İdman 

Azərbaycan Qran-prisi: “Formula 1″də ilk sərbəst yürüş başa çatıb, Ferstappen birinci olub

Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisində ilk sərbəst yürüş başa çatıb. “Report”un məlumatına görə, “Red Bull” pilotu Maks Ferstappen birinci olub. “Mercedes”dən Lüis Hemilton ikinci, Ferstappenin komanda yoldaşı Serxio Peres üçüncü pillədə qərarlaşıb. Bu gün “Formula 1″də ikinci test yürüşü, “Formula 2″də isə sıralama turu gerçəkləşəcək. “Formula 2″də sərbəst yürüşdə ən yaxşı nəticəni “Van Amersfoort Racing”dən Entso Fittipaldi göstərib. Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

Read More
İdman 

“Qarabağ”da çıxış edən hücumçunun qiyməti 2 milyona qalxdı – FOTO

Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların yeni bazar qiymətləri açıqlanıb. Çempionatın ən dəyərli oyunçusu “Qarabağ”lı Olavio Juninyodur. Braziliyalı hücumçu iki milyon avro dəyərində göstərilib. Onu 1.80 milyon avro ilə komandanın yeni transferi Aleksey Kaşuk izləyir. Bazar qiyməti ən yüksək sayılan növbəti 5 futbolçu “Qarabağ”ın heyətində yer alır. (sportinfo.az)

Read More
İdman 

Zamiq Əliyev oynadı, komandası…

Futbol üzrə Albaniya çempionatında 4-cü turun oyunları keçirilir. Azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” da növbəti matçına çıxıb. Komanda səfərdə “Vlajniya” ilə qarşılaşıb və 1:3 hesabıyla uduzub. Zamiq də bu oyunda iştirak edib. O, 90 dəqiqə meydanda olub. “Eqnatiya” 4 turdan sonra 10 komandanın mübarizə apardığı Albaniya çempionatında 2-ci pillədə qərarlaşıb. Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna bu ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 7 oyuna çıxıb. (fanat.az)

Read More
İdman 

“Formula-1” pilotlarının ŞOK qazancları – SİYAHI

“Formula-1″də ən çox qazanan pilotların adları açıqlanıb. Oxu.Az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ümumilikdə 20 sürücü, bonuslar istisna olmaqla, ildə təxminən 205 milyon funt-sterlinq qazanır. Siyahıya isə hazırkı dünya çempionu Maks Ferstappen başçılıq edir. Onun illik qazancı 58 milyon dollardan artıqdır. İlk onluq isə aşağıdakı kimidir: 1. Maks Verstappen (Niderland) – 58,859,503 milyon dollar 2. Lüis Hemilton (Böyük Britaniya) – 44,471,625 3. Çarlz Lekler (Monako) – 34,003,831 4. Lando Noris (Böyük Britaniya) – 19,616,498 5. Fernando Alonso (İspaniya) – 18,309,197 6. Corc Rassel (Böyük Britaniya) – 18,309,197 7. Serxio…

Read More
İdman 

Ronaldo seçimini etdi: Futbol tarixinin ən yaxşı klubu hansıdır?

“Əl-Nəsr”ın və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo futbol tarixində ən yaxşısı hesab etdiyi klubun adını açıqlayıb. Publika.az xəbər verir ki, 39 yaşlı superulduz seçimini uzun müddət çıxış etdiyi “Real”dan yana edib. “Real” tarixin ən yaxşı klubudur və mən orada oynadığım üçün çox xoşbəxt idim. Klubun bütün zamanların ən yaxşı bombardiri oldum, dörd Çempionlar Liqasını qazandıq. Bunlar çox gözəl idi”, – deyə Ronaldo bildirib. Qeyd edək ki, Kriş 2009-2018-ci illərdə “Los Blankos”da çıxış edib. O, 438 oyuna çıxıb, 450 qol vurub və 131 məhsuldar ötürmə edib.

