İdman 

PFL-dən “Qarabağ” – “Sabah” oyunu üçün maraqlı anons – VİDEO

Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının 24-cü turunda baş tutacaq “Qarabağ” –  “Sabah” matçı üçün maraqlı anons hazırlayıb. Anonsda ağdamlıların heyətinə ikinci dəfə qayıdan Kadi Borges at üzərində Tofiq Bəhramov adına Respublika stadionuna giriş edib. Onun qarşısına isə “Sabah”ın ən yaxşılarından Cessi Sekidika çiynində klubun rəmzi olan bayquşla çıxır. Həmin anonsu təqdim edirik: Qafqazinfo.az

Read More
İdman 

İlham Zəkiyev: “Məni əvəzləyən olsa, karyeramı…”

“Azərbaycanda məni əvəzləyən gənc idmançı olsa, karyeramı bitirəcəyəm. Hələlik elə birisi olmadığından, bacardığım qədər mübarizə aparacağam”. Bu sözləri Teleqraf-a açıqlamasında cüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyev deyib. Bakıda keçirilən Böyük Dəbilqənin fəxri qonağı əvvəlcə yarış barədə fikirlərini bildirib: “Bu, ənənəvi turnirdir. Kifayət qədər titullu idmançılar, eləcə də yeni nəsil iştirak edir. Nəsillər dəyişir, idmanda köhnələr gedir, yenilər onları əvəz edir. İlk yarış günündə yaponiyalı idmançılar yenə çox yüksək nəticələr əldə etdilər, bizim isə iki bürünc medalımız oldu. İkinci yarış günündə Zelim Tçkayev qızıl, Rəşid Məmmədəliyev zədələndiyi üçün gümüş, Vüsal…

Read More
İdman 

“Neftçi” – “Qarabağ” oyununda ikinci hissə başlayıb – YENİLƏNİB – 2

Misli Premyer Liqasının XXIII turunda keçirilən “Neftçi” – “Qarabağ” oyununda ikinci hissə başlayıb. Hazırda görüşdə hesab açılmayıb. Ağdam təmsilçisinin müdafiəçisi Kevin Medina 22-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub. 19:48 Misli Premyer Liqasının XXIII turunda keçirilən “Neftçi” – “Qarabağ” oyununda ilk hissə başa çatıb. Komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar. Ağdam təmsilçisinin müdafiəçisi Kevin Medina 22-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub. *** Misli Premyer Liqasının XXIII turunda keçirilən “Neftçi” – “Qarabağ” oyunu başlayıb. Musavat.com-un məlumatına görə, “Neftçi Arena”dakı matç saat 19:00-da start götürüb. Görüşün baş hakimi Rəvan Həmzəzadədir. “Neftçi”: 93. Rza…

Read More
İdman 

Yeni baş məşqçi Azərbaycan millisinin hücumçusu ilə bağlı qərarını verdi

“Ankaragücü”nün yeni baş məşqçisi Mustafa Dalcı Azərbaycan millisinin hücumçusu Renat Dadaşovla bağlı qərarını verib. Mütəxəssis transferə çıxarılan hücumçunun xidmətinə ehtiyac duymayıb. Dalcı hücum xəttində oyunçu sayının az olduğunu nəzərə alaraq, əsas komandadan kənarlaşdırılanlardan birini kollektivə cəlb edib. O, bosniya və herseqovinalı Riad Bajiçin mövsümün sonuna qədər komandada qalmasını qərara alıb. Ancaq klub Renat Dadaşov, Rikkardo Saponara və Kevin Varqa ilə yolları ayırmaqda israrlıdır. Türkiyədə “transfer pəncərəsi” artıq bağlandığından, adıçəkilən futbolçular fərdi hazırlaşmaqla kifayətlənməli olacaq. Onlarla müqaviləyə xitam verilməsə, mövsümün sonuna qədər heç bir oyunda iştirak etməyəcəklər. Renat Dadaşovun “Ankaragücü” ilə…

Read More
İdman 

Azərbaycanın taekvondoçuları “Turkish Open” turnirində iştirak edəcəklər

Azərbaycanın taekvondoçuları Türkiyədə keçiriləcək “Turkish Open” turnirində iştirak edəcəklər. Azərbaycan Taekvondo Federasiyasının məlumatına görə, milli komanda yarışlarda iştirak etmək üçün Antalyaya yola düşüb. 12-16 fevral tarixlərində böyüklər, gənclər və yeniyetmələr arasında keçiriləcək turnirdə idmançılarımız mükafatlar və dəyərli reytinq xalları uğrunda mübarizə aparacaqlar. Qeyd edək ki, “Turkish Open” beynəlxalq təqvimdə mühüm turnirlərdən biri hesab olunur və Olimpiya Oyunları da daxil olmaqla, ən iri yarışlara seçim sisteminə daxildir.

