İdman 

Fəxri kürsüdə iki azərbaycanlı… – Şəkillər

Paris-2024 Yay Olimpiya Oyunlarında bu gün keçirilən cüdo yarışlarının qalibləri mükafatlandırılıblar. Maraqlıdır ki, 73 kq çəki dərəcəsində fəxri kürsüdə iki azərbaycanlı yer alıb. Bunlar Azərbaycan milli komandasının üzvü Hidayət Heydərov və Moldova Respublikasını təmsil edən əslən azərbaycanlı Adil Osmanov olublar. Onlar hər ikisi eyni çəkidə yarışıblar. Xatırladaq ki, H.Heydərov final görüşündə yerli Fransa idmançısı Joan-Benjamin Gabaya qalib gələrək Olimpiya çempionu adını qazanıb. A.Osmanov isə 3-cü yer uğrunda qarşılaşmada İtaliya cüdoçusu Manuel Lombardonu məğlubiyyətə uğradaraq bürünc medala yiyələnib. İkinci bürüncə isə Yaponiyanı təmsil edən Soichi Hashimoto sahib olub.//QOL.az

Read More
İdman 

Leyla Əliyeva Hidayət Heydərovun olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunları ilə bağlı rəsmi “Instagram” hesabında paylaşım edib. ARANTV.AZ  xəbər verir ki, paylaşımda 73 kq çəki dərəcəsində yer alan idmançı, Azərbaycan cüdoçusu Hidayət Heydərov finalda fransalı Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanmasının görüntüləri əks olunub. Həmin paylaşımı təqdim edirik:    

Read More
İdman 

Hidayət Heydərov Fransa idmançısına qalib gələrək Olimpiya Çempionu Oldu

Azərbaycan cüdoçusu Hidayət Heydərov “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. ARANTV.AZ  xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız həlledici qarşılaşmada fransalı Con Benjamin Qaba ilə üz-üzə gəlib. Rəqibinə qızıl xal bölümündə ipponla qalib gələn cüdoçumuz Olimpiya çempionu adını qazanıb və “Paris-2024”də millimizin aktivinə ilk medalı yazdırıb. Bununla da Hidayət Heydərov bu il həm Avropa, həm dünya, həm də Olimpiya çempionu adını qazanmaqla Azərbaycan idmanının tarixinə düşüb. Olimpiadada mübarizəyə səkkizdəbir final mərhələsindən qoşulan cüdoçumuz birinci görüşdə İsrail idmançısı Tohar Butbulu, dörddəbir finalda isə kanadalı Artur Margelidonu ipponla…

Read More
İdman 

“1 dənə qaldı…”- Hidayətin ailəsinin sevinci

Xəbər verdiyimiz kimi, Azərbaycan cüdoçusu Hidayət Heydərov Paris-2024-də finala vəsiqə qazanıb. Azərbaycan Cüdo Federasiyası idmançımızın yarımfinaldakı qələbəsinə ailəsinin sevindiyi kadrlarını yayımlayıb. Xatırladaq ki, 73 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimizin finaldakı rəqibi fransalı Joan-Benjamin Qaba olacaq. Həmin görüntüləri təqdim edirik:

Read More
İdman 

Onlar Fransada tarix yazacaqlar

Olimpiya Oyunları dünyanın bütün dövlətlərinin diqqət mərkəzində olan ən mühüm və möhtəşəm idman tədbiridir. Müasir dövrdə hər bir dövlətin Olimpiya hərəkatında iştirakı, onu təmsil edən idmançıların Olimpiya Oyunlarında göstərdikləri nəticələr ölkənin təkcə idman sahəsindəki potensialını deyil, həm də ümumi inkişaf səviyyəsini nümayiş etdirir, beynəlxalq nüfuzuna təsir göstərir. Milli, irqi və dini mənsubiyyətindən asılı olmayaraq milyonlarla insanı bir yerə toplayan Olimpiya Oyunları həm də xalqlar arasında dostluq və qarşılıqlı anlaşma əlaqələrinin, dünyada sülhün və əmin-amanlığın möhkəmləndirilməsi işinə xidmət edən vasitə hesab olunur. Azərbaycan idman ölkəsi kimi  beynəlxalq aləmdə geniş tanınır. Artıq…

Read More
İdman 

Azərbaycanlı alpinistin yeddinci fəthi – FOTO

İyulun 10-da azərbaycanlı alpinist İsrafil Aşurlı dünyanın doqquzuncu zirvəsi olan Nanqa Parbatı (8125 m) fəth edib. İdman.biz xəbər verir ki, o, hündürlüyə əlavə oksigendən istifadə etmədən qalxıb. Dünyada hündürlüyü 8 min metrdən yuxarı olan 14 zirvə var və bu fəth Aşurlının yeddinci səkkizminlik zirvəsidir. Qeyd edək ki, Nanqa Parbat Pakistan ərazisində yerləşən Qərbi Himalayın ən hündür zirvəsi hesab edilir.

Read More
İdman 

Bu gün Beynəlxalq İdman Jurnalistləri Günüdür

İyulun 2-si Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının (AIPS) yaradılmasının 100 illiyi tamam olur. ARANTV.AZ xəbər verir ki, 1924-cü il iyulun 2-də beynəlxalq idman mətbuatı nümayəndələrinin Parisdə keçirilmiş konqresində AIPS-in yaradılması barədə qərar qəbul edilib. Qurumun təşəbbüsü ilə 1995-ci ildən başlayaraq hər il iyulun 2-si Beynəlxalq İdman Jurnalistləri Günü kimi qeyd olunur. İdman jurnalistikası müasir cəmiyyətin həyatında böyük rol oynayır. İdman ümumi diqqət və maraq predmeti olmaqla yanaşı, gənclərin tərbiyəsində, insanların sağlamlığında, dövlətlərarası münasibətlərin möhkəmləndirilməsində vacib amildir. İdman xalqlar arasında qarşılıqlı anlaşmaya, dostluğun və sülhün möhkəmləndirilməsinə kömək edir. Hadisələrin mərkəzində olan, bədən…

Read More
İdman 

Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov reytinqdə gerilədi

FİDE iyul ayı üçün şahmatçıların reytinqini açıqlayıb. Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov (2726) üç pillə geriləyib. 39 yaşlı qrossmeyster 19-cu pillədə yer alıb. Teymur Rəcəbov (2700) isə 4 pillə geriyə düşərək 34-cü yerdə qərarlaşıb. Altı pillə irəliləyən Rauf Məmmədov (2652) 76-cı yerə yüksəlib. Kişilərin reytinq cədvəlinə Maqnus Karlsen (2990, Norveç) başçılıq edir. Hikaru Nakamura (2802, ABŞ) ikinci Fabiano Karuana (2796, ABŞ) isə üçüncüdür. Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2441) 4 pillə geriləyərək 33-cü yerdə qərarlaşıb. Gövhər Beydullayeva isə üç pillə geriləyərək (2412) 42-ci pillədə yer alıb. 16 pillə irəliləyən Xanım Balacayeva (2407)…

Read More