Dünya 

Ukraynada yeni növ koronavirus aşkar edilib

Ötən həftə Kiyevdə və İvano-Frankovsk vilayətində yeni növ koronavirusa yoluxma halları aşkar edilib. Oxu.Az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə bazar ertəsi, avqustun 5-də Ukrayna Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iyul ayında ölkədə “Omicron FLiRT” koronavirusunun yeni subvariantına üç yoluxma halı qeydə alınıb. Mövcud peyvəndlər və gücləndiricilər effektiv olaraq qalır, lakin onlar yeni ştammdan qorumurlar. Xatırladaq ki, ÜST hələ FLiRT-nin təhlükələri ilə bağlı konkret qiymətləndirmə aparmayıb. Son həftələr Kiyevdə COVID-19-a yoluxma halları xeyli artıb. İyulun əvvəli ilə müqayisədə koronavirusa görə xəstəxanaya yerləşdirilənlərin sayı çoxalıb.

Read More
Dünya 

Banqladeşdə hindli qətliamı: Uşaqlar öldürülür, məbədlər yandırılır… – VİDEO

Banqladeşdə Şeyx Hasina hökuməti devriləndən sonra hindlilərə qarşı vəhşiliklər başlayıb. Oxu.Az-ın verdiyi məlumata görə, sosial şəbəkələrədə bununla bağlı dəhşətli görüntülər paylaşılır. Müxtəlif mənbələrin sözlərinə görə, 1000-dən çox insan öldürülüb. “Cəmaat-i İslami terrorçuları hindli qadınları zorlayır və oğurlayır. Onlar hindlilərin evlərini, hətta kişi, qadın və uşaqları yandırırlar. Bu, həqiqətən də Banqladeşdəki hindlilər üçün çox pis bir dövrdür”, – deyə istifadəçilərdən biri paylaşdığı qorxunc görüntüyə şərh yazıb. Məlumata görə, bir çox yerlərdə məbədlər də vandalizm aktlarına məruz qalıb. “The Economic Times”ın məlumatına görə, təkcə bazar günü hindlilərin evləri və məbədləri, o cümlədən…

Read More
Dünya 

HƏMAS-ın yeni lideri: 22 il həbs yatıb; “gey”ləri və İsrailə işləyənləri öldürür! Yəhya Sinvar kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, Yəhya Sinvar HƏMAS-ın yeni lideri seçilib. Musavat.com xəbər verir ki, o İsrailin hücumu nəticəsində Tehranda öldürülmüş İsmayıl Həniyənin yerinə keçib.  ARANTV.AZ Yəhya Sinvarın dosyesini təqdim edir:  Yəhya Sinvar fələstinli siyasətçi və Qəzza zolağına nəzarət edən sünni islamçı siyasi və hərbi təşkilat olan HƏMAS-ın üzvüdür. İsmayıl Haniyədən sonra Qəzzada HƏMAS-ın lideridir. O həmçinin HƏMAS-ın təhlükəsizlik aparatının yaradıcılarından biridir. İsraillə əməkdaşlıqda şübhəli bilinən insanları öldürməsi ona “Xan Yunisin Qəssabı” ləqəbi qazandırıb. Həyatı Yəhya Sinvar 1962-ci ildə Misirin idarə etdiyi Qəzzada Xan Yunus qaçqın düşərgəsində anadan olub. 1948-ci ildə Ərəb-İsrail müharibəsi zamanı…

Read More
Dünya 

Türkiyənin məşhur hava yolu şirkəti rəsmən iflas etdi

Türkiyənin köklü hava yolu şirkətlərindən biri olan “Atlasglobal” rəsmi olaraq müflis olub. Ali Məhkəmə 2021-ci ilin iyununda müflis olduğunu elan edən nəhəng hava yolu şirkətinin təsdiqlənməsi ilə bağlı yekdilliklə qərar verib. Publika.az xəbər verir ki, Apellyasiya Məhkəməsi Türk Ticarət Məcəlləsinin 376/3 maddəsinə uyğun olaraq şirkətin direktorlar şurası müflisləşmə tələbinin verilməli olduğunu bildirərək sənədlərin çatışmadığına görə iflas qərarını ləğv edib. Məhkəmə sənədi yenidən Bakırköy 3-cü Asliye Ticarət Məhkəməsinə göndərib. Yenidən məhkəmə araşdırması nəticəsində “Atlasglobal”ın iflasına qərar verilib. Bu qərar Ali Apellyasiya Məhkəməsinə çıxarılıb və Ali Məhkəmənin 6-cı Mülki Kollegiyası iflas qərarını…

