Dünya 

Moskvada “9 May” qələbə günü münasibətilə hərbi parad keçirilib – CANLI YAYIM

Moskvada Qırmızı Meydanda “9 May” qələbə günü münasibətilə hərbi parad keçirilib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, paradda doqquz mindən çox insan və 70 texnika iştirak edib. Rusiya Prezidenti Vladimir Putin paraddan əvvəl çıxış edib. Qeyd edək ki, “9 May” şərəfinə hərbi paradlar hərbi dairələrin, donanmaların və birləşmiş qoşunların qərargahlarının yerləşdiyi 25 şəhərdə keçiriləcək. Qələbə Gününün qeyd edilməsinə ümumilikdə 150 ​​minə yaxın insan, 2 500-ə yaxın silah və hərbi texnikalar cəlb olunub. Mənbə: TASS

Read More
Dünya 

Türkiyədə ötürücü quraşdırılan şahin Azərbaycan daxil olmaqla 34 ölkədə olub – FOTO/VİDEO

Türkiyənin İğdır vilayətində peyk ötürücüsü quraşdırılan bildirçinçalanın (şahinin bir növü) iki il ərzində marşrutu izlənilib. Məlum olub ki, quş Azərbaycan da daxil olmaqla Asiya, Avropa və Afrikanın 34 ölkəsindən keçib və bu səfərdə 48 865 kilometr məsafə qət edib. ARANTV.AZ-ın məlumatına görə, bu barədə Türkiyənin Araz Quş Araşdırma və Təlim mərkəzindən bildirilib. Məlumata görə, 2022-ci ili aprelin 14-də peyk ötürücüsü ilə təbiətə buraxılan şahin Azərbaycandan əlavə Türkiyə, Ermənistan, Gürcüstan, Rusiya, Qazaxıstan, Suriya, İraq, İordaniya, Livan, Fələstin, İsrail, Səudiyyə Ərəbistanında, Kipr, Misir, Yəmən, Cibuti, Eritreya, Efiopiya, Sudan, Cənubi Sudan, Uqanda, Keniya, Ruanda, Burundi,…

Read More
Dünya 

Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakdan imtina etdi

“Ermənistan Respublikası KTMT Kollektiv Təhlükəsizlik Şurasının 23 noyabr 2023-cü il tarixli “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarına qoşulmaqdan imtina edir”. Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib. Bildirilib ki, İrəvan təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan çəkinəcək, eyni zamanda bu qərarın məhdud sayda iştirakçılar tərəfindən qəbuluna etiraz etməyəcək. Mənbə: Sputnik

Read More
Dünya 

Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb

Rusiyanın Estoniyadakı müvəqqəti işlər vəkili bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə Estoniya XİN-in məlumatında deyilir. “Bu gün, mayın 8-də, GPS siqnalına müdaxilə ilə əlaqədar Rusiyanın müvəqqəti işlər vəkilini Estoniya Xarici İşlər Nazirliyinə çağırıb”. Rəsmi Tallin Moskvanı ölkənin naviqasiya sisteminə müdaxilədə günahlandırır. Mənbə: Vm.ee

Read More
Dünya 

Rusiya Azərbaycan-Ermənistan XİN başçılarının görüşünü alqışlayır – VİDEO

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın mayın 10-da Almatıda keçiriləcək görüşünü alqışlayır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə Baku TV-nin sualını cavablandırarkən deyib. “Mayın 10-da baş tutacaq bu görüşü alqışlayırıq. Rusiya Azərbaycan-Ermənistan arasında normallaşma prosesinin təşviqi üçün yardım göstərməyə davam etməyə hazırdır. Xatırladaq ki, aprelin 22-də Moskvada Rusiya və Azərbaycan prezidentləri arasında danışıqlar aparılıb və bu gün Rusiya lideri ilə Ermənistanın baş naziri arasında görüş olacaq. Bu danışıqların gündəliyində Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin təmin…

