İdman Akademiyası rusiyalı qonaqlar üçün modul təşkil edib – FOTO
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ – MGİMO) arasında imzalanmış qarşılıqlı əməkdaşlıq haqqında Memorandum çərçivəsində mayın 27-dən 31-dək Rusiya nümayəndə heyətinin Bakıya səfəri başlayıb. Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, proqram çərçivəsində Avropa İdman Menecmenti Assosiasiyasının prezidenti, Böyük Britaniyanın Brunel Universitetinin professoru Vassil Qirqinov, Koventri Universitetinin professoru Amanda Pinkney, “RESULT Sports” şirkətinin baş direktoru Mario Leo və Rusiya Beynəlxalq Olimpiya Universitetinin elmi işlər üzrə prorektoru Nikolay Peşin kimi beynəlxalq dərəcəli mütəxəssislərin iştirakı ilə MDBMİ-nin tələbələri üçün səyyar modul təşkil olunub.…
Read More