İdman 

Azərbaycanlı idmançı dünya çempionatında qızıl medal qazandı

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında qızıl medal qazanıb. “Report” xəbər verir ki, o, qazaxıstanlı Yerjet Jarlikassiyə 6:1 hesabı ilə qalib gələrək çempion olub. Qeyd edək ki, bundan əvvəl Eldəniz Əzizli Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında qızıl medala yiyələnib.

Read More
İdman 

Azərbaycanın sərbəst güləş millisi dünya çempionatında 3-cü olub

Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatı başa çatıb. Bu barədə Musavat.com Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir. Məlumata görə, Azərbaycanın sərbəst güləş üzrə millisi dünya çempionatını 1 qızıl 2 gümüş və 1 bürünc medalla başa vurub. Yekunda 100 xal toplayan yığmamız komanda hesabında dünya üçüncüsü olub. İran (158) birinci, Yaponiya (102) isə ikinci yeri tutub. Xatırladaq ki, milli komandanın tərkibində Maqomed-Başir Xaniyev (70 kq) qızıl, Ruslan Abdullayev (57 kq) və Arseniy Djioyev (86 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq) isə bürünc medal qazanıb.

Read More
İdman 

Madrid Bakıya qarşı – bu tədbirə də ev sahibliyi etsək…

Çempionlar Liqasının 2026/27 mövsümünün final matçı Azərbaycanda keçirilə bilər; Natiq Cəfərli: “ÇL finalı Bakıda keçirilərsə, az xərcli, yüksək gəlirli bir tədbir olar” Bakı Olimpiya Stadionu Çempionlar Liqasının 2026/27 mövsümünün final matçına ev sahibliyi edə bilər. Bununla bağlı AFFA artıq UEFA-ya rəsmi müraciət ünvanlayıb. Bakı Olimpiya Stadionunun yeganə rəqibi Madriddəki “Estadio Metropolitano”dur. UEFA İcraiyyə Komitəsi finalın ev sahibini 2025-ci ilin mayında seçəcək. Komitə 2025-ci ildəki finalın Almaniyanın Münhen şəhərində keçiriləcəyini bildirmişdi. Paytaxtımızın daha bir beynəlxalq tədbirə, bu dəfə reytinqli idman yarışına ev sahibliyi etməsi, şübhəsiz, ölkəmizin dünyadakı imicinə əlavə xallar qazandırardı.…

Read More
İdman 

İki qırmızı kart, daha bir MƏĞLUBİYYƏT:Qurbanovun istefası ZƏRURƏTDİR?

“Qarabağ” son dövrlər rəqibləri qarşısında zəif nəticə göstərir. Ötən gün UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində Bakıda keçirilən “Qarabağ” – “Ayaks” qarşılaşması da “atlılar”ın iki qırmızı kartla cəzalanması, 0:3 hesablı məğlubiyyəti ilə yadda qalıb. Təbii olaraq bu, azarkeşlərin narazılığına, müxtəlif müzakirələrə yol açıb. Hətta matç başa çatdıqdan sonra sosial mediada baş məşqçi Qurban Qurbanovun istefası da tələb olunub. Maraqlıdır, “Qarabağ” uğursuzluq, məğlubiyyət sindromundan niyə qurtula bilmir? “Atlılar” harada, nədə yanlışlığa yol verirlər? Qurban Qurbanovun istefası bütün məsələləri həll edəcəkmi? Çıxış yolu nədir? Mövzu ilə bağlı Medianews.az-a danışan idman şərhçi Kənan…

Read More
İdman 

“Hakimin qərarının arxasında nəsə dayanır” – Qurban QurbanovVİDEO

“Əfsuslar olsun ki, məğlub olduq. Oyuna çox yaxşı başlamışdıq. Müdafiə olunmaq istəmirdik. Futbolçularımız qırmızı vərəqə almağı xoş olmadı. Əlimizdə olan oyunçuların sayı azalırsa, bu, əlavə problemdir. Amma futbolçularımın cəsarətindən razı qaldım”. QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində edə “Ayaks”a 0:3 hesabı ilə uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib. Mütəxəssis şotlandiyalı referi Nikolas Uolşun Ağdam təmsilçisini 2 qırmızı vərəqə ilə cəzalandırmasına toxunub: “Böyümək üçün bir çox elementləri keçməliyik. Bu gün bunun şahidi olduq. Belə böyük oyunlarda bu…

Read More
İdman 

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının finalına ev sahibliyi edə bilər