Read More
İdman 

Azərbaycan güləşçiləri Xorvatiyadakı turnirin son günündə 5 medal qazanıblar

Azərbaycan güləşçiləri Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən reytinq xarakterli turnirin son günündə 5 medal qazanıblar. Güləş Federasiyasının mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, son yarış günündə yunan-Roma güləşi üzrə millinin 11 üzvü xalçaya çıxıb. Elmir Əliyev (55 kq) A qrupunda iranlı Mehdi Əhədi (6:3), özbəkistanlı Jasurbek Ortikboyevə (10:5) və sinqapurlu Aleksandr Kuevasa (8:0) qalib gəlib. Qrup qaibi kimi yarımfinala yüksələn Əliyev amerikalı Bredi Kuntsu da üstələyib – 5:0. Elmir finalda yenidən Əhədi ilə qarşılaşıb və inamlı qələbəylə (7:0) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 60 kq-da ölkəmizi 3 güləşçi təmsil edib. Yuxarı…

Read More
İdman 

“Qalatasaray”ın oyunuda şok hadisə: Rəqib bu qərara görə meydanı tərk etdi – VİDEO

Türkiyə Super Liqasında 23-cü turu çərçivəsində keçirilən “Qalatasaray” – “Adana Dəmirspor” matçı yarımçıq dayandırılıb. Buna səbəb “Adana Dəmirspor” komandasının hakim qərarlarına etiraz olaraq meydanı tərk etməsi olub. Qeyd edək ki, bu ana qədər “Qalatasaray” 1-0 hesabı ilə üstün durumda idi. Həmin mübahisəli anın videosunu təqdim edirik:

Read More
İdman 

“Onun getməsinə üzülürəm”- Qurban Qurbanov

“Qarabağ” bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Səbail”in qonağı olub. 1:0 hesabı ilə qalib gələn “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun oyundan sonra mətbuat konfransı keçirilib. Qurbanov futbolçularını təbrik etdiyini bildirib: “Futbolçularımı təbrik edirəm. Yaxşı bir komandaya qalib gəldik. İkinci hissədəki dəyişikliklərlə oyunun sürətini artırdılar. Yaxşı mübarizə aparırdılar. Futbolçularım da istəkli idilər. Qələbəyə görə onlara təşəkkür edirəm. Kadi Borgesin transferi məcburiyyətdən deyil. Əlimizdə belə bir şans oldu. Əvvəlcədən onun komandasından təklif var idi. Belə bir variant yarandı. Ümumiyyətlə, Kadi lazımlı oyunçudur. Julio Romaonun getməsinə üzülürəm. İstər-istəməz öyrəşmişdik,…

Read More
İdman 

Ulduz futbolçu uğrunda “Qalatasaray”- “Fənərbağça” mübarizəsi

“Qalatasaray” və “Fənərbağça” ulduz futbolçunu heyətinə cəlb etmək üçün mübarizə aparır. İstanbul nəhəngləri Markos Reşfordun transferində maraqlı tərəflərdir. Bu barədə “Relevo” məlumat yayıb. Futbolçunun isə karyerasını davam etdirmək istədiyi ilk klubun “Barselona” olduğu qeyd edilib. Lakin kataloniyalılar maaş büdcəsi məsələsi ilə əlaqədar hərəkətə keçmir. Qeyd edək ki, ingiltərəli oyunçu 2024/25 mövsümündə “Mançester Yunayted”in forması ilə 24 oyuna çıxıb və 7 qola, 3 məhsuldar ötürməyə imza atıb.//Offsideplus.az

Read More
İdman 

“Qarabağ”da AYRILIQ

“Qarabağ” mövsümün sonunda bəzi futbolçularla yollarını ayıracaq. Ağdam təmsilçisi U-21 yığmamızın da şərəfini qorumuş Amin Ramazanovla müqavilə müddətini yeniləməyəcək. Belə ki, Azərbaycan çempionu mövsümün sonunda Ramazanovla yollarını ayıracaq. Zədə səbəbindən uzun müddət məşqlərdə də iştirak edə bilməyən Ramazanov hazırda əsas komandanın düşərgəsindədir. “Lokomotiv”(Moskva) klubunun yetirməsi olan Aminin yeni mövsümə Azərbaycan komandalarından birində başlayacağı gözlənilir.  (Apasport.az)

Read More