İdman 

Qadın cüdoçularımız Könül Əliyeva və Fidan Əlizadə Avropa çempionu olublar

Azərbaycanın gənc cüdoçusu Könül Əliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatının qalibi olublar. Oxu.Az xəbər verir ki, bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxan Könül Əliyeva turnirdə Azərbaycanın aktivinə ilk qızıl medalı yazdırıb. Bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxan Fidan Əlizadə də Azərbaycanın aktivinə ikinci qızıl medalı yazıdırıb. O, finalda gürcüstanlı Nino Loladzeni üstələyib. Qeyd edək ki, Nizami İmranov (60 kq) isə gümüş medalla kifayətlənib. Xatırladaq ki, Avropa çempionatı sentyabrın 8-də başa çatacaq.

Read More
İdman 

AFFA Premyer Liqanın bu klublarını cəzalandırıb

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. İdman.biz xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının V turunda baş verənlərlə bağlı qərarlar verilib. “Sumqayıt” – “Araz Naxçıvan” oyununda “Araz-Naxçıvan” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan” klubu 700 manat cərimə edilib. “Şamaxı” – “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Şamaxı” klubu 800 manat ziyana düşüb. “Kəpəz” – “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Kəpəz” klubu 800 manat cərimələnib. “Zirə” – “Qarabağ” oyununun 29-cu dəqiqəsində “Zirə” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz…

Read More
İdman 

Azərbaycanın paraüzgüçüsü Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb

Azərbaycanın paraüzgüçüsü Raman Saley Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb. ARANTV.AZ xəbər verir ki, paraüzgüçümüz Raman Salei S12 kateqoriyasında 100 metr məsafəyə sərbəst üzmə üsulunda 53.65 nəticə ilə üçüncü pillədə qərarlaşaraq fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Qeyd edək ki, o, daha əvvəl S12 kateqoriyasında 100 metr məsafəyə arxası üstə üzmə üsulunda gümüş medal qazanıb.

Read More
İdman 

“Qarabağ” bu transferə görün nə qədər XƏRCLƏDİ

“Qarabağ” son olaraq “Şaxtyor”da (Donetsk) çıxış edən Aleksey Kaşukun transferini açıqlayıb. Müqaviləsi bitdikdən sonra azad agent statusu daşıyan 24 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 3 illik sözləşmə imzalanıb. Donetsk klubunun yetirməsi olan Aleksey Kaşuk 2019-2022-ci illərdə icarə əsasında ölkəsində “Mariupol”un, 2022/2023 mövsümündə isə Azərbaycanda “Sabah”ın formasını geyinib. Ukraynanın aşağı yaş qrupları üzrə bütün yığmalarında çıxış etmiş yarımmüdafiəçi 2019-cu ildə 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən dünya çempionatının qalibi olub. Kaşukun “Qarabağ”a hansı məbləğə başa gəlməsi haqda müxtəlif iddialar yayılıb. “Köhlən atlar”ın adı son günlərə kimi Avropanın müxtəlif klubları ilə…

Read More
İdman 

“Paris-2024”: Paralimpiyaçılarımızın ilk qrupu Vətənə qayıdıb

Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Paralimpiya Oyunlarında Azərbaycanı layiqincə təmsil edən idmançılarımızın ilk qrupu vətənə qayıdıb. Onları Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Paralimpiya Komitəsinin nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar. Turnirdə 3 parataekvondoçu ilə təmsil olunan parataekvondo üzrə Azərbaycan milli komandasının üzvləri ümumilikdə 2 medal əldə ediblər. Belə ki, Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Yay Paralimpiya Oyunlarının qızıl, digər parataekvondoçu Sabir Zeynalov isə bürünc medalını qazanıb. Azərbaycan millisi yekun sıralamada yalnız Türkiyə seçməsindən geri qalıb. Üçüncü sırada isə Böyük Britaniya komandası yer alıb. Vətənə qayıdan paralimpiyaçılar Parisdə təşkil…

Read More
İdman 

Avropada 4 türk fatehi – hansının şansı daha çoxdur?

