İdman 

DYP “Qarabağ” – “Viktoriya” oyunu ilə bağlı azarkeşlərə müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) “Qarabağ” – “Viktoriya” oyunu ilə bağlı vətəndaşlara müraciət edib. İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli “Report”un sorğusuna cavab olaraq bildirib ki, azarkeşlərə oyun keçirilən əraziyə gələrkən əsasən ictimai nəqliyyata üstünlük vermələri tövsiyə olunur: “Avqustun 17-də UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Azərbaycan çempionu “Qarabağ” Çexiyanın “Viktoriya” komandası ilə Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də qarşılaşacaq. Əvvəlcədən doğma komandamız “Qarabağ” klubuna uğurlar arzurlayırıq. Bildiyiniz kimi, Tofiq Bəhramov adına Respublika stadionu ictimai nəqliyyat üçün əlverişlidir. Belə ki, ərazidə metronun “Gənclik” stansiyasının…

Read More
İdman 

Azərbaycan İslamiadadakı medalların sayını 68-ə yüksəldib

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 11-ci yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 68-ə yüksəlib. “Report”un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, medallardan 20-si qızıl, 27-si gümüş, 21-i bürünc əyarlıdır. Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 4-cü pillədə qərarlaşıb. İlk 3 mövqedə medal əyarında müvafiq olaraq, Türkiyə 234 (90 qızıl, 81 gümüş, 63 bürünc), Özbəkistan 112 (40 qızıl, 28 gümüş, 44 bürünc) və İran 110 (37 qızıl, 31 gümüş, 42 bürünc) medalla qərarlaşıb. İndiyədək ümumilikdə 56 ölkədən 42-si medal qazana bilib. Qeyd edək ki,…

Read More
İdman 

İslamiada: Sablya üzrə qadınlardan ibarət Azərbaycan millisi qalib olub

Sablya üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünü keçirib. “Report”un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, yığma qızıl medal uğrunda qarşılaşmada Özbəkistan seçməsi ilə qarşılaşıb. Rəqibinə 45:34 hesabı ilə qalib gələn Azərbaycan İslamiadanın qalibi olub. 17:58 Sablya üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib. “Report”un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, yığma yarımfinalda İran seçməsinə 45:22 hesabı ilə qalib gəlib. Azərbaycanın həlledici qarşılaşmadakı rəqibi Türkiyəni 45:31 hesabı ilə məğlub edən Özbəkistan…

Read More
İdman 

“Qarabağ”ın “Viktoriya” ilə matçının biletləri satışa çıxarılıb

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya” (Çexiya) ilə ev oyununun biletləri sabahdan etibarən satışa çıxarılacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, sözügedən matçın biletləri sabah – avqustun 14-ü saat 11:00-dan satışa çıxarılacaq. Biletlərin qiyməti müvafiq olaraq 5, 15, 30, 50, 75 və 100 manat təşkil edir. Satış məntəqələri: Iticket.az-ın satış məntəqələrində (11:00-dan 20:00-dək) və iticket.az-da onlayn satış; Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək); Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək). “28 Mall” və “Gənclik Mall” ticarət mərkəzlərində (11:00-dan 22:00-dək). Qeyd edək ki, “Qarabağ”la “Viktoriya” arasında ilk…

Read More
İdman 

İslamiada: Azərbaycan idmançıları 10 növdə mübarizə aparacaqlar

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 9-cu günə start veriləcək. “Report”un məlumatına görə, bu gün Azərbaycan təmsilçiləri 10 idman növündə qüvvəsini sınayacaq. Ağırlıqqaldırma (kişilər) A qrupu 11:30. Paşa İbrahimli (73 kq) B qrupu 13:00. Füqan Əliyev (81 kq) Güləş (yunan-Roma və qadın güləşi) Təsnifat – 12:30. Finallar – 18:30. Yunan-Roma güləşi: Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Məhəmməd Əhmədiyev (87 kq), Sabah Şəriəti (130 kq) Qadın güləşi: Jalə Əliyeva (57 kq) Həndbol (qadınlar) yarımfinal 14:00. Azərbaycan – Özbəkistan Voleybol (kişilər) B qrupu…

Read More
İdman 

İslamiadada medal sıralamasında Azərbaycanın mövqeyi: Qızılların sayı artıb – FOTO

