İdman 

Emil Novruzov HFC çempionu oldu – VİDEO

Emil “Qladiator” Novruzov Samat “Qırğız” Abdıraxmanovu məğlub edərək “Hardcore Fighting Championship” liqasının çempionu olub. Döyüşçülər ötən gün Moskvada keçirilən turnirdə qarşılaşıblar. Liqanın rəsmi sosial şəbəkə səhifəsindən yayımlanan döyüş beş raund davam edib və hakimlərin yekdil qərarı ilə hərmyerlimizin qələbəsi ilə başa çatıb.  

Read More
İdman 

Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib

Azərbaycan Velosiped Federasiyası (AVF) və Müdafiə Sənayesi Nazirliyinin (MSN) birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Səbail rayonunda yerləşən Veloparkın ərazisində 8 Noyabr – Zəfər Günü münasibətilə veloyürüş keçirilib. Vətən müharibəsində qazanılmış tarixi qələbəyə həsr olunan veloyürüşdə Azərbaycan millisinin, AVF-nin, MSN-in Velosiped İdman Klubunun üzvləri, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları, digər peşəkar və həvəskar velosipedçilər iştirak ediblər. Ümumilikdə 100 nəfərdən çox velosipedçi Veloparkın mərkəzindən start götürərək, təyin olunmuş marşrut üzrə 2 dairə vurublar. İştirakçılar sonda xatirə şəkli çəkdiriblər.

Read More
İdman 

Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatının püşkü atılıb

Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatının püşkü atılıb. “Report”un məlumatına görə, Azərbaycan millisi ilk oyunda Türkiyə komandası ilə üz-üzə gələcək. Daha sonra Qazaxıstan – Azərbaycan, Mərakeş – Qazaxıstan, Polşa – Mərakeş, Türkiyə – Özbəkistan və Özbəkistan – Polşa görüşləri baş tutacaq. Qeyd edək ki, yarış noyabrın 5-8-də reallaşacaq.

Read More
İdman 

Türkiyəli MMA döyüşçüsü: “Rizin”də döyüşəcəyimi eşidən kimi rəqibin kimliyini soruşmadan razılaşdım”

“Rizin”də döyüşəcəyimi eşidən kimi rəqibin kimliyini soruşmadan razılaşdım”. “Report”un məlumatına görə, bunu Türkiyənin MMA idmançısı Ferit Göktepe “Rizin” Döyüş Federasiyasının Bakıda təşkil edəcəyi “Landmark 7” turniri ərəfəsində mətbuat konfransında deyib. O, azərbaycanlı Mehman Məmmədovla keçirəcəyi döyüşlə bağlı fikirlərini bildirib: “Görüşü son gündə qəbul etdim. Daha əvvəldən də səhər və axşam məşqlər edirdim. Amma indi çəkimi azaltmaqla məşğulam. Ümumiyyətlə, “Rizin” böyük təşkilatdır. Burada olduğum üçün xoşbəxtəm. Ani qərar vermək cəsarət tələb edir ki, bu da məndə var. Daha əvvəldən də başqa təşkilatlardan təkliflərim var idi. Ancaq “Rizin”i eşidən kimi fikrimi qətiləşdirdim”.…

Read More
İdman 

Azərbaycan idmançıları Tbilisidə keçirilən dünya çempionatında 17 medal qazanıblar

Azərbaycan idmançıları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən universal döyüşün güləş versiyası üzrə dünya çempionatında 17 medal qazanıblar. “Report” xəbər verir ki, 35 ölkə təmsilçilərinin qatıldığı yarışda 28 idmançımız mübarizə aparıb. Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənovun rəhbərlik etdiyi komandalar yeniyetmələr, gənclər və böyüklər arasında güclərini sınayıblar. Yeniyetmələr bir qızıl, üç gümüş, iki bürünc, gənclər iki qızıl, bir gümüş, iki bürünc, böyüklər isə bir qızıl, iki gümüş, üç bürünc medal ilə Vətənə qayıdıblar.

