İdman 

Millimiz Beynəlxalq Cüdo Federasiyasının hesabatında medalların əyyarına görə ikinci olub

Beynəlxalq Cüdo Federasiyası (IJF) Paris Olimpiadasında fərdi yarışların nəticələrinə yekun vurub. ARANTV.AZ xəbər verir ki, qurumun mətbuat xidməti yarışla bağlı hesabatda Azərbaycan millisinin iki qızıl medalını da qeyd edib. IJF-in rəsmi saytındakı yazıda oyunlarda 122 ölkədən olan cüdoçuların iştirakı vurğulanıb: “14 Olimpiya titulu 11 ölkə arasında bölünüb: Yaponiya, Azərbaycan, Fransa, Gürcüstan, Braziliya, Özbəkistan, Qazaxıstan, İtaliya, Xorvatiya, Kanada, Fransa və Sloveniya. 26 ölkə medal qazanıb və 37 ölkə final blokuna yüksəlib. Diqqətlə baxsaq, görərik ki, Yaponiya iki çempionluğu olan Azərbaycanı qabaqlayaraq, ümumi hesabda üç qızıl medalla birinci yerə çıxıb. Fransa isə…

Read More
İdman 

Paris-2024: Bu gün Azərbaycanın iki idmançısı və basketbol millisi çıxış edəcək

Bu gün Azərbaycanın iki idmançısı və qadınlardan ibarət 3×3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edəcək. İlk olaraq avarçəkənimiz Diana Dımçenko mübarizəyə start verəcək. Təmsilçimiz C finalında 13-18-ci yerlər uğrunda mübarizə aparacaq. Daha sonra Məryəm Şeyxəlizadəxangah 50 metr məsafəyə sərbəst üsulla üzmək üzrə təsnifat mərhələsinə qatılacaq. Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi 7-ci matçında Kanada ilə üz-üzə gələcək. Bununla da Ratomir Deliçin yetirmələri qrupdakı görüşlərini başa vuracaq. Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.//Report

Read More
İdman 

Paris-2024: Azərbaycan medal sıralamasında 15-ci pilləyə yüksəlib

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 15-ci pilləyə yüksəlib. Bu, cüdoçu Zelim Kotsoyevin (100 kq) ötən gün qızıl mükafat əldə etməsi sayəsində mümkün olub. Daha əvvəl digər cüdoçu Hidayət Heydərov da (73 kq) olimpiya çempionu adını qazanıb. Boksçu Alfonso Dominqes (92 kq) yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib. O, mübarizəyə davam etdiyi üçün mükafat cədvəldə göstərilməyib. Qardaş ölkə Türkiyə və Ukrayna 35-ci (hər ikisi 1 gümüş, 1 bürünc), Gürcüstan isə (1 qızıl, 2 gümüş) 17-ci sıradadır. İlk “üçlük”də Çin (11 qızıl, 7 gümüş, 6…

Read More
İdman 

Paris-2024: Azərbaycanın daha bir cüdoçusu olimpiya çempionu oldu

Avqustun 1-də Azərbaycan cüdoçusu Zelim Kotsoyev “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. ARANTV.AZ  xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa və dünya çempionu qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı İlya Sulamanidze ilə üz-üzə gəlib. Rəqibinə ipponla qalib gələn idmançımız Olimpiya çempionu olub. Qeyd edək ki, Olimpiadada mübarizəyə səkkizdəbir final mərhələsindən başlayan cüdoçumuz birinci görüşdə polşalı Pyotr Kuçera ilə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn dünya və Avropa çempionumuz adını dörddəbir finala yazdırıb. Bu mərhələdə İsrail təmsilçisi Peter Palçiki vaza-ari xalı ilə məğlub edən Z.Kotsoyev yarımfinala vəsiqə qazanıb. İdmançımız…

Read More
İdman 

Parisdə 2-ci dəfə Dövlət Himnimiz səsləndi

“Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Zelim Kotsoyev mükafatlandırılıb. ARANTV.AZ xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançımıza qızıl medal təqdim olunub. Olimpiya çempionumuzun şərəfinə Azərbaycanın Dövlət Himni səsləndirilib. Qeyd edək ki, daha əvvəl Azərbaycanın digər cüdoçusu Hidayət Heydərov (73 kiloqram) Olimpiya çempionu olub.

