İdman 

Sumqayıt şəhər Olimpiya Kompleksində özbaşınalıq

Olimpiya İdman Komplekslərində olimpiya idman növləri ödənişsiz olduğu halda Sumqayıt da vəziyyət əksinədir. Belə ki, 30-50 manat civarında uşaqlardan məcburi ödəniş alınır. Heç bir qəbz də verilmir. Qazi ailələrinə isə 50 % endirim edilir. Bir müddət idmanımız nazirsiz qaldı. Yeni nazir Fərid Qayıbovun gəlişindən sonra idman sahəsində islahatlar aparılacağına inam yarandı. O, idmanı bilən və idmanın havasını canına hopdurmuş bir insandır. Beynəlxalq və yerli səviyyədə onu tanıyırlar. Əminik ki, Nazirimiz Sumqayıt şəhər Olimpiya Kompleksində sürən özbaşnalıqdan xəbəri yoxdur. Bilmiş olsaydı bu özbaznalığa son qoyardı.

Read More
İdman 

Bədii gimnastika üzrə beynəlxalq yarışda Azərbaycan komandası 26 medal qazanıb – FOTO

BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində bədii gimnastika üzrə 5-ci beynəlxalq yarış keçirilib. Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, Almaniya, Rusiya, Qazaxıstan, Hindistan, Litva, BƏƏ və Sinqapurla yanaşı, Azərbaycan da yarışa qatılıb. Vətənimizi bu yarışda beynəlxalq dərəcəli məşqçi Sevil Fərəcovanın rəhbərlik etdiyi “Sportsbox” klubu təmsil edib. 2010-2016-cı il təvəllüdlü gimnastlardan ibarət komandamız yarışda dəfələrlə üçrəngli bayrağımızı zirvələrə qaldırıb. Belə ki, 21 gimnastla təmsil olunan klub vətənə 11 qızıl, səkkiz gümüş, yeddi bürünc medalla qayıdıb. Gimnastlar arasında çox kiçik yaşlarından vətənimizi çoxsaylı beynəlxalq yarışlarda təmsil edən Mina Abbasova üç dəfə fəxri kürsüdə yer alıb.…

Read More
İdman 

İlqar Nadiri: “Maşallah Əhmədovun dedikləri yalandır”

Azərbaycan futbolunun tanınmış simalarından olan Maşallah Əhmədov bir neçə gün öncə “Futbol+”a açıqlamasında “Kəpəz”in icraçı direktoru İlqar Nadiri ilə bağlı kəskin ittihamlar səsləndirmişdi. Keçmiş futbolçu “Kəpəz” rəsmisini öz qohumlarını kluba gətirərək onları işlə təmin etdiyini bildirmişdi. Komandanın pis günə qalmasında Nadirini günahlandıran M.Əhmədov başqa bir məqama da toxunmuşdu. O, səfər oyunlarında komandanın hansısa oteldə deyil, daha ucuz olması səbəbindən Olimpiya komplekslərində məskunlaşdığını, üstəlik futbolçuların yolda içdikləri çayın pulunu özləri ödədiyini də söyləmişdi. Məşhur futbolçunun ittihamları ilə bağlı “Kəpəz” rəsmisi “Qaynarinfo”ya müsahibə verib. O, sözügedən məsələlərlə yanaşı “Kəpəz”in durumuna toxunub, yeni baş…

Read More
İdman 

Sumqayıtlı idmançılar festivalda uğurla çıxış ediblər

Oktyabrın 21-23-də Bakı İdman Sarayında Müstəqilliyin Bərpası Gününə həsr olunmuş Şərq əlbəyaxa döyüş növləri festivalı keçirilib. ARANTV.AZ xəbər verir ki, “Arpaçay” İdman Birliyinin təşkilatçılığı ilə təşkil edilən festivalda 14 idman növü üzrə federasiyalar, ictimai birlik və klubların üzvləri iştirak edib. Yarışda sumqayıtlı idmançısı Hacıyev Elşad Suliddin oğlu (77 kiloqram) ikinci və onun tələbəsi Salahov Nəsib Vaqif oğlu (25 kiloqram) üçüncü yerlərə sahib olublar. Qeyd edək ki, yarışda ümumilikdə iki minə yaxın 18 yaşa qədər yeniyetmə və gəncin iştirakı planlaşdırılmışdı.