Bakı Olimpiya Stadionu 2027-ci ildə Çempionlar Liqasının finalına ev sahibliyi edə bilər. Bununla bağlı AFFA Avropa futbol qurumuna rəsmi müraciət ünvanlayıb. Bakı Olimpiya Stadionu ilə yanaşı, İspaniyanın paytaxtı Madrid şəhəri də eyni ildə qitənin ən nüfuzlu klub turnirinə ev sahibliyi etmək üçün namizlədiyini irəli sürüb. Təklif müsbət cavablandırılarsa, həlledici qarşılaşma “Metropolitano” stadionunda reallaşa bilər. Qeyd edək ki, UEFA İcraiyyə Komitəsi 2025-ci ildəki finalın Almaniyanın Münhen şəhərində keçiriləcəyini bildirmişdi.//Report

Read More
İdman Region Xəbərləri 

“Qarabağ İnciləri” layihəsinin açılış mərasimi keçirilib.

Layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Qarabağ Regional Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə keçirilib. Layihənin ilk tədbiri Bərdə şəhər Milli Qəhrəman Elgiz Kərimov adına 4 nömrəli tam orta məktəbdə keçirilib. Tədbir torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə iştirakçılara layihə rəhbəri Könül Vəliyeva tərəfindən “Qarabağ İnciləri” layihəsi haqqında məlumat verilib, məktəb direktoru Tofiqə Məmmədova layihənin həmin məktəbdə keçirilməsinin faydalılığı haqqında fikirlərini bildirmişdir. Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə İş sektorun müdiri Orxan Fəxrəddinov dövlətin gənclər üçün yaratdığı imkanlardan…

Read More
İdman 

“Qarabağ”ın növbəti mərhələki 222 milyonluq rəqibi “Ayaks”

UEFA Avropa Liqasının Liqa mərhələsinin III turu çərçivəsində Bakıda “Qarabağ” və Niderlandın “Ayaks” komandaları qarşılaşacaq. BAKU.WS-in məlumatına görə, matç oktyabrın 24-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Oyunu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim FIFA referisi Nikolas Uolş olacaq. Ona Qrem Stüart və Kalum Spensi kömək göstərəcək. Dördüncü hakim funksiyasını Kristofer Qrehem yerinə yetirəcək. VAR-da Kevin Klensi, AVAR-da Con Biton əyləşəcək. Qeyd edək ki, “Ayaks” klubunun ümumi dəyəri 222,05 milyon avrodur. Komandaya Françesko Farioli baş məşqçilik edir. Klubun ən bahalı fubolçusu 35 milyon dəyərindəki Brian Brobbeydir. Komanda ev…

Read More
İdman 

“Beşiktaş”dan qələbə, “Fənərbaxça” xal itirdi

Türkiyə Super Liqasında IX tur davam edir. Lent.az xəbər verir ki, bu gün daha 4 matç baş tutub. “Fənərbaxça” “Samsunspor”un qonağı olub. Joze Mourinyonun yetirmələri görüşdə xal itirib – 2:2. “Beşiktaş” isə “Konyaspor”u qəbul edib. “Qara qartallar” 2:0 hesablı qələbəyə seviniblər. Türkiyə Super Liqası IX tur 20 oktyabr “Sivasspor” – “Hatayspor” – 3:2 ​”Beşiktaş” – “Konyaspor” – 2:0 “Alanyaspor” – “Kasımpaşa” – 1:2 “Samsunspor” – “Fənərbaxça” – 2:2

Read More
İdman 

“Qarabağ” yeni rekorda imza ATDI

“Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb. Ağdam klubu səfərdə ən çox qol vuran komanda adına sahib çıxıb. Bu, Misli Premyer Liqasının 10-cu turunda gerçəkləşib. Qurban Qurbanovun komandası rəqib meydanında “Kəpəz”i 5:0 hesabı ilə məğlub edib. Qarşılaşmada vurulan 3-cü qol “Qarabağ”ın Azərbaycan çempionatlarındakı 648-ci səfər qolu olub. Bu topa Leandro Andrade imza atıb. Bununla da Ağdam təmsilçisi 647 səfər qoluna sevinən “Neftçi”nin rekordunu keçib. “Kəpəz”lə Tovuzdakı görüşdə vurulan sonuncu top isə klub tarixinə çempionatda rəqib meydanlarındakı 650-ci qol kimi düşüb. Yubiley topuna Aleksey Kaşuk imza atıb. Qeyd edək ki, “Qarabağ” 650…

Read More