İdman 

“Qalatasaray” Çempionlar Liqası ilə vidalaşdı

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib. QOL.az xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib. Türkiyə “Qalatasaray”ı İsveçrə “Yanq Boyz”u ilə bu dəfə İstanbulda qarşılaşıb. Görüşdə “Yanq Boyz” 0:1 hesablı qələbə qazanıb. Bu komandalar arasında ilk oyunda “Yanq Boyz” 3:2 hesabı ilə qalib gəlmişdi. İsveçrə klubu ümumilikdə 4:2 hesablı qələbə ilə liqa mərhələsinə vəsiqə qazanıb. “Qalatasaray” isə yoluna Avropa Liqasının liqa mərhələsində davam etməli olacaq. Həmçinin bu gün “Sparta” və “Zalsburq” da əsas mərhələyə vəsiqə qazanıb. UEFA Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları 27 avqust…

Read More
İdman 

“Qarabağ” – “Dinamo” oyununa satılan bilet sayı açıqlandı

Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Dinamo” (Zaqreb) cavab oyununa bilet satışı davam edir. QOL.az xəbər verir ki, artıq görüş üçün 28 min bilet satılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır. Azarkeşlər qarşılaşma üçün biletləri iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu və…

Read More
İdman 

“Qarabağ” “Dinamo”nu keçə bilməsə, Avropa Liqasında nə qədər qazanacaq?

“Qarabağ” sabah Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində “Dinamo” ilə qarşılaşacaq. Ağdam təmsilçisi ilk oyunda 0:3 hesabı ilə məğlub olduğu rəqibinə qarşı geridönüş etməyi bacarsa, həmin turnirin liqa mərhələsinə yüksələcək. Əks halda Avropa Liqasında liqa raundunda mübarizə aparacaq. Bu liqada mübarizə aparacaq hər bir kluba UEFA 4,31 milyon avro ödəniş edəcək. Hər qələbəyə görə verilən məbləğ 450 000 avrodur. Komandalar heç-heçəyə görə 150 000 avro qazanacaq. (offsideplus.az)

Read More
İdman 

“Barselona” bu klubun əsas müdafiəçisini alır

“Barselona” “Bayer”in mərkəz müdafiəçisi Conatan Tanı transfer etmək istəyir. Lent.az xarici mediaya istinadla xəbər verir ki, İspaniya klubu transferi avqustun 30-a kimi başa çatdırmağı planlaşdırır. Artıq tərəflər arasında ilk danışıqlar aparılıb. 28 yaşlı alman futbolçu “Bayer Leverkuzen”lə 2025-ci ildə başa çatacaq müqaviləni yeniləmək istəmir və “Bavariya”ya keçid hələ də razılaşdırılmayıb. Keçən mövsüm Conatan Ta bütün turnirlərdə 48 oyunda iştirak edib, altı qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırki əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 30 milyon avrodur.

Read More
İdman 

Məşhur hakim “Qarabağ”ın oyununu idarə edəcək

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Qarabağ” – “Dinamo” matçının hakimlər briqadası açıqlanıb. Offsideplus.az xəbər verir ki, oyunu məşhur ingilis referi Maykl Oliver idarə edəcək. Ona Stüart Bört, Li Betts köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Kris Kavanaq yerinə yetirəcək. Oyunda video köməkçi hakim Stüart Atvell, köməkçisi isə Timoti Vud olacaq. Qeyd edək ki, görüş 28 avqust saat 20:45-da başlayacaq. “Qarabağ” ilk oyunda 0:3 hesabı ilə məğlub olub.