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 8-ci yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 35-ə yüksəlib. ARANTV.AZ-ın məlumatına görə, medallardan 9-u qızıl, 12-si gümüş, 14-ü bürünc əyarlıdır. Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında beşinci pilləyə geriləyib. İlk dörd pillədə medal əyarında müvafiq olaraq Türkiyə 137 (48 qızıl, 48 gümüş, 41 bürünc), İran 56 (22 qızıl, 18 gümüş, 16 bürünc), Özbəkistan 53 (18 qızıl, 14 gümüş, 21 bürünc), Qazaxıstan 36 (12 qızıl, 5 gümüş, 14 bürünc) medalla qərarlaşıb. İndiyədək ümumilikdə 56 ölkədən 39-u medal qazana bilib. Qeyd edək ki,…

Read More
İdman 

Ramil Quliyev İslamiada rekordu ilə qalib olub – FOTO

Türkiyə yığmasının Azərbaycan əsilli atleti Ramil Quliyev Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının qalibi olub. “Report”un Konyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 32 yaşlı idmançı 4X100 metr məsafəyə estafet qaçışında fərqlənib. Quliyevin komandası bu məsafəni 38,74 saniyəyə qaçaraq, İslamiada rekordu qırıb. Təcrübəli atlet qalib olduqdan sonra media önünə Türkiyə və Azərbaycan bayraqları ilə çıxıb. Qeyd edək ki, Ramil Quliyev həm də 200 metr məsafəyə qaçışda 20,24 saniyə nəticə ilə gümüş medal qazanıb. Onun həyat yoldaşı Yekaterina Quliyev isə 800 metr məsafəyə qaçışda qızıl, 1500 metr məsafəyə və 4X400…

Read More
İdman 

Rafiq Hüseynov İslamiadanın qalibi oldu

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb. “Report”un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 82 kq-da mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada qırğızıstanlı Kalidin Asikeyevlə görüşüb. Rəqibinə 6:3 hesabı ilə qalib gələn Hüseynov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Beləliklə, Azərbaycan güləşçiləri 3-cü günü 5 medalla başa vurublar. Hüseynovdan əvvəl Eldəniz Əzizli (55 kq) qızıl, Elis Manolova (65 kq) və Ülvi Qənizadə (72 kq) gümüş, Elnurə Məmmədova (55 kq) isə bürünc medal qazanıb.

Read More
İdman 

İslamiadanın qalibi Mariya Stadnik: “Xəbərləri açıb oxuyanda çoxlu neqativlərlə rastlaşırıq”

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmizə qızıl medal qazandıran idmançılardan biri də Mariya Stadnik olub. 34 yaşlı güləşçi 15 ildir ki, Azərbaycan yığmasının üzvüdür. İdmançı bundan əvvəl I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarında da iştirak edib və hər ikisində də qızıl medalın sahibi olub. Son qələbəsiylə bağlı Oxu.Az-a danışan Mariya Stadnik belə yarışlarda ölkəmizi layiqincə təmsil etməyin onun üçün böyük şərəf olduğunu vurğulayıb: “Ölkəmizə qızıl medal qazandıra bilməyim mənim üçün çox xoşdur. Bu mənim üçün artıq ikinci İslam Həmrəyliyi Oyunlarıdır. Qələbəmlə insanlara sevincli xəbər bəxş…

Read More
İdman 

İslamiada: Azərbaycan medal sıralamasında 4-cü pilləyə yüksəlib

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 7-ci yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 28-ə yüksəlib. “Report”un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, medallardan 7-si qızıl, 10-u gümüş, 11-i bürünc əyarlıdır. Bu nəticə ilə Azərbaycan Qazaxıstanı da geridə qoyaraq, iştirakçı ölkələrin ümumi sıralamasında 4-cü pilləyə yüksəlib. İlk 3 pillədə medal əyarında müvafiq olaraq, Türkiyə 89 (34 qızıl, 30 gümüş, 25 bürünc), İran 39 (15 qızıl, 14 gümüş, 10 bürünc) və Özbəkistan 39 (11 qızıl, 10 gümüş, 18 bürünc) medalla qərarlaşıb. İndiyədək ümumilikdə 56 ölkədən 35-i medal qazana…

Read More