Read More
Dünya 

Peskov Putin və Paşinyanın görüşündən danışdı

“Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Kremldə keçiriləcək danışıqlar zəruri və gözləniləndir”. Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Görüş zəruridir və hər iki tərəfdən gözlənilir”, – deyə o, qarşıdakı danışıqları xarakterizə edib. Qeyd edək ki, daha əvvəl Kreml son vaxtlar Moskva ilə İrəvan arasında problemli məsələlərin yığılıb qaldığını bildirmişdi. Rusiya hakimiyyət orqanları ümid edirlər ki, qarşıdakı danışıqlar bu məsələlərə son qoyulmasına imkan verəcək. Xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyinin sammitində sədr kimi iştirak etmək üçün bu gün Moskvaya səfər…

Read More
Dünya 

Zaxarova: “Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər”

“Kiyevin Britaniya silahları ilə Rusiya ərazisinə zərbələr endirməsi ilə bağlı Londonun təhdidləri reallaşarsa, Rusiya Ukraynadakı və onun hüdudlarından kənardakı Britaniya obyektlərinə zərbələr endirmək hüququna malikdir”. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. “Əgər belə bir ssenari reallaşarsa, o zaman Rusiya Federasiyası buna uyğun cavab vermək, yəni həm Ukrayna ərazisində, həm də onun hüdudlarından kənarda yerləşən Britaniya obyektlərini – hərbi obyektləri, silahları və s. hədəf almaq hüququnu özündə saxlayır”, – deyə o qeyd edib. Zaxarova Britaniyanın xarici işlər naziri Devid Kemeronun Kiyev rejiminin Britaniya silahlarından Rusiya ərazisinə…

Read More
Dünya 

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqlayıb. Ermənistan mediasının məlumatına görə, bu barədə o, mətbuat konfransında jurnalistin sualını cavablandırarkən danışıb. Media nümayəndəsi baş nazirdən Türkiyə prezidentinin inauqurasiyası mərasimində olmasına baxmayaraq, Rusiyada analoji tədbirdə iştirak etməməsinin səbəbləri barədə soruşub. Baş nazir bunu Rusiyadan dəvət olmaması ilə izah edib. “Mən Türkiyə Prezidentindən andiçmə mərasimində iştirak etmək üçün dəvət aldım və gündəliyimizin spesifikasiyasını nəzərə alaraq mərasimdə iştirak etdim. Rusiya prezidentindən belə bir dəvət olmayıb”, – deyə o bildirib.

Read More
Dünya 

Qorxdunmu, Makron?

Medvedevin nüvə hədəsindən dərhal sonra “Fransa nə Rusiya ilə, nə də rus xalqı ilə müharibədə deyil” bəyanatı qorxunun təsdiqi oldu Ukraynaya qoşun göndərən istənilən ölkələrin ərazisinə nüvə zərbəsi endiriləcək. Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib. O bildirib ki, belə olan halda ölkəsinin hədəfində Vaşinqton, London və Paris şəhərləri olacaq. Medvedyevin qənaətinə görə, bu halda baş verəcək böyük fəlakətə görə Avropa cavabdeh olacaq. Rusiyanın Müdafiə Nazirliyi yaxın vaxtlarda nüvə silahının da sınaqdan keçirilməsinin nəzərdə tutan təlimlərin başlayacağını açıqlayıb. Rusiyanın nüvə ilə hədələməsi Fransanı qorxuya salıb. Dmitri Mevedyevin hədəsindən…

Read More
Dünya 

Rusiya Krım körpüsündən istifadəni dayandırıb: Cəbhə xəttini hansı yolla təchiz edir?

Rusiya cəbhə xəttini təchiz etmək üçün Ukraynanın şərqindən keçən quru yollarından istifadə etməyə başlayıb və Kerç boğazı üzərindən körpüdən istifadəni dayandırıb. Bu barədə “The Independent” nəşrində yazı dərc olunub. Ukraynanın ən böyük özəl kəşfiyyat agentliyi olan “Molfar” tərəfindən təhlil edilən və nəşrə təqdim edilən peyk görüntüləri göstərib ki, son üç ay ərzində körpüdən heç bir hərbi yük qatarı keçməyib. Fevralın 29-dan bəri yalnız bir Rusiya yük qatarı müşahidə edilib ki, qatarda yanacaq daşıyan 55 vaqon olub. Yazıda qeyd olunub ki, Moskva 2023-cü il iyunun 17-də baş verən hücumdan sonra Krım…

Read More