Read More
İdman 

Qurban Qurbanov bunu “Dinamo”dan gizlətdi

“Qarabağ”ın gələn həftə çox vacib oyunu var “Dinamo” ilə. Çempionlar Liqasında mövsümün bəlkə də son 90 dəqiqəsini keçirəcəklər. Zaqrebdən 0:3 hesablı məğlubiyyətlə dönmüş komandada böyükdən kiçiyə hamı cavab qarşılaşmasını fikirləşir. Burada kimisə fərqləndirmək olmaz, hər kəs “Dinamo”dan revanş almağı arzulayır. “Qarabağ” dünən o düşüncələr altında Premyer Liqada üçüncü oyununa çıxdı. Qurban Qurbanov, gözlənildiyi kimi, yenə rotasiyaya getmişdi, qarışıq heyətə güvənmişdi. 65-ci dəqiqəyə kimi belə davam etdi. eyni dəqiqədə Zubir, Juninyo və Benzianı meydana atdı, bir qədər sonra da oğlu Musanı onlara qoşdu. Bütün bu əvəzləmələr “Qarabağ”ın oyununu gücləndirmədi. Güc itirmək…

Read More
İdman 

Heç vaxt olmadığı qədər pul alacaqlar – Bu gün “Qarabağ”ı udsalar

Premyer Liqada 4-cü tur davam edir. Bu gün daha iki qarşılaşma keçiriləcək. “Qarabağ” öz meydanında “Turan Tovuz”la üz-üzə gələcək. İlk 3 turda 7 xal toplayan qərb təmsilçisi turnir cədvəlində onu izləyən “köhlən atlar”a qalib gəlsə, klub tarixinin ən böyük mükafatını qazanacaq. Kurban Berdiyevi baş məşqçi postuna gətirmiş Ehtiram Quliyev yenə “kisənin ağzını açıb”. “Sumqayıt” və “Kəpəz” üzərində qələbəyə görə 60 min manatından keçən İdarə Heyətinin sədri bu dəfə rəqəmi 80 minə qaldırıb. Hər halda iş adamının adından futbolçulara belə söylənilib. “Turan” səfərdən 1 xalla qayıdarsa, yenə oyunçulara mükafat ödəniləcək. Uduş…

Read More
İdman 

Borc əmələ gəldi, Premyer Liqa klubu çətin vəziyyətə düşdü

“Sumqayıt” gözləmədiyi problemlə üzləşib. “Azəriqaz” Premyer Liqanın ilk 3 turunda iki qələbə qazanan “kimyaçılar”ın qazını kəsib. Komandanın ev oyunlarını keçirdiyi Mehdi Hüsenynzadə adına stadion hazırda təbii yanacaq üzünə həsrət qalıb. Buna səbəb arenanın adıçəkilən təşkilata borcunun yaranmasıdır. Çox qəribədir ki, stadionu tikən yerli İcra Hakimiyyəti (İH) indi həmin borcu ödəmək istəmir. İH problemi klubun üzərinə “yükləmək” niyyətində düşüb, ancaq məsələ açıq qalıb. Çünki “kimyaçılar” kompleksin onun balansında olmamasını əsas gətirib. Yəni ki, bura bizə aid deyilsə, niyə artıq xərc çəkək? (sportinfo.az)

Read More
İdman 

“Əl-Nəsr” klubu dağılır -“Ronaldo layihəsi” çökdü

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasında böhran yaşanır. Buna səbəb Səudiyyə İnvestisiya Fondunun kluba maliyyə ayırmasını dayandırımasıdır. “Essential Sports”un iddiasına görə, klubun prezidenti İbrahim bin Abdulla Əl-Muhaidib klubu tərk edəndən sonra idarə heyətinin üzvü Kafari Əl-Kafari istefa verib. İdarə Heyətinin bəzi üzvləri də artıq klubu tərk ediblər. Klub rəhbərliyinin yeni oyunçu və maliyyə almaq üçün yüksək səviyyəli rəhbərliklə görüşsə də, rədd cavabı alıb. Klubun ulduzu Kriştiano Ronaldo da yüksək səviyyəli rəhbərliklə görüşməyə cəhd etsə də, razılıq verilməyib. Ronaldonun ətrafında qurulan böyük layihəyə yeni oyunçuların cəlb edilməyəcəyi deyilir. Bəzi futbolçuların da klubdan ayrılmaq…

Read More