İdman 

Futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin oyun təqvimi açıqlanıb

Futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin oyun təqvimi açıqlanıb. Bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb. Bildirilib ki, ilkin mərhələnin püşkü 2024-cü il yanvarın 25-də atılacaq. Oyunlar isə aprelin 8-dən 17-dək keçiriləcək. Həmin raundda uğur qazanacaq millilər mübarizəyə birbaşa əsas mərhələdən başlayacaq komandalara qoşulacaqlar. Azərbaycan millisinin mübarizəyə qoşulacağı əsas mərhələnin püşkatma mərasimi 2024-cü il iyulun 17-də təşkil olunacaq. Burada ilk oyunlar ev-səfər sistemi ilə 9-18 dekabr 2024-cü il tarixlərində baş tutacaq. Digər qarşılaşmalar 2025-ci il yanvarın 27-dən fevralın 5-dək, 3-12 mart və 7-16 aprel aralıqlarında reallaşacaq. Pley-offun püşkü 15 may, oyunları 15-24 sentyabr 2025-ci…

Read More
İdman 

UEFA reytinqi: Azərbaycan xal ehtiyatını artıraraq Rusiyaya daha da yaxınlaşıb

Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırıb. “Report”un məlumatına görə, bu, “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Norveçdə “Molde” ilə heç-heçə (2:2) etməsi sayəsində mümkün olub. Bu bərabərlik sayəsində ölkə reytinqinə daha 0,250 xal əlavə edilib. Azərbaycan hazırda 18,125 əmsalla 29-cu pillədə qərarlaşıb. Cari mövsümdəki əmsal isə 3,875-ə çatıb. UEFA-nın qərarı ilə klubları avrokuboklarda iştirak etməyən Rusiya 18,632 xalla 28-ci sıradadır. Reytinqə 98,678 əmsalla İngiltərə başçılıq edir. İspaniya (84,739) ikinci, İtaliya (80,998) isə üçüncü pillədə qərarlaşıb.

Read More
İdman 

Azərbaycan Kubokunda ikinci təsnifat mərhələsinə yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan Kubokunda ikinci təsnifat mərhələsinə yekun vurulacaq. “Report”un məlumatına görə, son olaraq daha iki oyun keçiriləcək. “Şamaxı” “Zaqatala”nın, “Mingəçevir” isə “İmişli”nin qonağı olacaq. Hər iki görüş saat 13:30-da başlayacaq. 30 noyabr (cümə axşamı) 13:30. “Zaqatala” – “Şamaxı” Hakimlər: Fərid Hacıyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Mahmud Bağırzadə. Hakim-inspektor: Əmrah İbrahimov. AFFA nümayəndəsi: Erkin Hüseynov. Zaqatala Olimpiya İdman Kompleksinin stadionu (canlı, “AzPFL”) 13:30. “İmişli” – “Mingəçevir” Hakimlər: Kamran Əliyev, Zöhrab Abbasov, Teymur Teymurov, Murad Səlimli. Hakim-inspektor: Rəhim Həsənov. AFFA nümayəndəsi: Seymur Səlimli. İmişli şəhər stadionu (canlı, “CBC Sport”)…

Read More
İdman 

UEFA Avropa Liqası: “Qarabağ” Norveçdə “Molde”nin qonağı olacaq

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Norveçdə “Molde”nin qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Görüşü Erik Lambrextsin başçılıq etdiyi belçikalı hakimlər briqadası idarə edəcək. Altı xala malik komandalar H qrupunda ikinci-üçüncü yerləri bölüşdürürlər. Azərbaycan çempionu qələbə qazanacağı təqdirdə Avropa Liqasının pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirəcək. Qrupun digər matçında Almaniyanın “Bayer 04” klubu İsveçdə “Hakken”in qonağı olacaq. Bu oyun da eyni saatda başlayacaq. UEFA Avropa Liqası Qrup mərhələsi, V tur 00:00. “Molde” (Norveç) – “Qarabağ” (Azərbaycan) Baş…

Read More
İdman 

UEFA Gənclər Liqası: “Qəbələ” bu gün Yunanıstan klubu ilə üz-üzə gələcək

Bu gün “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirəcək. “Report”un məlumatına görə, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv turnirin II mərhələsində Yunanıstanda “Olimpiakos”un qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. “Qırmızı-qaralar” Qəbələdə gerçəkləşən ilk matçda rəqibinə 0:3 hesabı ilə məğlub olub. Qeyd edək ki, “Qəbələ” I təsnifat mərhələsində Macarıstanın “Puşkaş Akademiya” klubunu üstələyib – 1:1, 1:0.