Read More
Dünya 

İsraildən ŞOK AÇIQLAMA: “Uğurla ələ keçirildi” – SON DƏQİQƏ

İsrail Müdafiə Qüvvələrinin hava hücumundan müdafiə sistemi Livandan sərhədi keçən “şübhəli hava hədəfini” uğurla ələ keçirib. Bu barədə İsrail ordusunun mətbuat xidməti teleqram kanalında məlumat yayıb. Bildirilir ki, itkilər barədə məlumat yoxdur. Həmçinin vurğulanıb ki, raket hücumu təhlükəsi barədə xəbərdarlıq edən hava hücumu sirenlərinin işə düşməsinə səbəb raket qalıqlarının düşmə təhlükəsi olub./Report

Read More
Dünya 

Quterreşdən ŞOK AÇIQLAMA: Dünya nüvə təhlükəsi ilə üz-üzədir

BMT-nin Baş katibi Antoniu Quterreş dünyanın yenidən nüvə silahından real istifadə təhlükəsi ilə üz-üzə gəldiyini hesab edir. Bunu o, ABŞ-nin Hirosimaya nüvə bombası atmasının 79-cu ildönümü ilə bağlı anım mərasimində BMT Baş katibinin müavini və tərk-silah məsələləri üzrə ali nümayəndəsi İdzumi Nakamitsunun oxuduğu müraciətdə bildirib. “Nüvə silahları və onlardan istifadə ilə bağlı təhdidlər təkcə tarix dərsliklərinin səhifələrində deyil, bu cür gündəlik ritorika beynəlxalq münasibətlərdəki vəziyyət fonunda yenidən özünü büruzə verir”, – deyə Quterreş bunun indi dünyanın üzləşdiyi real təhlükə olduğunu vurğulayıb. BMT-nin Baş katibi əmindir ki, nüvə silahı təhlükəsini nəhayət…

Read More
Dünya 

Bu gün dünya birjalarında baş verənlər “əldəyişmədir” – Ekspert

Xəbər verdiyimiz kimi, bu gün dünya birjalarında böyük bir ajiotaj yaşandı. Nikkei 225 Tokio birjası indeksi ticarət gününün ilk yarısında 15 faiz dəyər itirsə də, günün ikinci yarısında bu itki 6.5 faizv həddinə düşdü. ABŞ və Avropanın bir sıra birjalarının indeksləri ticarət gününün ilk saatlarında 6-8 faiz dəyər itirsələr də, sonrakı saatlarda bu itkilərin dərəcəsi 1-3 faizə qədər yaxşılaşdı. Heç bir fundamental mənfi makroiqtisadi göstəricilərin olmadığı bir gündə bu hərəkətlilik nə ilə bağlı idi? Geosiyasi gərginliyin qalması, böyük və əhatəli müharibə ehtimalının olması birjalara bu qədər təsir göstərə bilərdimi? ARANTV.AZ…

Read More
Dünya 

Ərdoğana qarşı sui-qəsd: Gizli danışıqlar 7 illik araşdırmadan sonra deşifrə edildi

Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən 7 il sonra iki kiçik zabit barəsində ittihamnamə hazırlanıb. Prezident Rəcəb Tayyib Ərdoğana sui-qəsd təşkil edən komandaya kömək edən həmin zabitlərin radio danışıqları 7 illik səydən sonra deşifrə edilib. İstintaq İzmir Respublika Prokurorluğunun Terror Cinayətləri ilə Mübarizə Baş prokurorunun müavini Necati Kayaközünün koordinasiyasında aparılıb. İT mütəxəssisləri ilə səs yazısını araşdıran prokurorlar zabitlərin cinayətlərini bir-bir müəyyənləşdiriblər. İttihamnamədəki məlumata görə, kiçik zabitlər aviabazanı uçuşlara bağlamayaraq, sui-qəsd qrupuna bundan istifadə etməyə icazə veriblər. Həmçinin onlar FETÖ üzvlərinin istifadə etdiyi təyyarələrə daşınma da təmin ediblər. Prokurorluq kiçik zabitlərə…

Read More
Dünya 

Bu quşlar meşələri yandırıb, ölü heyvanları yeyirlər – ŞOK məlumatlar

Məşhur fransız sahibkar Luis Vitton yazılarından birində qeyd edir: “Ya insanlar elə edəcəklər ki, havada tüstü azalacaq, ya da tüstü elə edəcək ki, yer üzündə insanlar azalacaq”. Söhbət əlbəttə, yalnız tüstüdən getmir. Məsələ insanın acgözlüklə və vəhşicəsinə təbiəti istismar etməyindədir. Sahibkar 19-cu əsrdə yaşayıb və həmin dövrdə təbiəti məhv edən sənaye günümüzdəki qədər inkişaf etməmişdi. Ən azı kosmosa raket göndərilmirdi. İnsan etiraf etsə də, etməsə də təbiətdəki fəlakətlərin hansılarının təbii, hansılarının isə öz “bacarığı” olduğunu yaxşı bilir. Söhbət meşə yanğınlarından gedirsə, yanaşma bir az dəyişir. Bu fəlakət baş verərkən alimlər…

Read More