Güləş Federasiyasının məşqçilərin ümumrespublika seminarı davam edir – FOTO
Azərbaycan Güləş Federasiyasının təşkil etdiyi məşqçilərin ümumrespublika seminarı davam edir. “Report” xəbər verir ki, növbəti tədbir bu gün Göyçayda baş tutub. Gənclər evində təşkil edilən seminarda ətraf bölgənin 80-dən artıq güləş məşqçisi iştirak edib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) baş müəllimi Mehman Nəcəfov məşqlərin bölgüsündən, taktiki hazırlıqdan danışmaqla yanaşı, güləşçilərə yüksək mənəvi keyfiyyətləri aşılamağın, onları vətənpərvər kimi yetişdirməyin vacib olduğunu xüsusi qeyd edib. Yunan-Roma güləşi üzrə U-20 milli komandanın böyük məşqçisi Nurəddin Rəcəbov fiziki hazırlıq üzrə məşqlərə və texnika üzərində çalışmalara diqqəti yönəldib. Qeyd edib ki, güləşçilərin vitaminlər…
Read More