İdman 

“Olimpiakos”un futbolçuları Bakıya yola düşdülər – FOTO

Yunanıstanın “Olimpiakos” klubunun futbolçuları “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu üçün Bakıya yola düşüblər. Bu barədə Pirey təmsilçisinin “Twitter” hesabında paylaşım edilib. Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.  

Read More
İdman 

AFFA-nın vitse-prezidenti: “Hansısa rəqib üstün görünə bilər, amma bu, kağız üzərindədir”

“İddiamız böyük olmalıdır ki, biz də böyüyək”. Bunu “Report”a açıqlamasında AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov Azərbaycan millisinin 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkünün nəticəsini dəyərləndirərkən deyib. 63 yaşlı mütəxəssis yığmanın qarşılaşmalaradək tam hazır vəziyyətə gətirilməli olduğunu bildirib: “Bizə tanış rəqiblər düşüb. Kağız üzərində favorit və autsayder də bəllidir. Ancaq ən vacibi odur ki, yığma UEFA Millətlər Liqasındakı uğurlu çıxışını davam etdirmək üçün tam hazır vəziyyətdə olsun. Bunu dərk etmək lazımdır. Hazırda Avropada zəif kollektiv yoxdur. Komanda rəhbərliyi və futbolçular bunu başa düşürlər”. Sadıqov millinin seçmə mərhələdə toplayacağı xalla bağlı öncədən…

Read More
İdman 

Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnir start götürdü

Şəhid jurnalist Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həsr olunmuş həvəskar komandalardan ibarət Ənənəvi Futbol Turnirinin açılış mərasimi olub. “Report”un məlumatına görə, Ardanış Futbol Akademiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin nümayəndələri, MEDİA agentliyinin şöbə müdiri Natiq Əhmədli, “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev, baş redaktoru Murad Əliyev, rayon bələdiyyələrinin nümayəndələri və digər şəxslər iştirak edib. Bundan əlavə, açılış mərasiminə şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov, Sirac Abışovun qardaşı Şirzad Abışov da qatılıb. İlk olaraq şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın…

Read More
İdman 

Azərbaycan avarçəkəni dünya çempionatının finalında

Azərbaycan avarçəkəni Diana Dimçenko Uelsin Pembrukşir şəhərində keçirilən sahil avarçəkməsi üzrə dünya çempionatında finala yüksəlib. Federasiyadan verilən məlumata görə, bu növ üzrə 2018 və 2019-cu illərin dünya çempionu, 2021-ci il mundialının gümüş mükafatçısı ilkin mərhələni uğurla başa vurub. İrlandiyalı ikiqat dünya çempionu Cessika Berra və Avropa çempionatının mükafatçısı, isveçli Maria Berqin də olduğu 17 nəfərlik qrupda mübarizəyə başlayan Dimçenko təsnifat yürüşünü 25 dəqiqə 52 saniyəyə başa vurmaqla ən yaxın izləyicisini 35 saniyə qabaqlayıb və birinci nəticə göstərməklə finala vəsiqə qazanıb. Həlledici yürüş oktyabrın 9-da olacaq.

Read More
İdman 

Şuşanın “Qarabağ” reqbi klubu Gürcüstanda təşkil edilən turnirdə iştirak edəcək

Gürcüstanın paytaxtı Tbilisidə 2010-2011-ci il təvəllüdlü yeniyetmələr arasında idmanın reqbi növü üzrə beynəlxalq turnir keçiriləcək. Turnir gürcü reqbi mütəxəssisi Sulxan Sulxanişvilinin xatirəsinə həsr olunub. Azərbaycanı yarışda Şuşanın “Qarabağ” reqbi klubu təmsil edəcək. Oyunlar Tbilisinin “Avçala” Reqbi Stadionunda keçiriləcək. Qeyd olunur ki, qrup mərhələsinin oyunları oktyabrın 9-da, yerli vaxtla saat 13:00-da, turnirin final matçı isə saat 17:20-də start götürəcək. Öz növbəsində “Qarabağ” reqbi klubu Gürcüstanda və Tbilisidə yaşayan soydaşlarımıza müraciət edib. Klub rəhbərliyi soydaşlarımızdan “Qarabağ” reqbi klubunun oyunlarında iştirak edərək idmançılarımızdan öz dəstəyini əsirgəməməyi xahiş edib.

Read More
İdman 

“Qarabağ” azarkeşləri Yunanıstanda hücuma məruz qaldı – VİDEO

Yunanıstanda “Olimpiakos”la UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununu izləmək üçün stadiona gələn “Qarabağ” azarkeşləri hücuma məruz qalıb. Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin “Report”a verdiyi məlumata görə, 20 yaxın tərəfdar yerli fanatların təzyiqi ilə üzləşib. Yalnız polsilərin müdaxiləsindən sonra azarkeşlərin təhlükəsizliyi təmin olunub. İnsidentin qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə edilib. “Qarabağ”ın məsələyə qarışmasından sonra isə tərəfdarlar daha təhlükəsiz sektora keçirilib. Qeyd edək ki, “Georgios Karaiskakis” stadionunda oynanılacaq “Olimpiakos” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.  

Read More
İdman 

Arzusu reallaşan şəhid övladı – VİDEO

Bir müddət əvvəl Vətən müharibəsinin şəhidi polkovnik-leytenant Vidadi Xəlilovun oğlu 8 yaşlı Əli “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov və futbolçularla görüşüb. ARANTV.AZ  xəbər verir ki, Əli İTV-yə təəssüratlarını bölüşüb. O, qısa zamanda komandaya qatılsa da həmyaşıdlarından xeyli fərqlənir. Əli qeyd edib ki, Qurban Qurbanovla görüş ona həvəs verib. Ətraflı süjetdə:

Read More
İdman Region Xəbərləri 

Şəhid Arif Qeybiyevin xatirəsinə həsr olunmuş şose qaçışı üzrə ölkə yarışı keçirilmişdir.

29-30 sentyabr 2022-ci il tarixdə Astara rayonunda şəhid Arif Qeybiyevin xatirəsinə həsr olunmuş şose qaçışı üzrə ölkə yarışı keçirilmişdir. Yarışda Bərdə rayon komandasını təmsil edən (Xanqaraqoyunlu kənd tam orta məktəbin şagirdləri) idmançılar yüksək nailiyyətlər əldə etmişdir. Məmmədli Rasim 1000 metr üzrə I yer Mustafayeva Bahar 500 metr üzrə I yer Cəlilova Aksana 500 metr üzrə III yer #azeidman #BərdəGİİ

Read More
İdman 

Qurban Qurbanov şəhid övladının arzusunu yerinə yetirdi – FOTO/VİDEO

“Qarabağ” klubunun baş məşqçisi şəhid övladının arzusunu yerinə yetirib. Bu barədə ZƏFƏR Şəhid Ailələrinə Dəstək İctimai Birliyi məlumat yayıb. Bildirilib ki, klubun baş məşqçisi Qurban Qurbanov Göyçay futbol məktəbinin şagirdi, Vətən müharibəsinin şəhidi, polkovnik-leytenant Vidadi Xəlilovun oğlu Əli Xəlilovun komandanın düşərgəsində olmaq istəyini yerinə yetirib. Belə ki,  Əli Xəlilovun bu istəyindən xəbər tutan Q. Qurbanov şəhid övladını “Qarabağ”ın bazasına dəvət edib, komanda üzvləri ilə tanış edərək onunla həmsöhbət olub. Baş məşqçi şəhid övladının adı yazılmış “Qarabağ”ın 10 nömrəli formasını da  ona hədiyyə edib.  

Read More