi Aparatının gənclərlə iş şöbəsinin müdiri Gənclər və İdman Nazirliyi Aparatının idman şöbəsinin müdiri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və…

Read More
İdman 

“Sumqayıt” komandasının yeni baş məşqçisinin təqdimat mərasimi olub – VİDEO

“Sumqayıt” futbol klubu yeni baş məşqçisini ictiamiyyətə təqdim edib. Komandanın yeni çalışdırıcısı belaruslu tanınmış məşqçi Aleksey Baqadır. Mətbuat konfransında media nümayəndələrinin suallarını cavablandıran 40 yaşlı mütəxəssis komanda ilə yaxından tanış olduğunu deyib. O bildirib ki, komandanın yarış cədvəlindəki yeri onu qorxutmur. Daha ətraflı Baku TV-nin süjetində:

Read More
İdman 

BOK: 2022-ci il Olimpiadası təxirə salınmayacaq

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax qarşıdan gələn Pekin Qış Olimpiya Oyunlarının taleyi ilə bağlı açıqlama verib. “İdmançıların arzularının puç olmaması üçün hər şeyi edəcəyik. Lakin bunun üçün Oyunlarda müəyyən edilmiş təhlükəsizlik həyat tərzinə çevrilməlidir”, – deyə Bax təşkilatın mətbuat konfransında bildirib. Qeyd edək ki, bir müddət öncə İsveçrə Olimpiya Komitəsi BOK-dan idmançılar arasında koronavirusa yoluxma hallarının artması səbəbindən 2022-ci il Olimpiadasının təxirə salınması variantını nəzərdən keçirməyi xahiş etmişdi. Xatırladaq ki, Qış Olimpiya Oyunları 2022-ci il fevralın 4-dən 20-dək keçiriləcək. Pekin həm Yay, həm də Qış Oyunlarına ev sahibliyi edən…

Read More
İdman Region Xəbərləri 

Bərdə İdman İctimaiyyətinə ağır itki baş vermişdir-FOTO

Sərbəst güləş üzrə idman ustası , müxtəlif miqyaslı yarışların mükafatçısı, rayonumuzda güləşin inkişafında böyük rolu olmuş Bərdə Olimpiya İdman Kompleksinin direktor müavini Eldar Əliyev vəfat etmişdir. Bərdə Rayon Gənclər və İdman İdarəsinin kollektivi və İdman İctimaiyyəti adından mərhumun ailəsinə başsağlığı verir , səbr diləyirik! Allah rəhmət eləsin!

Read More