İraqda yeni qanun müzakirə olunur: qızlar 9 yaşından ərə verilə bilər
İraq parlamenti qızlar üçün minimum nikah yaşını yarıya endirən mübahisəli qanun layihəsini nəzərdən keçirir. 1959-cu ildən bəri ölkədə qızların nikaha girməsi üçün minimum yaş həddi18 idi. Nəzərdə tutulan qanun dəyişikliyə uğramadan qəbul olunsa, yaş həddi 9-a enəcək. Bu qanun layihəsini ölkənin Ədliyyə Nazirliyi hazırlayıb. Rəsmilərin fikrincə, qızlar ibtidai məktəbi bitirdikdən dərhal sonra, 9 yaşından ərə verilə bilər. Hesab olunur ki, bu, onlara “əxlaqsız münasibətlərdən” qaçmağa kömək edəcək. Oğlanlar üçün də “güzəşt” nəzərdə tutulur, ancaq yaş həddini çox aşağı salmaq istəmirlər. Oğlanlar 15 yaşına çatanda ailə qura biləcəklər. Pedofiliyanın legitimləşdirilməsi demək…
Read More