İdman 

Atalar üçdən, AFFA yeddidən deyib… – Santuşla bağlı fərqli rəylər

Azərbaycan futbol millisinin növbəti baş məşqçisi, nəhayət, bəlli oldu. Bu, 70 yaşlı tanınmış portuqaliyalı mütəxəssis Fernandu Santuşdur. O, futbol millimizin sayca 7-ci əcnəbi baş məşqçisi olacaq.  İyunun 13-də Fernandu Santuş ictimaiyyətə təqdim olunub. AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev bildirib ki, Fernandu Santuşla bağlı elə də çox danışmağa ehtiyac yoxdur, çünki dünyaca tanınmış məşqçidir: “Onun müxtəlif yığmalarda bir sıra uğurları olub. Yunanıstan millisini 2014-cü ildə Dünya Çempionatına çıxarmışdı. Portuqaliya millisində isə Avropa çempionu olub”. Sərxan Hacıyev 70 yaşlı çalışdırıcının qarşısına bir sıra məqsədlər qoyulduğunu vurğulayıb: “Əsas məqsədlərdən biri 2028-ci ildə Avropa…

Read More
İdman 

Kadi yenidən “Qarabağ”da? – Qurban Qurbanovdan AÇIQLAMA

“Kadi Borgesin “Qarabağ”da olmasını istəyərəm”. Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov braziliyalı futbolçunun Ağdam təmsilçisinə mümkün qayıdışı ilə bağlı danışarkən deyib. “Azarkeşlər də bunu arzulayırlar. Amma bəzən bizdən asılı olmayan səbəblər olur. Ola bilər ki, nə vaxtsa komandamıza qayıtsın”, – deyə təcrübəli mütəxəssis vurğulayıb. Qeyd edək ki, Kadi Borges 2021-ci ilin yayından 2023-cü ilədək “Qarabağ”ın formasını geyinib. O, cari mövsüm Rusiyadakı bütün turnirlərdə 33 oyun keçirib, dörd qol və üç məhsuldar ötürmə ilə yadda qalıb. (Qaynarinfo)

Read More
İdman 

Şəhriyarın qadınlarla bağlı açıqlaması tənqid olundu- VİDEO

Azərbaycan şahmat millisinin üzvü Şəhriyar Məmmədyarov açıqlamaları ilə müzakirələrə səbəb olub. “Qafqazinfo” xəbər verir ki, yutubda yayımlanan “Persona” verilişində qonaq olan qrossmeyster qadınların bütün sahələrdə kişilərdən geridə olduğunu bildirib. O, “bacılarınızla rəqabətə çox gedirdiniz?” sualına belə cavab verib: “Şahmatda qadın-kişi faktoru çox önəmlidir. Qadınlar kişilərdən çox zəifdirlər. Düzdür, bu fikir indi qadınların çoxunun xoşuna gəlməyəcək, amma dünyanın yüz ən yaxşı şahmatçısından biri belə qadın deyil. Yəni, heç bir qadın şahmatçı kişilərlə mübarizə apara bilmir. Qadınlar kişilərdən hansı sənətdə üstündür ki?! Çox fikirləşməyiniz belə artıq qəribədir. Fikirləşdiniz, rahatlıqla deyə bilmədiniz. Çünki…

Read More
İdman 

Görüntüləri gündəm olan idmançının məşqləri görün neçəyə imiş – VİDEO

TikTok-un dünya trendinə düşən azərbaycanlı idmançı Emin Çaqayevin məşqlərinin müzakirəsi davam edir. Özünəməxsus tərzdə məşq keçən idmançı gündəmdən düşmür. Rəqs edərək və tempi hesablayaraq arıqlama məşqləri aparan məşqçinin qiymətləri son günlər cəmiyyəti maraqlandıran məsələlərdən biridir. Yenisabah.az Çaqayevin məşq qiymətləri ilə maraqlanıb. Belə ki, 60 günlük xüsusi məşq proqramına qoşulmaq üçün nə az, nə çox 1000 manat ödəmək lazımdır. Proqrama qoşulan zaman şəxsə özəl, onun məqsədinə uyğun xüsusi yemək proqramı yazılır. Məşqlər idmançının nəzarəti altında, həftədə 3 dəfə aparılır. Lakin məşhur məşqçinin proqramına qoşulmaq elə də asan deyil, bunun üçün öncədən…

