İdman 

Rəhbərliklə görüşdü, vəzifəsindən getmək istədiyini açıqladı – PULA GÖRƏ

I Liqanın dəyişilməz iştirakçılarından “Zaqatala”nın baş məşqçisi Rüstəm Məmmədov rəhbərliyə müraciət edib. O. 8 ildən artıqdır çalışdığı postdan istefa vermək istədiyini bildirib. Yerli mütəxəssis səbəb kimi maliyyə çatışmazlığını göstərib. Məmmədov mövcud şərtlər daxilində işini davam etdirməyin ona sərf etmədiyini söyləyib. Aylıq maaşı 1200 manatı ötməyən çalışdırıcı bu məbləğin artırılması tələbi irəli sürüb. (sportinfo.az)

Read More
İdman 

Coşqun oynadı, komandası liderliyə yüksəldi

Türkiyə 1-ci liqasında 2-ci turun oyunları davam edir.  Azərbaycanlı futbolçu Coşqun Diniyevin komandası da növbəti matçını keçirib. Onun çıxış etdiyi “Bandırmaspor” səfərdə “Keçiörengücü”nün qonağı olub. Coşqunun komandası əzmkar qələbəyə sevinib. Startda hesabda geri düşən “Bandırmaspor” sonradan 2 qol vuraraq, çətin qələbə qazanıb. Start heyətində yer alan Diniyev 55-ci dəqiqədə əvəzlənib. Qeyd edək ki, mövsümə 2 qələbə ilə başlayan “Bandırmaspor” azı bir günlük lider mövqeyinə yüksəlib. (fanat.az)

Read More
İdman 

Azərbaycan klubundan qorxu saçan İKİ TRANSFER

“Sumqayıt” azarkeşlərinin yeni transfer həsrətinə son qoyub. Klub qısa müddətdə 2 yeni transferlə fanatlarını müjdələdi. Söhbət Silvanus Nimeli və Alan Diasdan gedir. Nimeli forvard, Dias isə mərkəz müdafiəçisidir. Amma “Sumqayıt”lı azarkeşlər çox da sevinməyə tələsməsinlər. Çünki hər iki futbolçu da “kimyaçılar”a heç də karyeralarının xoş günündə gəlməyiblər. Ehtimal etmək olardı ki, düşərgəyə hazır futbolçular dəvət ediləcək. Mövsüm artıq başlayıb. Heyət isə çox kasaddır. Bundan sonra kiminsə formaya düşməsini gözləməyə zaman yoxdur. Heç yay toplanışında “kimyaçılar”a qoşulanlar belə hələ adaptasiya prosesini arxada qoya bilməyib. O ki qalmışdı mövsümün gedişində gələnlər. Biz…

Read More
İdman 

“Qalatasaray” Konya səfərindən qələbə ilə qayıtdı

Türkiyə Super Liqasının 2-ci turunda “Tümosan Konyaspor” və “Qalatasaray” üz-üzə gəliblər. Oxu.Az xəbər verir ki, Medaş Konya Böyükşəhər Stadionunda keçirilən görüşdə sarı-qırmızılılar 1-2 hesabı ilə qalib gəliblər. Matçın 41-ci dəqiqəsində Kerem Aktürkoğlu və 59-cu dəqiqəsində Barış Alper Yılmazın vurduğu qollar “Qalatasaray”a qələbə qazandırıb. “Tümosan Konyaspor”un yeganə qolunu 45-ci dəqiqədə Oğulcan Ülgün vurub. Ötən mövsüm Türkiyə Kubokunu qazanan “Qalatasaray” bu qələbə ilə xal hesabını 6-ya yüksəldib. “Tümosan Konyaspor”un isə 3 xalı var.

Read More
İdman 

Hidayətlə Zelimdən Prezidentə hədiyyə- Foto

Xəbər verdiyimiz kimi, Prezident, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib. ARANTV.AZ-ın məlumatına görə, Olimpiadanın qızıl medalçıları, cüdoçular Hidayət Heydərov və Zelim Kotsoyev dövlət başçısına xatirə hədiyyələri təqdim ediblər.

Read More
İdman 

Prezident Paris-2024-də medal qazanmış idmançıları qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib. ARANTV.AZ  xəbər verir ki, görüşdə çıxış edən dövlət başçısı İlham Əliyev deyib: – İlk növbədə, idmançılarımızı gözəl qələbələr münasibətilə təbrik edirəm. Siz Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil etmisiniz, Azərbaycan Bayrağını ucaltmısınız, bütün xalqımızı sevindirmisiniz. Sizi həm təbrik edirəm, həm də sizə öz təşəkkürümü bildirmək istəyirəm. Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki,…

Read More
İdman 

Prezident Paris-2024-də medal qazanmış idmançıları qəbul etdi

Prezident, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib. ARANTV.AZ  xəbər verir ki, dövlət başçısı Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə təltif olunmuş idmançılara və onların məşqçilərinə ordenləri təqdim edib.

Read More
İdman 

Olimpiya çempionları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Fransanın paytaxtı Parisdəki Yay Olimpiya Oyunlarında iştirak etmiş Azərbaycan idman nümayəndə heyətinin üzvləri, olimpiya çempionları və mükafatçıları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Ölkə.az-a verilən məlumata görə, həmçinin Şəhidlər Xiyabanı da ziyarət olunub. Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub. Qeyd edək ki, Azərbaycan Paris-2024-ü 7 medalla başa vurub. Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq), boksçu Alfonso…

Read More
İdman 

“Fənərbaxça” Çempionlar Liqası ilə vidalaşıb

Bu gün UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib. Apasport.az xəbər verir ki, pley-off mərhələsinə vəsiqə qazanaraq Çempionlar Liqasına bir addım yaxınlaşmaq istəyən “Fənərbaxça” doğma meydanda “Lill”i qəbul edib. Yeni mövsümə Joze Mourinyonun rəhbərliyi altında başlayan “Fənərbaxça” Fransa təmsilçisinə məğlub olub. İstanbul klubu mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.

Read More