Dünya 

Putin:Rusiya ordusu bütün istiqamətlərdə irəliləyir

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Kupyansk və Krasnoarmeysk  istiqamətlərində Ukrayna ordusunun bölmələri tam mühasirəyə alınıb və hazırda blokada şəraitindədir. Musavat.com-un məlumatına görə Putin bildirib ki, Rusiya Silahlı Qüvvələri bu bölgələrdə üstünlüyü ələ alıb və döyüş əməliyyatlarının bütün istiqamətlərində fəal şəkildə irəliləyir. “Biz jurnalistlərin, o cümlədən Ukrayna və xarici KİV nümayəndələrinin də mühasirə zonasına daxil olmasına qarşı deyilik,” – deyə Putin vurğulayıb. Dövlət başçısı həmçinin qeyd edib ki, “Burevestnik” raket kompleksi Rusiyanın elmi və texnoloji potensialının bariz nümunəsidir və bu sahədəki nailiyyətlər ölkənin qürur mənbəyidir. Putin bildirib ki, Rusiya…

Read More
Dünya 

Şəlalədə FACİƏ: Ana və 2 övladı faciəvi şəkildə öldü – VİDEO

Hindistanın Maharashtra ştatının Lonavala bölgəsində yerləşən bir şəlalədə faciəvi hadisə baş verib. Ölkə mediasıda yayılan məlumata görə, hadisə saat 12:30 radələrində ailəvi piknik zamanı baş verib. Gözlənilmədən yaranan güclü axıntı nəticəsində ailə üzvləri suyun içində qalıb. Nəticədə 36 yaşlı qadın və onun 13 və 8 yaşlı iki övladının cansız bədənləri sudan çıxarılıb. Digər iki uşaq – 4 və 9 yaşlarında olan bacı-qardaş isə itkin düşüb. Hadisə yerində xilasetmə və axtarış işləri davam etdirilir. Yerli hakimiyyət orqanları hadisə ilə bağlı araşdırma başladıb.

Read More
Dünya 

Balıkəsirdəki zəlzələ və dağıntılardan görüntülər – VİDEO

Musavat.com xəbər verir ki, Balıkəsirin Sındırgı rayonunda baş verən 6,1 bal gücündə zəlzələdən sonra sosial şəbəkələrdə yeni video və foto görüntülər yayılıb. Paylaşımlarda binaların silkələndiyi, bəzi tikililərdə dağıntıların olduğu görünür. Yerli sakinlərin sözlərinə görə, zəlzələ zamanı güclü səs və silkələnmə müşahidə olunub, bir çoxları panika içində evlərini tərk edib. Hazırda AFAD və xilasedici qruplar bölgədə araşdırma və qiymətləndirmə işlərini davam etdirirlər. Rəsmi qurumların məlumatına görə, xəsarət alanlar barədə dəqiqləşdirilmiş məlumatlar toplanır, binaların təhlükəsizlik vəziyyəti yoxlanılır.   Musavat.com

Read More
Dünya 

Türkiyədə məktəblər bağlandı: təhsilə fasilə verildi

Balıkəsirdə təhsil bir günlük dayandırıldı Musavat.com xəbər verir ki, Türkiyənin Balıkəsir vilayətinin Sındırgı rayonunda baş verən 6,1 bal gücündə zəlzələ səbəbindən vilayət üzrə tədrisə bir gün fasilə verilib. Balıkəsir Valiliyinin sosial media hesabında yayılan açıqlamada qeyd olunub ki, 27 oktyabr yerli vaxtla saat 22:48-də baş verən zəlzələnin ardından bölgədə təhlükəsizlik tədbirləri və binaların texniki yoxlanışı aparılır. Bu məqsədlə Sındırgı və ətraf bölgələrdə bütün təhsil müəssisələrində dərslər bir gün müddətinə təxirə salınıb. Valilik sakinlərə rəsmi məlumatları izləməyi və ehtiyatlı davranmağı tövsiyə edib.

Read More
Dünya 

Ermənistan və İran yaxın zamanda gömrük dəhlizi haqqında saziş imzalaya bilər

Ermənistan və İran sadələşdirilmiş gömrük dəhlizi haqqında sazişin bağlanması üzrə danışıqlar aparır. “Report”un Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan bildirib. “Ermənistan və İran arasında sadələşdirilmiş gömrük dəhlizi haqqında sazişin bağlanması üzrə danışıqlar aparılır. Bu danışıqlar yaxın zamanda başa çatacaq”, – o qeyd edib. E.Akopyan, həmçinin Gürcüstan ilə əməkdaşlıq barədə danışıb: “Biz Gürcüstan ilə birgə məntəqənin yaradılması məsələsini müzakirə edirik, Qoqavan-Ququt hissəsində birgə xidmətlərin göstərilməsi üçün işçi qrupu yaradılıb”. O, həmçinin qeyd edib ki, ABŞ ilə gömrük sistemi üçün avadanlıqların əldə edilməsi, həmçinin bəzi…

Read More
Dünya 

Rusiyada GÜCLÜ ZƏLZƏLƏ OLDU

Rusiyanın Xakasiya Respublikasında 4,2 bal gücündə zəlzələ qeydə alınıb. Musavat.com-un məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı məlumat yayıb. Məlumata əsasən, qeydə alınan zəlzələnin episentri Sayanoqorskdan 14 km cənubda, Beyski rayonunda olub. Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin regional bölməsi də öz növbəsində zəlzələ nəticəsində tələfatın olmadığını bildirib.