Read More
İdman 

Fatih Terim Azərbaycan millisinə baş məşqçi gəlsə…

Türkiyə futbol millisinin və “Qalatasaray”ın sabiq baş məşqçisi Fatih Terim Azərbaycan millisinə rəhbərlik edə bilər. Xəbər verilir ki, 70 yaşlı mütəxəssis menecerlər vasitəsilə AFFA-ya təklif olunub. Qurum Terimin namizədliyini nəzərdən keçirir, ancaq qərar verməyə tələsmir. AFFA-nın baş katibi Sərxan Hacıyev daha əvvəl açıqlamasında milliyə Azərbaycan mentalitetinə uyğun məşqçi gətirmək istədiklərini bildirib. AFFA İcraiyyə Komitəsi bu posta namizədlə bağlı qərarı yerli və əcnəbi məşqçilərin siyahısını hazırladıqdan sonra verəcək. Qeyd edək ki, Terim 2022-ci ilin yanvarından işsizdir. Mütəxəssis 1999/2000 mövsümündə “Qalatasaray”la UEFA Kubokunu qazanıb. O, “sarı-qırmızılar”la 8 dəfə Super Liqada, 3 dəfə…

Read More
İdman 

Luka Modriç “Real”da rekorda imza atıb

İspaniyanın “Real” klubunun futbolçusu Luka Modriç yeni rekorda imza atıb. 38 yaşlı yarımmüdafiəçi buna “Kadis”ə 3:0 hesabı ilə qalib gəldikləri La Liqanın XIV turunun matçında iştirak etməklə nail olub. Xorvatiyalı 35 yaşdan sonra paytaxt təmsilçisinin heyətində 161-ci qarşılaşmasını keçirib. O, bu göstəriciyə görə 1986-1997-ci illərdə “Kral klubu”nun formasını geyinmiş Fransisko Buyonu (160 oyun) geridə qoyub. Qeyd edək ki, Luka Modriç cari mövsüm bütün turnirlərdə 16 görüşdə meydanda olub və iki məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Real”la hazırkı müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq. Mənbə: Marca

Read More
İdman 

Premyer Liqada son beş mövsümün rekordu qeydə alınıb

Azərbaycan Premyer Liqasında son beş mövsümün rekordu qeydə alınıb. Peşəkar Futbol Liqasının məlumatına görə, bu, 3-cü dəfə het-trikin reallaşması ilə baş verib. “Qəbələ”nin futbolçusu Bilel Auaşeriya “Turan Tovuz”la ev oyununda rəqib qapısından 3 top keçirib. O, bununla komandasının 4:0 hesablı qələbəsinin memarı olub. Auaşeriyaya qədər “Qarabağ”dan Yassin Benzia, “Sabah”dan Davit Volkov het-trik müəllifi olublar. Sonuncu dəfə çempionatda 3 het-trikə 2018/2019 mövsümündə təsadüf olunub. Həmin vaxt Mahir Emreli iki, Dani Kintana bir matçda belə məhsuldarlıq nümayiş etdiriblər. Qeyd edək ki, het-trik sayında ölkə çempionatlarının mütləq rekordu 1992-ci ildə gerçəkləşib. Həmin vaxt…

Read More
İdman 

“Səbail”in qol seriyası qırılıb, komanda rekordun bir addımlığında dayanıb

“Səbail” komandasının qol seriyası qırılıb. Peşəkar Futbol Liqasının məlumatına görə, Azərbaycan Premyer Liqasında mövsümün ilk 13 oyununda meydanı qolsuz tərk etməyən “dənizçilər” “Kəpəz”in qapısına yol tapa bilməyiblər. XIV turun matçı qolsuz heç-heçə ilə başa çatıb. Bakılılar əvvəlki 13 görüşdə 22 qola imza atıblar. Paytaxt klubu mövsümün startındakı qollu oyunlar sayında son 23 mövsümün rekordunu təkrarlayıb. “Neftçi” 2018/19, “Zirə” 2021/22, “Qarabağ” 2022/23 mövsümündə ilk 13 görüşü qol vurmadan tərk etməyib. Ölkə çempionatlarının 31 illik tarixində yalnız iki komanda daha uzun seriyaya malik olub. “Kəpəz” 1993/94, “Neftçi” 2000/01 mövsümlərində startda ardıcıl 14…

Read More
İdman 

AŞF-nin baş katibi: “Bu il şahmatçılarımızın beynəlxalq yarışlarda qələbələri çox olub”

“Bu il şahmatçılarımızın beynəlxalq yarışlarda qələbələri çox olub”. “Report” xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının (AŞF) baş katibi İlahə Qədimova deyib. O, Ayan Allahverdiyevanın qələbəsinə çox sevindiyini bildirib: “Azərbaycan xalqını Ayan Allahverdiyevanın İtaliyanın Montesilvano şəhərində 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında qızıl medal qazanması münasibətilə təbrik edirəm. Dünya çempionu olmaq böyük nailiyyətdir. Ayanın çemponluğuna şəxsən şahid oldum və buna çox sevindim. Onun oyununun keyfiyyəti çox yüksəkdir”. “Çox sevinirəm ki, bu il qələbələrimiz çox olub. Yeniyetmə şahmatçılarımız Avropadan ölkəmizə neçə-neçə medal gətiriblər. Eləcə də qadın idmançılarımız beynəlxalq yarışlarda medallar qazandılar.…

Read More