Qurban Qurbanov: Bu, Azərbaycanın “Qarabağ”ı, mənim “Qarabağ”ım idi
Bu, Azərbaycanın “Qarabağ”ı idi, mənim “Qarabağ”ım idi. “Report” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bolqarıstan təmsilçisi “Ludoqorets”ə (Bolqarıstan) qarşı UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra keçirilən mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis 7:2 hesablı qələbəni şərh edib: “Futbolçularımı təbrik edirəm. Bu matçda məğlub olsaydıq da, oyundan həzz alırdım. Bakıda da bu komandanın gücünü görmüşdük. Bizə xoş olmayan oyun üslubuna malikdirlər. Bunun da qarşısını almalı idik. Hesabda öndə olsaq da, standart vəziyyətlərdən iki qol buraxdıq. Rəqibin ən üstün tərəfi olan əks-hücumlarda bir az diqqətsiz oynadıq. Amma…
Read More