Read More
Dünya 

Qərbin MDB ilə bağlı ŞOK planı – Rusiya kəşfiyyatı həyəcan təbili çaldı

Rusiya kollektiv Qərbin Müstəqil Dövlət Birliyi ətrafında bir sıra planlar qurmasından narahatdır. Belə ki, şimal qonşumuzun Xarici Kəşfiyyat Xidməti (SVR) bəzi Qərb ölkələrinin MDB-də dezinteqrasiya proseslərini təhrik etmək cəhdlərini qeydə alır. APA xəbər verir ki, bunu SVR-in direktoru Sergey Narışkin bildirib. Onun sözlərinə görə, Qərb MDB-nin inkişafının qarşısını almaq məqsədi güdür. “Son vaxtlar biz bir sıra Qərb dövlətlərinin, ilk növbədə, Avropa ölkələrinin MDB daxilində dezinteqrasiya proseslərini təhrik etmək cəhdləri tendensiyasını müşahidə edirik. Bu baxımdan əlbəttə ki, Qərb siyasətçiləri Müstəqil Dövlətlər Birliyinin müstəqil güc mərkəzi kimi inkişafını əngəlləmək məqsədi güdürlər”, –…

Read More
Dünya 

Türkiyə və Gürcüstan prezidentləri arasında görüş keçirilibFOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla gürcüstanlı həmkarı Mixail Kavelaşvili arasında Kocaeli vilayətində görüş keçirilib. “Report” xəbər verir ki, görüş DÇ-2026-nın Avropa üzrə seçmə mərhələsində futbol üzrə Türkiyə və Gürcüstan milli komandalarının qarşılaşması çərçivəsində baş tutub. Ərdoğan və Kavelaşvili millilərin qarşılaşmasını birlikdə izləyiblər. Qeyd edək ki, sözügedən qarşılaşmada Türkiyə millisi Gürcüstan yığmasını 4:1 hesabı ilə məğlub edib.

Read More
Dünya 

Netanyahu: İsraili təhlükəsizlik sınaqları gözləyir

  İsrail hələ də təhlükəsizlik sınaqları ilə üzləşir, bəzi düşmənləri yenidən hücum etmək üçün bərpa olunmağa çalışırlar. “Report”un xəbərinə görə, yəhudi dövlətinin Baş naziri Binyamin Netanyahu İsrail televiziyasının əsas telekanallarının yayımladığı ölkə vətəndaşlarına videomüraciətində belə bir açıqlama verib. “Kampaniya bitməyib. Bizi (İsrail – Red.) hələ də təhlükəsizlik sahəsində çox böyük sınaqlar gözləyir. Bəzi düşmənlərimiz yenidən bizə hücum etmək üçün özlərini bərpa etməyə çalışırlar. Ancaq biz doğru yoldayıq”, – Netanyahu deyib. O, İsrailin döyüşdüyü hər yerdə bütün dünyanı sarsıdan böyük qələbələr qazandığını qeyd edib.

Read More
Dünya 

Gürcüstanın XİN rəhbəri: “Şəffaflıq haqqında qanun” gizli planların qarşısını aldı

“Şəffaflıq haqqında qanun” Gürcüstanda gizli planların qarşısını aldı. “Report” xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili “İmedi LIVE” verilişində qeyri-hökumət təşkilatları (QHT) haqqında danışarkən deyib. Nazir bildirib ki, bəzi QHT-lər vətəndaş cəmiyyətini təmsil etmir, onların fəaliyyəti ölkədə dağıdıcı məqsədlər güdür. “Biz vətəndaş cəmiyyəti anlayışını indi danışdıqlarımızdan ayırmalıyıq. Bu, vətəndaş cəmiyyətinin siması deyil. Bu təşkilatlar müxtəlif mənbələrdən maliyyələşir və dağıdıcı məqsədlərlə fəaliyyət göstərirlər,” – Boçorişvili deyib. Nazirin sözlərinə görə, məhz buna görə “Şəffaflıq haqqında” Qanun bəzi QHT-lər tərəfindən bəyənilməyib: “Onlar qanunu istəmədilər, çünki bu zaman arxada dayanan məqsədlər…

Read More