Read More
İdman 

Dünya çempionumuz: “Ən çətini son turda heç-heçə etdikdən sonra rəqiblərin görüşünü izləmək idi”

“Sona qədər yaxşı oyunlar keçirdim. Axırıncı görüşüm çox çətin oldu. Ondan da çətin olan isə heç-heçə etdikdən sonra rəqiblərin görüşünü izləmək idi”. Bunu “Report”a açıqlamasında İtaliyanın Sardiniya adasında keçirilən şahmat üzrə gənclər arasında dünya çempionatının qalibi Abdulla Qədimbəyli deyib. Dünya çempionu qeyd edib ki, turnirin çətin olacağını gözləyirmiş: “Yarışdan əvvəl də bilirdim ki, çətin olacaq. Yaxşı çıxış etdiyimi düşünürəm. Bizə güvəndikləri üçün federasiya rəhbərliyinə təşəkkür edirəm. Başda müəllimim Cahangir Ağarəhimov olmaqla üzərimdə əməyi olan hər kəsə öz minnətdarlığımı bildirirəm. Şükür ki, istədiyimə nail oldum”. Abdulla Qədimbəyli gələcək planlarından da danışıb: “Növbəti…

Read More
İdman 

Gövhər Beydullayeva: “Bir tur əvvəldən çempion olacağımı hiss etmişdim”

“Sondan əvvəlki turu oynadığımız gün hiss edirdim ki, çempion olacam. İçimə elə bir hiss dolmuşdu”. Bunu “Report”a açıqlamasında İtaliyanın Sardiniya adasında keçirilən şahmat üzrə gənclər arasında dünya çempionatının qalibi Gövhər Beydullayeva deyib. Xanım şahmatçımız bildirib ki, 10-cu turda oyunun gedişində öndə olsa da, uduş vəziyyətini əldən verib: “Alınmadı və heç-heçə oynadım, amma buna baxmayaraq, bir tur əvvəldən çempionluğu təmin etdim”. 19 yaşlı qrossmeyster daha əvvəl onlayn formatda dünya çempionu olsa da, ilk dəfə klassik şahmatda bu uğuru qazandığını vurğulayıb: “Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Burada çempion olduğum üçün Dünya…

Read More
İdman 

Şahmat üzrə gənclər arasında dünya çempionları Vətənə qayıdıblar – FOTO/VİDEO

İtaliyanın Sardiniya adasında şahmat üzrə gənclər arasında dünya çempionu olan Gövhər Beydullayeva və Abdulla Qədimbəyli Vətənə dönüblər. “Report” xəbər verir ki, şahmatçıları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Şahmat Federasiyasının (AŞF) rəsmiləri, şahmatçıların ailə üzvləri və media nümayəndələri qarşılayıblar.  

Read More
İdman 

“Mingəçevir Reqatası” başa çatıb, qaliblər mükafatlandırılıb

Avarçəkmə üzrə “Mingəçevir Reqatası”na yekun vurulub. “Report”un məlumatına görə, yarışın son 2 mərhələsi “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutub. Sonuncu gündə kayak, kanoe və avarçəkmə üzrə daha 8 qalib müəyyənləşib. Azərbaycan təmsilçiləri yarışı 26 medalla ikinci pillədə başa vurublar. Bunların 5-i qızıl, 10-u gümüş, 11-i isə bürünc medal olub. Reqata başa çatdıqdan sonra ölkələrin nümunəvi paradı gerçəkləşib. Daha sonra isə qaliblər mükafatlandırılıb. Mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) prezidenti Vüqar Əhmədov, Milli Məclisin birinci vitse-spikeri Əli Hüseyni, deputata Elman Nəsirov və digər rəsmi…

Read More
İdman 

Əli Hüseynli: “Mingəçevir Reqatası” Azərbaycanın idman və ictimai-siyasi həyatında mühüm hadisədir”

“Bu tədbir Azərbaycanın həm idman, həm də ictimai-siyasi həyatında mühüm və möhtəşəm hadisədir”. “Report”un məlumatına görə, bunu Milli Məclisin birinci vitse-spikeri Əli Hüseynli “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən “Mingəçevir Reqatası” barədə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) son dövlər fəaliyyətini çox yüksək səviyyədə qurub: “Bu ilin mayında ulu öndər Heydər Əliyevin il dönümünə həsr olunmuş yarış ilk dəfə işğaldan azad olunmuş Suqovuşanda keçirildi. Bu, həmin dövrdə sadəcə bir idman hadisəsi deyildi. Həm də tədbirə qatılmış ölkələr, dünya ictimaiyyəti üçün mesaj idi ki, Azərbaycan azad…

Read More
İdman 

Azərbaycanlı dünya çempionu: “Bu titul uşaqlıq arzum idi” – VİDEO

“Sonuncu turda uduzsam da, dünya çempionuyam və bu, mənim uşaqlıq arzum idi”. Bu sözləri FIDE-nin rəsmi “Facebook” səhifəsinə açıqlamasında gənc qadınlar arasında dünya çempionu olmuş azərbaycanlı şahmatçı Gövhər Beydullayeva deyib. Hər il gənclər arasında çempionatlarda iştirak etdiyini, ancaq medal qazana bilmədiyini bildirən qrossmeyster onlayn formada qalib adını qazandığını qeyd edib: “Son iki ildə dünya çempionatı klassik formada deyil, onlayn keçirilmişdi. Orada titul aldım. Amma bu, mənim ilk dünya çempionluğum idi. Çox xoşbəxtəm”. Dünya çempionluğunun heç bir başqa uğurla müqayisə olunmadığını vurğulayan Gövhər Beydullayeva bunun xüsusi duyğu olduğunu deyib: “Mən Avropa…

Read More