İdman 

“Yuventus” Pol Poqbanın müqaviləsinə xitam verməyə yaxındır

İtaliyanın “Yuventus” klubu futbolçusu Pol Poqbanın müqaviləsinə xitam verməyə yaxındır. Bu barədə “Sky Sports” məlumat yayıb. 4 il əvvəl antidopinq qaydalarını pozan fransalı yarımmüdafiəçi bu səbəbdən 4 il müddətinə diskvalifikasiya edilib. Daha sonra onun cəzası 18 aya qədər azaldılsa da, “Yuventus” rəhbərliyi futbolçunun xidmətində maraqlı olmadığını bildirib. Qeyd edək ki, Pol Poqbanın “qoca sinyora” ilə olan müqaviləsi 2026-cı ildə başa çatacaq.\\”Report”

Read More
İdman 

“Neftçi”nin oyununda qorxulu anlar – VİDEO

“Neftçi” – “Şamaxı” görüşünün final fiti səslənən kimi azyaşlı azarkeş hər kəsin diqqətini çəkib. “Ağ-qaralar”ın yer aldığı ehtiyat oyunçular skamyasının damının təxminən 2 metr hündürlüyündən meydana tullanan yeniyetmə qorxulu anlar yaşadıb. Hündürlükdən tullananda yaxşı ki, ehtiyat oyunçular skamyasında heç kim yox idi. Əks halda hansısa məşqçi və futbolçunun başına düşməklə bədbəxt hadisəyə səbəbkar ola bilərdi. Yeniyetmənin hədəfi “Neftçi”nin qapıçısı Rza Cəfərovla şəkil çəkdirmək idi. Bunun üçün xeyli qaçdı, təhlükəsizlik xidmətinin əməkdaşlarından yayınmağı bacardı və yekunda arzusu reallaşdı. Bu işdə ona Rza da kömək etdi. Qapıçı təhlükəsizlik əməkdaşından şəkil çəkdirmək üçün…

Read More
İdman 

“Qarabağ”ın mövqeyi dəyişdi – UEFA reytinqi

UEFA bu həftə Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında keçirilən oyunlardan sonra klubların yeni reytinqini açıqlayıb. Qeydə alınan nəticələr sıralamada bəzi dəyişikliklərə səbəb olub. Azərbaycan çempionu “Qarabağ”ın da mövqeyi dəyişib. Norveçdə “Buddo Qlimt”ə 2:1 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası 61-ci pillədə qərarlaşıb. Ağdam klubunun hesabında 32,000 xal var. Ötən ay 58-ci yerə şərik olan “Qarabağ” üç addım geriləyib. “Qalatasaray”, “Ferençvaroş” və “Seltik” təmsilçimizi geridə qoyub. “Neftçi” 8,000 xalla 171-ci yerə şərikdir. Digər klublarımız – “Zirə”, “Sabah”, “Sumqayıt” 4,000 xalla 310-cu, “Qəbələ” və “Şamaxı” 3,925 xalla 323-cü yeri…

Read More
İdman 

Qurban Qurbanov: “Futbolçularıma Zəfər Günündəki qələbəyə görə təşəkkür edirəm”

Futbolçularıma Zəfər Günündə qələbə qazandıqlarına görə təşəkkür edirəm. “Report” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında Norveçin “Budyo-Qlimt” komandasına qarşı keçirdikləri oyundan sonra deyib. Təcrübəli mütəxəssis qələbə qazandıqları üçün sevincli olduqlarını bildirib: “Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Uzun yol qət etmişdik. Meydanın suni ot örtüklü və havanın soyuq olması müəyyən çətinliklər yaradırdı. Əvvəlki oyunlarda məğlub olduğumuza görə, futbolçuların üzərində müəyyən təzyiqlər var idi. Matçdan əvvəl oyunçularla söhbətlər aparmışdıq. Bildirdik ki, biz bu qarşılaşmadan məğlub ayrıla bilərik. Amma səfərdə komanda ruhu olmadan qayıtmaq olmaz. “Budyo Qlimt”…

Read More
İdman 

UEFA Konfrans Liqasının Liqa mərhələsi: Ermənistan klubu darmadağın olub

UEFA Konfrans Liqasının Liqa mərhələsində bu gün III turun oyunları keçirilib. “Report”un məlumatına görə, İtaliyanın “Fiorentina” klubu səfərdə APOEL-in (Kipr) qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:1 hesabı ilə qələbəsi ilə başa çatıb. Türkiyənin “Başakşəhər” komandası Danimarkada “Kopenhagen”lə üz-üzə gəlib. Oyunda qalib müəyyənləşməyib – 2:2. İspaniya təmsilçisi “Betis” isə doğma meydanda Sloveniya “Seyle”si ilə qarşılaşıb. Matç meydan sahiblərinin 2-1 hesablı qələbəsi ilə başa çatıb. UEFA Konfrans Liqası Liqa mərhələsi III tur 7 noyabr 18:30. “Vikinqur” (İslandiya) – “Borats” (Bosniya və Herseqovina) 2-0 21:45. “Gent” (Belçika) – “Omoniya” (Kipr) 1-0 21:45. “Legiya”…