Read More
İdman 

“Şöhrət” ordeni mənim üçün gözlənilməz oldu -Lamiyə Vəliyeva

“Şöhrət” ordeni mənim üçün gözlənilməz oldu Bunu “Report”a açıqlamasında “Şöhrət” ordeni ilə təltif olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanmış Lamiyə Vəliyeva deyib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif edilən atlet bu xəbərin onun üçün gözlənilməz olduğunu söyləyib: “Belə bir şeyin baş verəcəyini həqiqətən gözləmirdim. Bu, mənim üçün gözlənilməz oldu. Çünki ölkəyə yeni qayıtmışam, çox sevincli olduğum üçün heç nə düşünə bilmirdim. Onsuz da çox sevinirdim ki, Azərbaycan xalqı mənə bu qədər diqqət göstər. Bir sözlə, mən şokdayam. Ölkə başçısı İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Azərbaycan…

Read More
İdman 

İlham Zəkiyev: Yarışa yaxşı hazırlaşa bilməsəm də, vətənə medalla qayıtdım

Azərbaycanın paralimpiyaçısı İlham Zəkiyev zədəsi ucbatından Paralimpiya Oyunlarına yaxşı hazırlaşa bilmədiyini, bununla belə, ölkəyə medalla qayıtdığını bildirib. Bu barədə idmançı onu hava limanında qarşılayan jurnalistlərə açıqlamasında söyləyib. “Təəssüf ki, zədələrim ucbatından istədiyim kimi hazırlaşa bilmədim. Lakin buna baxmayaraq, vətənə bürünc medalla döndüm. Ümumiyyətlə, Olimpiadada, Paralimpiya Oyunlarında istənilən medal qələbə deməkdir”, – o vurğulayıb. Birinci görüşündə fransalı rəqibinə məğlub olan idmançının sözlərinə görə, həmin qarşılaşmada “hakimlərin tərəfkeşliyini edirdi”. 44 yaşlı idmançı uğurunun sirrini də paylaşıb: “İnsan öz üzərində çalışarsa, hər şeyi mümkün edə bilər. Mümkün olmayan şey yoxdur. İşini sevə-sevə yanaşanda…

Read More
İdman 

“Turan Tovuz” bu mövqelərə futbolçu axtarır

Misli Premyer Liqasının lideri “Turan Tovuz” heyətini gücləndirmək niyyətindədir. Kurban Berdiyev hazırda hücumçuya ehtiyac duyur. Mütəxəssis istəyini klub rəhbərliyinə çatdırıb. “Turan Tovuz” rəsmiləri milli fasilə başlayandan axtarışlara start verib. Kurban Berdiyev sırf mərkəz hücumçusu istəyir. Hazırda “Turan Tovuz”dan bu mövqeyə tam uyğun olmayan 2 oyunçu var. Söhbət Otto Con və Alek Souzadan gedir. Düzdür, onlar hücumun sivri ucunda çıxış edə bilirlər. Lakin nigeriyalı daha çox sol, braziliyalı isə sağ cinah vingeri kimi çıxış edir. Ayxan Abbasovun dönəmində də onlar “Turan Tovuz”da bu mövqelərdə çıxış edirdilər. Kurban Berdiyev hər iki oyunçunun…

Read More
İdman 

“Qarabağ”ın daha bir legioneri Türkiyə klubuna keçir

“Qarabağ” klubunun daha bir legioneri Hamidu Keyta Türkiyə Superliqasında çıxış edən “Konyaspor” klubuna keçir. Oxu.Az xəbər verir ki, “Konyaspor” klubu 30 yaşlı futbolçu ilə ikiillik müqavilə imzalayacaq. Hətta fransalı oyunçunun axşam saatlarında Konyada olacağı da vurğulanıb. Qeyd edək ki, Hamidu Keyta 2023-cü ildə “Zirə”dən “Qarabağ”a keçib. Xatırladaq ki, “Qarabağ”da çıxış edən digər legioner Adama Diakabi isə Türkiyənin “Bandırmaspor” klubuna keçib.

Read More