Read More
İdman 

Rəfiqə Şabanova Fəxri Fərmanla təltif edilib – FOTO

Azərbaycanın tanınmış həndbolçusu Rəfiqə Şabanova Fəxri Fərmanla təltif edilib. Azərbaycan Həndbol Federasiyasından verilən məlumata görə, olimpiya çempionu 80 yaşının tamam olması münasibətilə qurumun prezidenti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovla görüşdə buna layiq görülüb. S.Məmmədov yubilyara xoş sözlərini çatdırıb, ona can sağlığı arzulayıb. Sonda xatirə şəkli çəkilib. Qeyd edək ki, Rəfiqə Şabanova SSRİ millisinin heyətində 1976-cı ildə keçirilən Monreal Olimpiadasının qızıl medalına yiyələnib. O, 1983-cü ildə Beynəlxalq Həndbol Federasiyası Kubokunu qazanıb. Dəfələrlə SSRİ çempionatının gümüş və bürünc mükafatçısı olan R.Şabanova SSRİ Xalqlarının Spartakiadasının gümüş medallarını da qazanıb.…

Read More
İdman 

Amputasiya olunmuş şəxslərdən ibarət Azərbaycan millisi final mərhələsinə vəsiqə qazanıb – FOTO

Amputasiya olunmuş şəxslərdən ibarət futbol üzrə Azərbaycan millisi 2024-cü ildə Fransada təşkil olunacaq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Bu barədə AFFA məlumat yayıb. Bildirilib ki, komanda buna Avropa Amputant Futbol Federasiyasının təşkilatçılığı ilə Şotlandiyada keçirilən Millətlər Liqasındakı uğurlu çıxış sayəsində müvəffəq olub. D divizionunda Niderland, Şotlandiya, Albaniya və Kosovo milliləri ilə mübarizə aparan yığma qrupu 2-ci pillədə başa vurub. Turnirin bağlanış mərasimində komanda Avropa Amputant Futbol Federasiyasının prezidenti cənab Mateuş Vidlak və Şotlandiyanın sosial qayğı və idman naziri xanım Mari Todd tərəfindən gümüş medallar ilə təltif olunub. Qeyd edək…

Read More
İdman 

“Mingəçevir Reqatası-2023”: Azərbaycan avarçəkənləri ikinci gündə 12 medal qazanıblar

Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Mingəçevir Reqatası-2023” beynəlxalq turnirinin ikinci günündə Azərbaycan idmançıları 12 medal qazanıblar. Səkkiz ölkədən 14 komandanın iştirakı ilə keçirilən yarışda avarçəkənlərimiz üç qızıl, dörd gümüş, beş bürünc medala yiyələniblər. Bir nəfərlik kanoe qayığında 500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançıların mübarizəsində Sənan Məmmədov ikinci, Cavid Vəlizadə üçüncü yeri tutub. Bir nəfərlik kayak qayığında 500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançıların mübarizəsində Amil Ramazanov bütün rəqiblərini geridə qoyaraq çempionluq sevinci yaşayıb. O, ötən gün 1000 metr məsafəyə…

Read More
İdman 

“Mingəçevir Reqatası-2023”də iştirak edəcək ölkələr məlum oldu

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə 25-27 oktyabr tarixlərində ənənəvi “Mingəçevir Reqatası-2023” beynəlxalq turniri keçiriləcək. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından verilən məlumata görə, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq reqatada 8 ölkə – Azərbaycan, Gürcüstan, Qazaxıstan, Litva, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan 14 komanda mübarizə aparacaq. Yarışda 2005-2010-cu il təvəllüdlü 100-dən artıq idmançı iştirak edəcək. Federasiyanın bu yaş kateqoriyalarına üstünlük verməyinin əsas səbəbi seçim prosesi aparmaqla qarşıdakı illər üçün rəqabətədavamlı yığma komandanın formalaşdırılmasıdır. Qeyd edək ki, “Mingəçevir Reqatası-2023” ardıcıl iki ildir Avropa…

Read More
İdman 

Azərbaycan boksçusu Serbiyada finala yüksəldi

Serbiyanın Çaçak şəhərində boks üzrə “Qızıl əlcək” beynəlxalq turnirində yarımfinal mərhələsinin döyüşləri keçirilib. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yığmamızın bir idmançısı finala yüksəlib. 60 kq çəkidə mübarizə aparan Ümid Rüstəmov (60 kq) yarımfinalda serbiyalı Stefan Kamoviçi məğlub edib. O, 3:0 (28:27, 29:26, 29:26) hesabı ilə qələbə qazanıb. Rüstəmov finalda rusiyalı Nemət Səfərovla döyüşəcək. Ruslan Rüstəmovla (63,5 kq) Kamran Şahsuvarlı (75 kq) isə “Qızıl əlcəy”i bürünc medalla başa vurublar. Onlar müvafiq olaraq, Sandan Sandanova (Rusiya) və Aleksandar Serifoviçə (Serbiya) məğlub olaraq, üçüncü yeri tutublar. Qeyd edək ki, yarışa 15 ölkə…

Read More