Read More
İdman 

Azərbaycan idmançısı Rusiyada dörd qızıl medal qazandı – FOTO

Rusiyanın paytaxtı Moskva şəhərinin “Maksima Stables” atçılıq mərkəzində keçirilən dressaj növü üzrə beynəlxalq “Qələbə Kubokunun Finalı” yarışında Azərbaycan idmançısı Aydın Əlibəyov ölkəmizi layiqincə təmsil edərək yüksək nəticələr əldə edib. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. Bildirilib ki, 4 gün davam edən yarışlarda 3 atla iştirak edən həmyerlimiz cavan atlar (5-7 yaş) arasında keçirilən turda 4 qızıl medal qazanıb, “Intermediate 1 Freestyle” proqramında isə 5-ci yerə layiq görülüb. Müxtəlif bölgələrdən ən güclü atların iştirakı ilə keçirilən yarışlarda hava şəraitinin qismən soyuq, temperaturun aşağı olmasına baxmayaraq tribunalar dolu olub.…

Read More
İdman 

Bakıda idman zallarında qiymətlər necədir? – VİDEO

İdman sağlamlıqdır. Ancaq sağlam həyata gedən yol ən azı 60 manatdan keçir. Son zamanlar bütün sahələrdə müşahidə edilən qiymət artımı, idman zallarına da təsirini göstərib. Musavat.com bildirir ki, “Xəzər Xəbər” mövzu ilə bağlı araşdırma aparıb. Ətraflı süjetdə: Bakıda fəaliyyət göstərən idman zallarının aylıq ortalama qiymət cədvəlini təqdim edirik:  

Read More
İdman 

“5 aydır quru çörək yeyirik” – Dadaşovun komandasında nə baş verir?

“Biz həqiqətən mövsümün əvvəlindən tək qalmışıq. Nə meydançamız, nə bazamız, nə pulumuz var. Heç nəyimiz yoxdur”. Qol.az xəbər verir ki, bu sözləri Türkiyənin “Hatayspor” klubunun qapıçısı Erce Kardeşler “Gazeteduvar”a açıqlamasında deyib. Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun icarə əsasında çıxış etdiyi Hatay klubu maddi çətinliklər içərisindədir. Türkiyəli qapıçı komandanın durumunun acınacaqlı olduğunu bildirib: “Bəzən insanlar bizə əsəbiləşirlər. Amma mən həyatımda belə kollektivlə işləməmişəm. Onların hər biri ilə fəxr edirəm. Çünki çox şəraitsiz vəziyyətdə mübarizə aparırıq. 30 yaşım var, 10-11 ildir futbol oynayıram. İlk dəfədir ki, bir klubun bu qədər baxımsız qaldığını…

Read More
İdman 

Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR – FOTO

Baş Prokurorluğun əməkdaşı, Abşeron Rayon Prokurorluğunun müavini, veteran karateçi, 5-ci dan qara kəmər sahibi Aslan Surxayev Azərbaycan Karate Federasiyasının ənənəvi karate üslubu fudokan üzrə nümayəndəliyinin birinci vitse-prezidenti təyin edilib. Bu barədə Azərbaycan Karate Federasiyası məlumat yayıb. Bildirilib ki, Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev yeni təyinat münasibətilə Aslan Surxayevi təbrik edib, fudokan karatenin inkişafı ilə bağlı müvafiq tövsiyələrini verib və həmçinin Azərbaycan Karate Federasiyasının üzvlük vəsiqəsini təqdim edib. Daha bir təyinat isə Vüsal Abdullazadə ilə bağlı olub. Belə ki, V.Abdullazadə Azərbaycan Karate Federasiyasının prezidentinin köməkçisi vəzifəsinə təyin olunub. Qeyd olunub ki, ənənəvi karate üslubu Dünya…

Read More
İdman 

“Formula-1” yarışları yenidən İstanbulda keçiriləcək

“Formula-1” yarışları 2026-cı ildə yenidən İstanbulda olacaq. Bu barədə Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy bildirib. Onun sözlərinə görə, tender prosesi ilə bağlı birinci mərhələ bitib və ərazi təslimi ilə bağlı ikinci mərhələ başlayıb. “Daha sonra 2026-cı ildən etibarən “Formula-1” yarışlarının İstanbula, Türkiyəyə gətirilməsi üçün müqavilə prosesi başlayacaq. Proses burada planlaşdırıldığı kimi davam edir”, – deyə o vurğulayıb. Qeyd edək ki, bundan əvvəl Türkiyə Qran-prisi İstanbulda 2005-2011 və 2020-2021-ci illərdə keçirilib. Yarışlar alman mühəndis Hermann Tilke tərəfindən hazırlanmış “İstanbul Parkı” avtodromunda baş tutub. Trasda hərəkət istiqaməti saat əqrəbinin…

Read More