İdman 

“Qarabağ”ın mükafatı bu tarixdə veriləcək

Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün qalibi “Qarabağ” mükafatlandırılacaq. Milli.Az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, tədbir 18 mayda “Azərsun Arena”da keçiriləcək. 35-ci tur çərçivəsində, saat 19:00-da start götürəcək “Kəpəz”lə oyundan sonra stadionda təltifetmə mərasimi baş tutacaq. “Qarabağ”a çempionluq kuboku və qızıl medallar təqdim olunacaq. Azərbaycan 1-ci Liqasında 2024/2025 mövsümünün qalibi olan “Qəbələ”yə isə qızıl medallar 26-cı turda təqdim olunacaq. Təltifetmə mərasimi 15 mayda Qəbələ şəhər stadionunda baş tutacaq. “Qəbələ” saat 16:00-da start götürəcək “Zaqatala” ilə qarşılaşmadan sonra çempionluq kuboku və medallarla mükafatlandırılacaq.

Read More
İdman 

“Bəzən danışırıq ki, bizim oyunçulara dəyməyin” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 34-cü turunda “Araz-Naxçıvan”a 2:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib. Milli.Az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib ki, texniki səhvlər çox olub: “Amma ümumən yaxşı diqqət, konsentrasiya var idi. Qələbə qazanmaq istəyirdilər. Futbolçularımın oyuna yanaşmasından razı qaldım. Bəzi oyunçular oyun ritmindən uzaq idilər. Amma 90 dəqiqə ərzində qalib gəlmək üçün xeyli güc sərf etdilər. Rəqibə uğurlar arzu edirəm”. Mütəxəssis bildirib ki, yerli çempionatda yaxşı legionerlər var: “Mənim diqqətimi cəlb edənlər var. Amma əfsuslar olsun ki, o oyunçular…

Read More
İdman 

Rəşad Sadıqov: “Onlar Azərbaycan futbolunun düşmənləridir”

“Bu gün süni ot örtüyü çətinlklər yaradırdı. Buna baxmayaraq, futbolçularım istəkli, intizamlı idilər. Bilirdilər ki, sonuncu yerin müqəddəratı həll olunur. Biz peşəkarlığı qoruduq”. Bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının XXXIV turunda “Səbail”lə oyundan (1:0) sonra bildirib. Təcrübəli çalışdırıcı “Zirə”də çalışdığı 5 ili şərh edib: “Əslində, bu mövzuya bir mətbuat konfransı yetməz. Bu mövsüm nə qədər xal qazanmağımızın fərqi yoxdur. Ötən il 55 xal toplamışdıq. Amma fərqi yoxdur 70, 90 xal yığaq. Qarşımızda 2-ci yeri tutmaq vəzifəsi qoyulmamışdı. İstərdik ki, imkan daxilində daha çox qələbələrimiz olsun. Bizdə…

Read More
İdman 

“Qalatasaray”ı “Trabzonspor” da dayandıra bilmədi

Türkiyə Superliqasında 35-ci turun növbəti oyunu keçirilib. Milli.Az xəbər verir ki, “Trabzonspor” evdə “Qalatasaray”ı qəbul edib. Görüş “Cim-bom”un 2:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda qolların müəllifi Abdulkerim Bardakçı və Alvaro Morata olub. Xallarını 86-ya çatdıran “Qalatasaray” turnir cədvəlinin lideridir. “Trabzonspor” isə 46 xalla səkkizinci yerdədir.  

Read More
İdman 

“Qarabağ” ÇL-ə ikinci təsnifatdan başlayacaq? – UEFA-nın Komitə üzvündən açıqlama

“Əslində, “Qarabağ”ın növbəti mövsüm Çempionlar Liqasına ikinci təsnifat mərhələsindən başlamaq şansı hələ də qalır. Amma bu, yayılan xəbərlərdə olduğu kimi deyil”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında UEFA-nın Yarışların Keçirilməsi Komitəsinin və “Qarabağ”ın İdarə Heyətinin üzvü Asif Əsgərov deyib. Qurum rəsmisi “Qarabağ”ın UEFA Çempionlar Liqasının təsnifat mərhələsinə 2-ci təsnifatdan mərhələsindən başlayacağı ilə bağlı xəbərlərə aydınlıq gətirib. O bunun hələ tam dəqiqləşmədiyini bildirib: “Fransa çempionu PSJ-nin ÇL finalına vəsiqə qazanması ilə UEFA balanslaşdırma həyata keçirəcək. Bu nə deməkdir? Qitənin ən nüfuzlu klub turnirində ölkə reytinqlərinə və klub reytinqlərinə görə boşalan yerlərin doldurulması baş verəcək.…

