Dünya 

Pezeşkian Prezident Administrasiyasında kürəkəninə vəzifə verib

İran Prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi sentyabrın 18-də Prezident Administrasiyası rəhbərinin icraçı köməkçisi vəzifəsinə təyin olunub. “Report” xəbər verir ki, məlumatı “Azad İran” yayıb. Qeyd edilib ki, Həsən Məcidi İran prezidentinin qızı Zəhra Pezeşkianın həyat yoldaşıdır. O, baş maliyyə ekspertidir. Bu vəzifəyə təyin olunmazdan öncə H.Məcidi özəl şirkətdə işləyib. Məlumata görə, İraqa səfəri zamanı Məsud Pezeşkianı qızı və kürəkəni müşayiət edib. İran KİV-i və sosial şəbəkələrində prezident buna görə tənqid edilib.

Read More
Dünya 

Səfir: Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclasının tarixi müzakirə olunur

Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının növbəti iclasının keçirilmə tarixi hələ də müzakirə olunur. Bu barədə “Report”un sualını cavablandıran Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov bildirib. Diplomat vurğulayıb ki, bu məsələ Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Rusiyaya səfəri zamanı da nəzərdən keçirilib: “Bu məsələ ötən gün müzakirə olunub. Amma nəzərə alsaq ki, baş nazirin müavinləri, bu komissiyaların rəhbərləri müntəzəm olaraq – demək olar ki, ayda bir dəfə görüşürlər, əminliklə deyə bilərik ki, bu komissiya daim işləyir”. Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş diplomatlardan, o cümlədən hərbi attaşelərdən və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə…

Read More
Dünya 

İran XİN rəhbəri livanlı həmkarı ilə telefon danışığı aparıb- Livandakı hadisəyə görə

Dünən axşam Livanda meydana gələn siısilə partlayışların ardınca İranın xarici işlər naziri Abbas Əraqçı ilə livanlı həmkarı Abdullah Buhəbib arasında telefon danışığı olub. Məlumata görə, söhbət zamanı Abbas Əraqçı İsrailin Livan vətəndaşlarına qarşı törətdiyi terror aktını” qəti şəkildə pisləyib. Qeyd olunub ki, İranın xarici işlər naziri bu ölkənin Livandakı səfiri Müctəba Əmaninin partlayışda yaralanmasına toxunaraq, onun müalicəsinin son vəziyyəti ilə maraqlanıb. Azad İran.

Read More
Dünya 

Dünyanı ağuşuna alan yeni VİRUS – Bu simptomlar varsa DİQQƏTLİ OLUN!

Almaniyada son aylarda aşkar edilən yeni koronavirus mutasiyası dünyanı narahat edir. Böyük Britaniya, ABŞ və Danimarkaya da yayılmış XEC variantına yoluxmuş xəstələrdə yüksək hərarət, bədən ağrıları, yorğunluq, öskürək və ya boğaz ağrısı kimi simptomlar müşahidə olunur. Peyvəndlər ən son variantlara qarşı daha yaxşı qorunma təmin etmək üçün yenilənib, lakin bunlara Omicron subvariantlarından yaranan XEC daxil deyil. Professor Fransua Balloux hesab edir ki, XEC digər son Covid mutasiyalarına nisbətən “nisbətən daha çox ötürülsə” də, peyvəndlər hələ də yaxşı qoruma təmin edəcək. Bununla belə, o qeyd edir ki, XEC-in qışda dominant subvariant…

Read More
Dünya 

Azərbaycan milli mətbəxi İsveçdə nümayiş etdirilibFOTOVİDEO

İsveçin Göteborg şəhərində hər il odluğu kimi, bu il də təşkil olunmuş dünya ölkələrinin mədəniyyət və milli mətbəx festivalı keçirilib. Azərbaycanı İsveçdə fəaliyyət göstərən Azərbaycan Qarabağ Azadlıq Mərkəzi təmsil edib. Mərkəzdən Musavat.com-a verilən məlumata görə, Azərbaycanın milli mətbəxi, ləziz xörəkləri, şirniyyatları festivalda nümayiş etdirilib. İsveçdə yaşayan azərbaycanlılar tərəfindən hazırlanmış milli yeməklər və şirniyyatlar əcnəbilər tərəfindən çox bəyənilib. Qeyd edək ki, festivalda yüzdən çox ölkənin təmsilçisi iştirak edib, mindən çox milli mətbəx nümunələri təqdim edilib.

