İdman 

Elxan Hacıyev: “Avropa çempionu olmaq arzum idi”

“Bu medalı qazanmaq mənim arzum idi. Birinci yeri tutdum və himnimizi səsləndirdim”. Bunu Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycan cüdoçusu Elcan Hacıyev “Report”un yarışa ezam olunmuş əməkdaşına açıqlamasında deyib. 81 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı qitə çempionatının əhəmiyyətinin çox böyük olduğunu bildirib: “Səhvlərimin üzərində işlədim və qızıl medal əldə etdim. Ölkəmizin çətin günündə bu nailiyyəti şəhidlərimizə həsr edirəm. Ruhları şad olsun”. Hacıyev məqsədinin 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək olduğunu bildirib: “Qarşıda Böyük Dəbilqə…

Read More
İdman 

Məmmədyarov So, Kasparov və Nepomnyaşşiyə qalib gəlib

ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun iştirak etdiyi “Fişer şahmatı” turniri davam edir. Azerisport.com xəbər verir ki, Uesli So, Layner Dominges, Hikaru Nakamura, Levon Aronyan, Fabiano Karuana (hamısı – ABŞ), Alireza Firuzca (Fransa), Petr Svidler, Yan Nepomnyaşşi və Harri Kasparov (hamısı FİDE bayrağı altında) da turnirdə iştirak edirlər. Bu gün üç tur keçirilib. So – Məmmədyarov – 0:1 Məmmədyarov – Kasparov 1:0 Nepomnyaşşi – Məmmədyarov 0:1 Turnir cədvəli: Məmmədyarov, Firuzca – 4,5; Nepomnyaşşi – 4; Nakamura, Aronyan, Karuana – hərəyə 3,5; So – 3; Dominges – 2; Svidler – 1,5; Kasparov – 0.

Read More
İdman 

“Qarabağ”ın oyununda azarkeşlərin iştirakı ilə sükut olub – VİDEO

Bakıda “Qarabağ” və Fransanın “Nant” komandalarının arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda azarkeşlərin iştirakı ilə sükut olub. ARANTV.AZ-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda fanatlar qarşılaşma başlamamışdan əvvəl Ermənistanla sərhəddə hərbi əməliyyatlar zamanı şəhid olan Azərbaycan hərbçilərinin xatirəsini yad ediblər. “İmarət” azarkeş qrupunun üzvləri “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün. İgid əsgər, möhkəm dayan” pankartı açıblar. “Köhlən atlar” daha əvvəl bu təşəbbüslə UEFA-ya müraciət etsə də, rədd cavabı alıb.  

Read More
İdman 

Avropa Liqası: “Qarabağ” ilk qələbəsini darmadağınla qazandı – YENİLƏNİB + FOTO/VİDEO

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. ARANTV.AZ-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun II turunda Bakıda Fransa “Nant”ı ilə üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionundakı azarkeşlər qarşılaşma başlamamışdan əvvəl Ermənistanla sərhəddə hərbi əməliyyatlar zamanı şəhid olan Azərbaycan hərbçilərinin xatirəsini sükutla yad ediblər. Rəqibini 3:0 hesabı ilə məğlub edən “Qarabağ” qrup mərhələsində ilk qələbəsini qazanıb. G qrupunun digər matçında Almaniya “Frayburq”u Yunanıstanda 3:0 hesabı ilə üstələyib. Bundesliqa klubu 2 turdan sonra 6 xalla liderdir. “Nant” və “Qarabağ”ın 3 xalı var. Sonuncu sıradakı “Olimpiakos”un…

Read More
İdman 

Avroliqa: “Mançester Yunayted” və “Trabzonspor”dan qələbə, “Latsio” darmadağın oldu – VİDEO

UEFA Avropa Liqasının qrup mərhələsində II tura start verilib. Oyunu günüdə 8 qrupda ümumilikdə 15 görüş baş tutacaq ki, onlardan da bəziləri artıq başa çatıb. Türkiyə təmsilçilərindən “Trabzonspor” H qrupunda Serbiya “Srvena Zvezda”sını qəbul edib. Qarşılaşma “bordo mavililər” üçün uğurlu olub – 2:1. E qrupunda “Mançester Yunayted” Moldova “Şerif”inin qonağı olub. Matç qonaqların forvardı Kriştianu Ronaldunun turnirdə və yeni mövsümdə ilk qolu ilə yadda qalıb. “Qırmızı şeytanlar” oyundan üç xalla ayrılıblar – 0:2. UEFA Avropa Liqası Qrup mərhələsi, II tur 15 sentyabr E qrupu “Şerif” (Moldova) – “Mançester Yunayted” (İngiltərə)…