Natiq Muxtarlı: ““Qarabağ”ın rəqiblərini “zəif” – “güclü” kateqoriyasına bölməməliyik” Ötən həftə UEFA Avropa Liqasının Liqa mərhələsinin püşkü atıldı. Yarışda Azərbaycanı təmsil edən “Qarabağ”ımızın rəqibləri də məlum oldu. Ağdam təmsilçisi “Tottenhem”, “Budyo Qlimt”, “Elfsborq” və “Olimpiakos”la səfərdə, “Ayaks”, “Malmö”, “Styaua” və “Lion”la isə Bakıda qarşılaşacaq. Bu mərhələnin ilk oyunları 25-26 sentyabr tarixlərində keçiriləcək. “Qarabağ”ın oyun ardıcıllığı belədir: 26 sentyabr 23:00. “Tottenhem” (İngiltərə) – “Qarabağ” 3 oktyabr 20:45. “Qarabağ” – “Malmö” (İsveç) 7 noyabr 21:45. “Bodo Qlimt” (Norveç) – “Qarabağ” 28 noyabr 21:45. “Qarabağ” – “Lion” (Fransa) 11 dekabr 00:00. “Elfsborq” (İsveç)…

Read More
İdman 

Qurban Qurbanov: “Avropa təcrübəsi çempionat oyununa fayda verdi”

Premyer Liqanın 5-ci turunun “Zirə” – “Qarabağ” oyunundan (1:3) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib. Təcrübəli mütəxəssis görüş barədə fikirlərini açıqlayıb: “Fürsətdən istifadə edib “Zirə”nin bütün kollektivinə, Rəşad Sadıqova, rəhbərliyinə təşəkkür etmək istəyirəm. Avrokuboklarda ölkəmizin reytinqinə nə qədər xallar əlavə etdilər. Bu, Azərbaycan futbolu üçün böyük işdir. Çox böyük təcrübə topladılar, yeni Avropa komandası yaratdılar. Azərbaycanlı olaraq hər birinə təşəkkür edirəm. Futbolçularımı təbrik edirəm. Vacib qələbə oldu. Aktiv oyun izlədik. Avropa təcrübəsi çempionat oyununa fayda verdi. Üstünlüyümüz oldu. İstirahət üçün bir gün vaxtımız çox idi. “Zirə”…

Read More
İdman 

Fərid Qayıbov: “Kürü keçək?!” yarışına digər ölkələrin iştirakçılarını da cəlb etməyi planlaşdırırıq

Digər ölkələrdəndə də bu turnirə iştirakçı cəlb etməyi planlaşdırırıq. “Report”un məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov Mingəçevir şəhərində təşkil olunan “Kürü keçək?!” yarışından sonra jurnalistlərə açıqlamasında deyib. Nazir bu tədbirin artıq üçüncü dəfədir reallaşdığını xatırladıb: “Sevindirici hal odur ki, iştirakçıların sayı ildən-ilə artır. Hətta ötən ilə nisbətən yarışda mübarizə aparanların sayı 2 dəfə çox artıb. Bizim hesablama şirkətindəki çiplər artıq iştirakçı sayının çoxluğundan saymağı çatdırmırdı”. Yarışda iştirak etmələri üçün Türk Dövlətlər Təşkilatı ilə danışıqlar aparırıq. Bir layihədə təklif etmişik və həyata keçib. Bizim üzgüçülüklə bağlı digər tədbirlərimiz…

Read More
İdman 

“Araz-Naxçıvan” hesabı açdı, – Yenilənir

Bu gün Misli Premyer Liqasında 5-ci tura start verilib. QOL.az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 2 matçdan biri başa çatıb. Əvvəlcə lider “Turan Tovuz” “Səbail”i qəbul edib. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 5 oyuna 4 qələbə qazanan və 1 heç-heçə edən Kurban Berdıyevin komandası 13 xalla liderliyini davam etdirir. Adıcıl 4 oyundur ki, qalib gələn Tovuz təmsilçisi həm də bu tura qədər qapısını toxunulmaz saxlayan yeganə komandadır. Digər oyunda isə “Sumqayıt” evdə “Araz-Naxçıvan”la qarşılaşır. Qeyd edək ki, turun digər 3 matçı 31 avqust…

Read More