İdman 

İsrail komandasının tələbi: Yalnız Bakıda… – Təcili

Xəbər verdiyimiz kimi, UEFA Avropa Liqasının əsas mərhələsində Türkiyədə “Beşiktaş” və İsrailin “Makkabi” (Təl-Əviv) klubları arasında keçirilməli olan V tur oyununun yeri dəyişdirilib. Noyabrın 28-də keçiriləcək matçın yeri isə hələ dəqiqləşməyib. Axar.az xəbər verir ki, sosial şəbəkələrin Türkiyə seqmentində “Makkabi”nin “Beşiktaş”la görüş üçün Bakını tələb etdikləri iddia edilib. Qeyd edək ki, Avropa futbol qurumu görüşün neytral ölkədə keçirilməsinə qərar verib. UEFA oyunun keçiriləcəyi ölkənin adını bu həftənin sonuna kimi açıqlayacaq.

Read More
İdman 

Futbola yeni qayda gəlir

Futbolda yeni qayda tətbiq olunacaq. Offsideplus.az xəbər verir ki, qapıçıların topu oyuna daxil etməsi üçün müəyyən olunan “6 saniyə” qanunu dəyişir. Yeni qaydaya əsasən qolkiper topu 8 saniyə ərzində daxil etməlidir. Qapıçı nəzərdə tutulan müddəti keçərsə, rəqib komanda əvvəl olduğu kimi sərbəst zərbə deyil, künc zərbəsi yerinə yetirəcək.

Read More
İdman 

Vaqif Cavadov: “Eyforiyaya qapılmamalıyıq”

Azərbaycan Premyer Liqasının XII turunun “Sumqayıt” – “Sabah” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Vaqif Cavadov jurnalistlərin suallarını cavablandırdı. Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi… – Çox yaxşı komandaya qarşı oynadıq. Hücumda və müdafiədə yaxşı oynayırlar. Son oyunlar da onu göstərdi ki, yaxşı komandadırlar. Futbolçularım bu oyuna yaxşı köklənmişdilər. Məşqlərdə etdiklərimizi meydanda göstərə bildik. Onların sayəsində bu gün qələbə qazandıq. Çətin oldu, amma lazımlı idi. Ümid edirəm ki, qalib ruhumuz davam edəcək. – Son 20 dəqiqədə ultramüdafiə olundunuz. Bunun riskli olduğunu düşünmürsünüz? – Rəqibə…

Read More
İdman 

“Mançester Yunayted”in yeni baş məşqçisi rəsmən AÇIQLANDI

Portuqaliyalı baş məşqçi Ruben Amorim İngiltərənin “Mançester Yunayted” klubunun yeni baş məşqçisi olub. Bu barədə komandanın rəsmi saytı məlumat yayıb. Mütəxəssislə 2027-ci ilin yayına kimi bir il uzadılmaq şərti ilə müqavilə imzalanıb. Bundan əvvəl 39 yaşlı mütəxəssis “Liverpul” və “Vest Hem”in baş məşqçi postuna potensial namizədlər siyahısında yer alıb.//Lent.az

Read More
İdman 

AFFA-nın vəzifəli qəxsi tənbeh olundu – Niyə millidə “məşqçi karuseli” yaratmısan?

AFFA-nın texniki direktoru Cahangir Həsənzadə ciddi tənbehə məruz qalıb. Federasiyanın üst ranqlı şəxsləri ilə toplantıya qatılan funksioner aşağı yaş qrupları üzrə millilərin son illərdəki uğursuz çıxışına görə danlanıb. Ona yığmaların məşqçi korpusları ilə bağlı müxtəlif iradlar tutulub. Həsənzadəyə kurasiyasında olan sahəyə biganə yanaşdığı və «məşqçi karuseli» yaratdığı bildirilib. Texniki direktordan niyə eyni mütəxəssislərə burada çalışmaq imkan verməsi barədə sual ünvanlanıb. «Caqa» ləqəbli keçmiş qapıçı iddia edib ki, ölkədə savadlı məşqçilərin sayı azdır və onların da əksəriyyəti aşağı yaş qrupları üzrə yığmalarda işləmək istəmir. Deyib ki, əməkhaqqı az olduğundan və üstəlik,…

Read More
İdman 

Azərbaycanın qadın boksçusu dünya birinciliyində ilkə imza atdı

Azərbaycanın qadın boksçusu Aynur Mikayılova tarixi ilkə imza atıb. “Report” xəbər verir ki, 57 kq çəkidə mübarizə aparan yığma üzvü Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyində bunu reallaşdırıb. Mikayılova 1/4 finalda Reka Varqa Saraya (Macarıstan) ilk raundda tam üstünlüklə qalib gəlib. O, yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edib. Bu, Azərbaycan boks tarixində ilkdir. İndiyədək ölkəmizin heç bir qız boksçusu dünya birinciliyində bu mərhələyədək irəliləməyib. Onun qazanacağı istənilən əyarlı medal isə boks tariximizə qızlardan ibarət yığmanın ilk mükafatı kimi düşəcək. Qeyd edək ki, mundialda yarımfinal görüşləri…

Read More
İdman 

Millinin baş məşqçisi Azərbaycan xalqından üzr istədi

“Dünyanın ən güclü yığmaları ilə rəqabət apara biləcək komanda hazırlayırıq”. “Report” xəbər verir ki, bunu yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi Aleksandr Tarakanov deyib. “Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov bizi – idmançıları və məşqçiləri dəstəkləyir, hər bir çıxışımızı izləyir, məşq və yarışlarla bağlı bütün məsələlərin həllində iştirak edir. Federasiya hər zaman bizimlədir”, – Tarakanov qeyd edib. Onun sözlərinə görə, olimpiya çəki dərəcəsində bu yaxınlarda keçirilən yarışda Azərbaycan yunan-Roma güləşçiləri yüksək nəticə göstərib: üç idmançı çempion olub, biri isə beşinci yeri tutub: “Bu, təkcə güləşçilər və məşqçilər üçün deyil,…

Read More
İdman 

Azərbaycanın dördqat dünya çempionu: “Nəticə qazanmaq üçün bizə gözəl şərait yaradılıb”

Nəticə qazanmaq üçün bizə gözəl şərait yaradılıb. Məhz bunun məntiqi sonluğudur ki, təkcə güləş üzrə yox, idmanın bütün növlərini təmsil edən həmyerlilərimiz ölkəyə parlaq nəticələrlə qayıdırlar. “Report” xəbər verir ki, bunu Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatında qızıl medal qazanaraq Vətənə dönən Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) jurnalistlərə açıqlamasında deyib. “Bu gün təkcə özümün yox, eləcə də yığmanın qələbəsinə görə sevinirəm. Çünki tarixdə ikinci dəfə komanda hesabında çempion olduq. Mənim dördüncü dəfə mundialın qalibi olmağım da Azərbaycan güləş tarixində yeni rekord kimi tarixə düşdü.…

Read More