Read More
İdman 

Leyla Əliyeva və Arzu Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında turnir keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın təşəbbüsü ilə uşaq evlərində tərbiyə alan 10-12 və 13-15 yaşlı oğlan və qızlardan ibarət komandalar arasında “Dostluq Kuboku” minifutbol turniri keçirilib. “İki sahil” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, turnir uşaqların fiziki və psixoloji inkişafına dəstək vermək, onlarda komanda ruhunu, özünəinamı və sosial bacarıqları gücləndirmək məqsədi daşıyıb. AFFA-nın təşkilatçılığı ilə baş tutan yarışda Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən 1, 2 və 3 saylı Uşaq evlərinin komandaları güclərini sınayıblar. Qızlar və oğlanlar…

Read More
İdman 

“İnanmıram ki, o, belə göstəriş versin” – Qurban Qurbanov

“Qarabağ” Azərbaycan Premyer Liqasının 33-cü turunda öz meydanında “Sumqayıt”a 2:0 hesabı ilə qalib gəlib. Milli.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: – Futbolçularımı təbrik edirəm. Çoxdandır “Azersun Arena”da oynamırdıq. Bura qələbə ilə geri dönmək pis olmadı. Qarşımızda istəkli rəqib var idi. Daha baxımlı oyun ola bilərdi. Amma ən azından yaxşı mübarizə oldu. Meydanda 90 dəqiqə belə mübarizənin getməsi sevindiricidir. – Bu gün 15 yaşlı Amin Rzayevə şans verdiniz. Növbəti oyunlarda da ona şans veriləcək? – Xeyli vaxtdır bizimlə məşq…

Read More
İdman 

Güney Azərbaycanın simvolu “Traktor” klubu – ŞƏRƏF DOSYESİ

Güney Azərbaycanın futbol simvolu olan “Traktor” klubu ötən gün İranın ən yüksək liqası – Fars Körfəzi Pro Liqasında ilk dəfə çempion olaraq tarix yazdı. Qəzvində “Şəms Azər” komandasını 4:0 hesabı ilə məğlub edən “Traktor” mövsümün bitməsinə iki tur qalmış çempionluğunu rəsmiləşdirdi. Bu tarixi nailiyyətin baş memarı xorvatiyalı baş məşqçi Draqan Skoçiçdir. 2024-cü ilin iyulunda komandaya rəhbərlik etməyə başlayan Skoçiç mövsüm ərzində keçirdiyi 28 oyunda 20 qələbə, 4 heç-heçə və 4 məğlubiyyətlə 2.29 xal ortalaması toplayaraq komandanı zirvəyə yüksəldib. Komandanın əsas oyunçuları arasında xorvat hücumçu Domaqoj Drozdek və iranlı yarımmüdafiəçi Əmirhüseyn…

Read More
İdman 

Qurban Qurbanovu HƏDƏF seçənlərə ŞİLLƏ KİMİ CAVAB

“Son dönəmlər Qurban Qurbanov niyə hədəf seçilib” sualına cavab tapmaq üçün “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevlə əlaqə saxladıq. A. Hacıyev Musavat.com-a bildirdi ki, o istiqamətdə həmişə belə hadisələr olub: ““Qara piar”ın mənbəyi ilə bağlı məsələyə indiki məqamda münasibət bildirə bilməyəcəyəm. Həm Qurban Qurbanovun, həm də komandamızın istiqaməti bəllidir. Biz fikrimizi futbola yönləndirmişik. İlk mövsümlük əsas hədəflərdən birinə çatmışıq. Komandamız çempion olub. Növbəti hədəfimiz Azərbaycan kubokunun qalibi olmaqdır. Bütün fikrimizi buna yönləndirmişik. Çalışırıq kənar məsələlərlə özümüzü yormayaq. Fikrimiz futboldadır – həm Qurban Qurbanovun, həm futbolçuların, həm də idarəçilərin. Nəticələr göz önündədir”.

Read More