İdman 

“Yaxşı oyunla qalib gəlmək mümkündür”- Bəhlul Mustafazadə

Azərbaycan milli komandasının müdafiəçisi Bəhlul Mustafazadə Macarıstanla yoldaşlıq oyunundan öncə keçirilən mətbuat konfransında iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, 28 yaşlı futbolçu oyundan öncə fikirlərini bölüşüb:

– Sabah bizi çətin oyun gözləyir. Rəqib güclü komandadır. Onlara qarşı yaxşı oyun göstərməyə çalışacağıq.

– “Sabah”la kubok matçındakı yorğunluq Latviya ilə oyunda öz təsirini göstərdi?

– Xeyr, heç bir təsir göstərmədi.

– Macarıstanı məğlub etmək nə dərəcədə realdır?

– Məqsədimiz baş məşqçinin tapşırıqlarını yerinə yetirmək qələbə üçün çalışmaqdır. Yaxşı oyunla qalib gəlmək mümkündür.

Daha çox xəbərlər