Read More
İdman 

Qurban Qurbanov: “Qələbəmizi şəhidlərə və ordumuza həsr edirik”

“Fərqli hissələr oldu. Amma bizim üçün ilk yarıda intizamlı oynamaq vacib idi. İlk dəqiqələrdən ehtiyatlanırdıq. Çünki rəqibin heyətində bacarıqlı futbolçular var. Onları saxlamağa çalışırdıq. Çox maraqlı qələbə oldu. Belə böyük komandanı 3 cavabsız qolla məğlub etmək hamımızı sevindirir. Hər kəsi təbrik edirəm”. “Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Fransanın “Nant” klubuna 3:0 hesabı ilə qalib gəldiyi UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan sonra “CBC Sport”a açıqlamasında deyib. 50 yaşlı mütəxəssis Filip Ozobiçin əvəzlənməsinin səbəbini açıqlayıb: “Oyunu sürətləndirmək istəyirdik. Ona görə Ramil Şeydayevi meydana buraxdıq”. O,…

Read More
İdman 

Qurban Qurbanov: “Fikir bildirmək üçün asan gün deyil”

“Danışmaq və fikir bildirmək üçün asan gün deyil. Şəhidlərimiz var. Sərhəddə döyüşlər gedir. Allah şəhidlərimizə rəhmət etsin. Allah onların ailələrinə səbir versin”. Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Fransanın “Nant” komandasına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan əvvəl mətbuat konfransında deyib. 50 yaşlı mütəxəssis rəqibi yaxından tanıdıqlarını söyləyib. Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

Read More
İdman 

Azərbaycan voleybol millisi bu gün həlledici oyuna çıxır

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası 2023-cü il Avropa çempionatının seçmə qrup mərhələsində bu gün sonuncu oyununu keçirəcək. “Report”un məlumatına görə, həlledici qarşılaşmada rəqib Avstriya yığması olacaq. Səfər görüşü Bakı vaxtı ilə saat 22:25-də başlayacaq. Hazırda doqquz xalla D qrupunda ikinci pillədə yer alan yığma final mərhələsinə vəsiqə əldə etmək üçün mütləq qələbə qazanmalıdır. Avstriya seçməsi Azərbaycandan iki xal geri qalır. Bakıda keçirilən matçda Eldar Yusubovun baş məşqçi olduğu kollektiv bu rəqibi 3:0 hesabı ilə məğlub edib. Qeyd edək ki, qruplarda birinci və ikinci yeri tutacaq komandalar Belçika, İtaliya, Estoniya…

Read More
İdman 

Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçilərinin rəqibləri müəyyənləşib

Sentyabrın 11-də Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatına start veriləcək. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, yarışın keçiriləcəyi “Stark Arena”da yunan-Roma güləşi üzrə püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticəsi belədir: 55 kq 1/8 final Eldəniz Əzizli – Covanni Freni (İtaliya) 60 kq 1/8 final Murad Məmmədov – Viktor Petrik (Ukrayna) / Rabbi Kilandi (Konqo) 63 kq 1/8 final Taleh Məmmədov – Aleksandr Yurkyans (Latviya) / Cordan Kabonqo (Konqo) 67 kq 1/16 final Həsrət Cəfərov – Dieqo Martines (Meksika) 72 kq 1/8 final Ülvü Qənizadə – Taişi Hori (Yaponiya) / İbrahim…

Read More
İdman 

Azərbaycanın veteran cüdoçularından şou: Dünya çempionatının ikinci günündə yeddi medal qazandılar – FOTO

Polşanın Krakov şəhərində keçirilən usta cüdoçular arasında sentyabrın 9-da Dünya çempionatında M1 və M3 yaş kateqoriyaları üzrə qaliblər bəlli olub. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, yarışın ikinci günündə M1 yaş kateqoriyası üzrə -73 kq. çəkidə Nadir Babayev gümüş medal, -90 kq. çəkidə Murad Rəcəbli gümüş medal, -100 kq. çəkidə Tural Səfquliyev qızıl medal, +100 kq. çəkidə isə Qurban Məmmədli gümüş medal qazanıb. M3 yaş kateqoriyasında yarışan idmançılarımız -73 kq. çəkidə Rəşad Quliyev bürünc medal medal, -81 kq. çəkidə Azər Fətullayev qızıl medal və Zülfüqar Hüseynov gümüş medal əldə edib. Usta…

Read More