Read More
İdman 

“Qarabağ”ın futbolçularından təqdirəlayiq hərəkət – VİDEO

UEFA Avropa Liqasının IV tur çərçivəsində baş tutan “Qarabağ” – “Bodo Qlimt” matçından əvvəl maraqlı anlar yaşanıb. ARANTV.AZ  “Qafqazinfo”ya istinadla xəbər verir ki, təmsilçimizin futbolçuları təqdirəlayiq davranışla yadda qalıblar. Belə ki, Ağdam klubunun qapıçısı Mateuş Koxalski və müdafiəçi Abbas Hüseynov onlarla birgə meydana çıxan uşaqlar üşüməsinlər deyə öz üst geyimlərini onlara veriblər. Onlar əyinlərindəki klub gödəkçələrini çıxararaq, uşaqların çiyinlərinə atıblar. Sözügedən görüntüləri təqdim edirik:

Read More
İdman 

“Qarabağ”dan möhtəşəm qol – VİDEO

UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunda “Budyo Qlimt” (Norveç) və “Qarabağ” arasında keçirilən oyunda ilk qol vurulub. Musavat.com-un xəbərinə görə, Bude şəhərindəki “Aspmira” stadionunda oynayan Ağdam təmsilçisi hesabı açıb. 21-ci dəqiqədə Toral Bayramov gözəl zərbə ilə qapıya yol taparaq komandasını irəli çıxarıb.

Read More
İdman 

Qurban Qurbanov: Diqqətli olmalıyıq

Sabahkı matçda çox diqqətli olmalıyıq. “Report” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında Norveçin “Budyo-Qlimt” komandasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis güclü kluba qarşı oynayacaqlarını bildirib: “Budyo-Qlimt” son vaxtlar qarşılaşdığımız ən intizamlı olan kollektivlərdən biridir. Rəqib komandanın heyətində meydana çıxacaq futbolçular demək olar hər biri norveçlidir. Ümumiyyətlə göstərdikləri nəticələrə görə son vaxtlar Norveç futbolunun yüksəlişdə olduğunu deyə bilərik. Bu komandanın özünə xas olan oyun üslubu var. Sabahkı matçda çox diqqətli olmalıyıq. Rəqibin üstün cəhətləri çoxdur. İnanıram ki, futbolçularımız meydanda əllərindən gələnin ən…

Read More
İdman 

UEFA Çempionlar Liqası: Liqa mərhələsində IV tura bu gün yekun vurulub

UEFA Çempionlar Liqasının Liqa mərhələsində IV tura bu gün yekun vurulub. “Report” xəbər verir ki, son oyun günündə doqquz qarşılaşma baş tutub. Fransa təmsilçisi PSJ evdə İspaniyanın “Atletiko” komandası ilə görüşüb. İngiltərə “Arsenal”ı səfərdə “İnter”in (İtaliya) qonağı olub. İspaniya təmsilçisi “Barselona” isə Serbiyada “Srvena Zvezda” ilə üz-üzə gəlib. UEFA Çempionlar Liqası Liqa mərhələsi IV tur 6 noyabr 21:45. “Brügge” (Belçika) – “Aston Villa” (İngiltərə) 1:0 21:45. “Şaxtyor” (Ukrayna) – “Yanq Boys” (İsveçrə) 2:1 00:00. “Bavariya” (Almaniya) – “Benfika” (Portuqaliya) 1:0 00:00. PSJ (Fransa) – “Atletiko” (İspaniya) 1:2 00:00. “İnter” (İtaliya)…

Read More
İdman 

“Milan” “Real”a qalib gəldi, “Mançester Siti”dən gözlənilməz məğlubiyyət

Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turuna start verilib. QOL.az xəbər verir ki, ilk oyun günündə 9 görüş keçirilib. Turun mərkəzi görüşü Madriddə olub. Burada “Real” İtaliya “Milan”ı ilə üz-üzə gəlib. Oyun qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. İngiltərə “Liverpul”u evdə “Bayer”lə (Almaniya) qarşılaşıb və rəqibini darmadağın edib – 4:0. “Lill” (Fransa) – “Yuventus” (İtaliya) matçında qalib müəyyənləşməyib – 1:1. Gözlənilməz nəticələrdən biri də Portuqaliyada qeydə alınıb. Burada “Mançester Siti”ni (İngiltərə) qəbul edən “Sportinq” böyükhesablı qələbə qazanıb – 4:1. Turun digər 9 görüşü isə sabah keçiriləcək. 5…

Read More