BOK: 2022-ci il Olimpiadası təxirə salınmayacaq

BEIJING, CHINA - FEBRUARY 26: People wear protective masks as they walk front the logos of the 2022 Beijing Winter Olympics at Yanqing Ice Festival on February 26, 2021 in Beijing, China. The Festival comes at the final day of the Chinese Lunar New Year celebrations. (Photo by Lintao Zhang/Getty Images)

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax qarşıdan gələn Pekin Qış Olimpiya Oyunlarının taleyi ilə bağlı açıqlama verib.

“İdmançıların arzularının puç olmaması üçün hər şeyi edəcəyik. Lakin bunun üçün Oyunlarda müəyyən edilmiş təhlükəsizlik həyat tərzinə çevrilməlidir”, – deyə Bax təşkilatın mətbuat konfransında bildirib.

Qeyd edək ki, bir müddət öncə İsveçrə Olimpiya Komitəsi BOK-dan idmançılar arasında koronavirusa yoluxma hallarının artması səbəbindən 2022-ci il Olimpiadasının təxirə salınması variantını nəzərdən keçirməyi xahiş etmişdi.

Xatırladaq ki, Qış Olimpiya Oyunları 2022-ci il fevralın 4-dən 20-dək keçiriləcək. Pekin həm Yay, həm də Qış Oyunlarına ev sahibliyi edən ilk şəhər olacaq.

Mənbə: kp.ru