Read More
İdman 

Azərbaycanda Paris Olimpiadasının medalçılarına nə qədər mükafat veriləcək?

Fransanın paytaxtı Parisdə keçrilən XXXIII Yay Olimpiya Oyunlarının 5 günü arxada qalıb. “Paris-2024” Yay Olimpiya Oyunlarına 48 idmançı ilə qoşulan Azərbaycan komandası 15 idman növündə yarışır. Təəəssüf ki, xeyli idmançımız vaxtından əvvəl uduzaraq yarışları artıq başa vurublar. Hələlik yalnız bir idmançımız medal qazana bilib. Bu, 73 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçu Hidayət Heydərovdur. O, Fransa paytaxtında qızıl medal qazanmaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq, Azərbaycan Himnini səsləndirib. Hazırda aktivində 1 qızıl medal olan Azərbaycan komandası ölkələrin medal sıralamasında 23-cü yerdə gedir. Qarşıdakı günlərdə komandamızın medal sayı arta bilər. Maraqlıdır, bəs Paris Olimpiadasında…

Read More
İdman 

Elnur Məmmədli: “Həmin vaxtdan sonra ilk dəfə ağladım”

“Hidayətin çempionluğu ilə hər birimiz çox dərin və böyük hisslər yaşadıq”. Bunu İdman.biz-ə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli deyib. O, Paris-2024 Yay Olimpiya Oyunlarında 73 kq çəkidə çempion titulunu qazanan Hidayət Heydərovun uğurunu şərh edib. Məmmədlinin sözlərinə görə, dördilliyin ən mötəbər yarışında Azərbaycan himninin səslənməsi qürürvericidir: “Onun üzərində hamı kimi mənim də əziyyətim var. Hidayət Olimpiya çempionu kimi kürsüyə qalxdıqda və himnimiz səsləndiriləndə bir anlıq qızıl medal qazandığım Pekin-2008-ə qayıtdım və orada özümü gördüm. Axırıncı dəfə də məhz Olimpiya çempionu olarkən ağlamışdım. Daha sonra isə bu il Hidayət Abu-Dabidə…

Read More
İdman 

Hidayət Heydərovdan Elnur Məmmədli ilə bağlı paylaşım

Paris-2024 Olimpiya oyunlarının qalibi, cüdoçu Hidayət Heydərov Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Pekin-2008 Olimpiya oyunlarının çempionu Elnur Məmmədli və özü ilə bağlı maraqlı görüntülər paylaşıb. Oxu.Az-ın məlumatına görə, H.Heydərov bu barədə “Instagram” hesabında paylaşım edib. Belə ki, H.Heydərov müəllimi olan Elnur Məmmədlinin 16 il öncə olan çempionluğu və öz çempionluğunun videosunu paylaşaraq “Mənim idealım” sözlərini yazıb.

Read More
İdman 

Paris-2024: Azərbaycan medal sıralamasında 15-ci pillədə qərarlaşıb

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarındakı medal sıralamasında 15-ci pillədə qərarlaşıb. “Report” xəbər verir ki, hələlik komandanın aktivində bir qızıl mükafat var. Cüdoçu Hidayət Heydərov (73 kq) ötən gün olimpiya çempionu adını qazanıb. Ölkəmizlə birlikdə Rumıniya və Özbəkistan da bir qızıl medalla 15-cidir. Siyahıya 6 qızıl, 2 gümüş və 4 bürünc mükafatla Yaponiya kollektivi başçılıq edir. Meydan sahibi Fransa (5 qızıl, 8 gümüş və 3 bürünc) ikinci, Çin (5 qızıl, 5 gümüş, 2 bürünc) üçüncü yerdədir. Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Read More