Read More
Dünya 

XƏBƏRDARLIQ! Yeri güclü qasırğa bürüyüb

Yer kürəsində güclü maqnit qasırğası başlayıb. Bu barədə Rusiyanın Phobos hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus öz teleqram kanalında məlumat yayıb. “Yer üzündə çox güclü maqnit qasırğası var. Gözlənilən güclü maqnit qasırğası uzun bir gecikmə ilə başladı” – deyə Leus qeyd edib. Leus əlavə edib ki, fırtına saat 07:00-dan sonra başlayıb və günün ikinci yarısında dayanmalıdır. Onun sinfi hazırda G4 kimi qiymətləndirilib və bu, getdikcə zəifləyəcək./BAKU.WS

Read More
Dünya 

Riyaziyyat müəllimi şagirdi ilə SEVGİLİ İMİŞ – Yazışmaları üzə çıxdı: Məktəb qarışdı… – FOTO

Keçən həftə ABŞ-nin Missouri ştatında bir riyaziyyat müəlliminin 16 yaşlı şagirdi ilə sevgili olduğu üzə çıxıb. 26 yaşlı qadının yeniyetmə şagirdi ilə yazışmaları bütün sirrin üstün açıb. Müəllim əməlini etiraf edib. Bundan sonra müəllim barəsində həbs qətiimkan tədbiri seçilib. Lakin barəsində həbs qərarı verilən təkcə oğlan şagirdi ilə eşq yaşayan qadın müəllim olmayıb. Belə ki, şagirdin atası oğlunun müəllimi ilə əlaqələrini normal qarşıladığı üçün valideyin də nəzarətə alınıb. /titul.az

Read More
Dünya 

BRICS XİN başçıları sentyabrın sonunda Nyu-Yorkda danışıqlar aparacaqlar

BRICS ölkələrinin xarici işlər nazirləri sentyabrın sonunda Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşəcəklər. “Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov misirli həmkarı Bədr Əbdül Ati ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib. “Biz bu ilin oktyabrında Kazanda keçiriləcək BRICS sammitinə və bu ayın sonunda Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçiriləcək BRICS nazirlərinin görüşünə hazırlığı müzakirə etdik”, – S.Lavrov bildirib. Onun sözlərinə görə, tərəflər yekdil fikirdədirlər ki, Misirin bu ilin yanvarında BRICS birliyinə daxil olması iki ölkə arasında tərəfdaşlığın inkişafına böyük təkan verib.

Read More
Dünya 

TƏCİLİ! COVID-in yeni versiyası dünyada sürətlə yayılır

COVID-in yeni versiyası dünyada sürətlə yayılır. Bu barədə Türkiyə KİV-i məlumat yayıb. Bildirilib ki, COVID XEC mutasiyasına ilk dəfə bu ilin iyun ayında Almaniyanın paytaxtı Berlin şəhərində rast gəlinib. Mütəxəssislər havaların soyuması ilə bu versiyanın daha təhlükəli olacağını proqnozlaşdırırlar. Məlumata görə, COVID-ə yoluxanların 10 faizində yeni mutasiyaya rast gəlinir. Xüsusilə Danimarka, Almaniya, Böyük Britaniya və Niderlandda COVID XEC sürətlə yayılır. Həkimlər qeyd edirlər ki, yeni mutasiyanın əsas əlamətləri yüksək temperatur, öskürmə, dadbilmə və qoxu qabiliyyətinin itməsi, yorğunluqdur. Vurğulanıb ki, mövcud vaksinlər yeni mutasiyaya qarşı da keçərlidir.//Report

Read More
Dünya 

Əhalini çox çətin gecə gözləyir – DİQQƏT!

“Daşqın səbəbindən Polşada təbii fəlakət rejiminin tətbiqinə hazırlıq gedir”. Bunu Polşanın Baş naziri Donald Tusk öz “X” hesabında yazıb. O qeyd edib ki, rejimin tətbiqi ilə bağlı Nazirlər Şurasının qərarının hazırlanması barədə qərar aidiyyəti nazirlər və xidmətlərlə məsləhətləşmələrdən sonra verilib. Sentyabrın 15-də Avropanın müxtəlif şəhərlərində yerli hakimiyyət orqanlarının “Boris” qasırğası səbəbindən bəndləri gücləndirmək üçün tədbirlər gördüyü bildirilib . Bəzi yaşayış məntəqələri işıqsız qalıb. Həmçinin, Çexiyada baş verən daşqınlar səbəbindən Moraviya-Sileziya bölgəsində dəmir yolu hərəkəti demək olar ki, tamamilə iflic olub. Daşqın səbəbindən Praqadan qatarlar indi Ostravadan xeyli cənubda yerləşən Olomouca…

Read More