İdman 

Bu futbolçular millinin heyətindən çıxarıldı

Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Müdafiəçilər Elvin Cəfərquliyev, Rahil Məmmədov və yarımmüdafiəçi Mustafa Əhmədzadə heyətdən çıxarılıb. Qeyd edək ki, UEFA Millətlər Liqasının qrup mərhələsinin İsveç – Azərbaycan oyunu noyabrın 19-da, Bakı vaxtı ilə saat 23:45-də “Strouberri Arena”da keçiriləcək. (offsideplus.az)

Read More
İdman 

Fatih Terim: “Qurban Qurbanovu daim izləyirəm”

“COP29-un Azərbaycanda keçirilməsi qürurvericidir”. Bunu Türkiyə millisinin sabiq baş məşqçisi Fatih Terim “Qarabağ” futbol klubunun təşəbbüsü ilə COP29 çərçivəsində yaradılacaq Futbol Klublarının İqlim Dəyişikliyi ilə Mübarizədə Birgə Alyansında yer alacaq komandalarla təşkil olunmuş görüşdə deyib. “Bakıda olmaqdan duyduğum məmnunluğu ifadə etməklə başlamaq istəyirəm. COP29-un Azərbaycanda keçirilməsi və dünyanın ən böyük təşkilatlarından birinə Bakının ev sahibliyi etməsi, həqiqətən, mənim üçün və hər kəs üçün qürurvericidir. Görürəm ki, şəhərin hər tərəfində bu tədbiri ən yüksək səviyyədə keçirmək üçün çox gözəl ab-hava yaradılıb. Bu uğurda əməyi olan hər kəsi təbrik etmək istəyirəm”. O,…

Read More
İdman 

Rusiya millisindən 11 cavabsız qol

Rusiya millisi növbəti yoxlama oyununu keçirib. QOL.az xəbər verir ki, komanda Bruney yığması ilə qarşılaşıb. Görüş rusların böyük hesablı qələbəsi ilə yekunlaşıb. Rusiya – Bruney – 11:0 Qollar: Oblyakov, 1; 28, Otman, 7-avtoqol, Morozov, 9, Sadulayev, 48, Krivtsov, 57, Musayev, 62, Mostovoy, 67, Çernikov, 73, Batrakov, 79, Adamov, 88 Bu, Rusiya millisinin 2024-cü ildə 4-cü yoxlama matçı idi. Valeri Karpinin komandası daha əvvəl Serbiyaya (4:0), Belorusiyaya (4:0) və Vyetnama (3:0) qalib gəlib. Noyabrın 19-də isə Rusiya yığması “Volqoqrad Arena”da Suriya millisi ilə qarşılaşacaq. Xatırladaq ki, 2022-ci ilin fevral ayından FİFA…

Read More
İdman 

Millimizi çalışdırmaq niyə Qurbanova təklif edilməyib?

AFFA-nın vitse-prezidenti, qurumun İcraiyyə Komitəsinin üzvü Balakişi Qasımov “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova niyə milli komandanın baş məşqçisi vəzifəsinin təklif olunmadığı haqda danışıb.   B.Qasımov bu barədə Sports.az saytına açıqlama verib.   “Bu sual mənə verilibsə, yəqin ki, nəyə görə Qurban Qurbanovun namizədliyinin şəxsən mənim tərəfimdən irəli sürülməməsindən söhbət gedir. İlk növbədə, qeyd edim ki, Qurban Qurbanova böyük hörmətim var və o, bu məsələdə mövqeyimi yaxşı bilir. Milli komandanın davamlı uğurlarının əldə olunması üçün çox vaxt lazımdır. Artıq qeyd etdiyim kimi, Qurban Qurbanov “Qarabağ”ı tərk etsə, bu, “Qarabağ” üçün böyük…

Read More
İdman 

UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib

UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib. “Report” xəbər verir ki, bu gün 8 qarşılaşma təşkil olunub. A Liqasının 2-ci qrupunda Fransa İsraili, Belçika İtaliyanı qəbul edib. UEFA Millətlər Liqası V tur A Liqası 2-ci qrup 23:45. Belçika – İtaliya 0:1 23:45. Fransa – İsrail 0:0 Xal durumu: İtaliya – 13, Fransa – 10, Belçika – 4, İsrail – 1. B Liqası 2-ci qrup 23:45. Yunanıstan – İngiltərə 0:3 23:45. İrlandiya – Finlandiya 1:0 Xal durumu: İngiltərə – 12, Yunanıstan – 12, İrlandiya – 6, Finlandiya – 0.…

Read More
İdman 

Messi bu tarixdə Azərbaycana gəlir

Məşhur futbolçu Messi dekabrın 10-da Azərbaycana gələcək. Bu barədə Axar.az-a məlumatlı mənbə bildirib. Məlumata görə, Messinin Bakıya səfərinin təşkilatçısı tanınmış biznesmen Adnan Əhmədzadədir. Adnan Əhmədzadənin Messi ilə ailəvi yaxın münasibətləri olduğu haqda dəfələrlə mediada məlumat yayılıb. Qeyd edək ki, COP29 tədbirində iştirak üçün Bakıya gələn Ronaldinyonun da səfərinin təşkilatçısı Ədnan Əhmədzadə idi.

Read More
İdman 

“Qalatasaray” İkardinin həbsi ilə bağlı məlumat yaydı

Mauro İkardinin həbsi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Bbu barədə “Qalatasaray” klubu məlumat yayıb. Açıqlamada deyilir ki, argentinalı futbolçu hazırda vətənindəki evində dincəlir. Bildirilir ki, belə xəbərlərin dərc edilməsi futbolçuya zərbə vurmaq məqsədi daşıyır. Qeyd edək ki, “Qalatasaray”ın futbolçusu Mauro İkardinin Argentinada həbs edildiyi barədə xəbərlər dərc edilmişdi. İddialara görə, futbolçu Vanda Naranın şikayətindən sonra polis tərəfindən saxlanılıb. İddia edilirdi ki, İkardi övladlarını geri almaq üçün Vanda Naranı məhkəməyə verib. Futbolçunun Vanda Naranı təhdid etdiyinə görə, polis tərəfindən saxlanıldığı qeyd edilmişdi. Vanda Naranın vəkili yayılan xəbərlərin doğru olduğunu irəli…

Read More
İdman 

“Barselona”nın futbolçusu 4 həftə yaşıl meydana həsrət qalacaq

İspaniyanın “Barselona” klubunun futbolçusu Ansu Fati dörd həftə yaşıl meydanlardan kənarda qalacaq. Yenisabah.az xəbər verir ki, yığmanın 22 yaşlı müdafiəçisi məşq zamanı bud əzələsindən zədə alıb. O, noyabrın 26-da Fransanın “Brest” komandasına qarşı Çempionlar Liqası matçını, həmçinin La Liqada “Selta”, “Las Palmas”, “Malyorka” və “Betis”lə oyunları buraxacaq. A.Fati ilə yanaşı, Lamin Yamal topuğundakı, Robert Levandovski isə belindəki kiçik zədədən əziyyət çəkirlər. Komandanın digər üzvlərindən Mark-Andre ter Şteqen, Andreas Kristensen və Ronald Arauxo da zədəlidirlər.

Read More