Dünya 

Rusiyada çayla axan iri buz parçaları körpünü uçurdu – FOTO/VİDEO

Rusiyanın Xabarovsk diyarında Sutır çayında yaranan buz axını nəticəsində körpü dağılıb. Hadisə Verxnebureinski rayonunun Tırma qəsəbəsində baş verib. Çay boyu hərəkət edən böyük buz parçaları qəsəbənin iki sahilini birləşdirən taxta konstruksiyanı dağıdıb və körpü uçaraq çay axınına qarışıb. Nəticədə üçü uşaq olmaqla 20 nəfər təcrid olunmuş vəziyyətdə qalıb. Axın nəticəsində altı ev su altında qalıb və dörd yolu su basıb. Yerli sakinlər müvəqqəti yaşayış mərkəzlərinə yerləşdiriliblər. Vertolyotla bölgəyə gələn xilasedicilər qrupu suyun geri çəkilməsi və evlərin qurudulması ilə məşğul olacaq.   Mənbə: “Amur Mash” “Telegram”

Read More
Dünya 

Ermənistanda Müdafiə Nazirliyinin keçmiş binası partladıldı – VİDEO

İrəvanda Müdafiə Nazirliyinin son illərdə Dövlət Gəlirləri Komitəsinin balansında olan keçmiş binası partladılıb. Məlumata görə, onun yerində Dövlət Gəlirləri Komitəsinin İnzibati binasının tikintisi və Xarici İqtisadi Fəaliyyət Mərkəzinin yaradılması planlaşdırılır. 2022-ci il yayın sonundan etibarən mənzilsiz qalan imkansız ailələr boş qalmış binaya köçməyə başlayıblar. Lakin onların hamısı 2023-cü ilin fevralında çıxarılıb. Mənbə: Sputnik Ermənistan

Read More
Dünya 

Rusiyanın üç hava limanında uçuşlar dayandırıldı – SƏBƏB

Rusiyanın Nijni Novqorod, Kazan və Naberjnıye Çelnı hava limanları pilotsuz uçuş aparatlarının (PUA) hücumu təhlükəsi səbəbindən təyyarələrin uçuşuna bağlanıb. Qeyd olunur ki, bu şəhərlərə gedən bir neçə təyyarə Şeremetyevo və digər hava limanlarına qayıdıb. Dimitrovqrad bölgəsində “Düşənbə-Kazan” reysi bir neçə dövrə vurduqdan sonra Samaraya doğru hərəkət edib. Xatırladaq ki, daha əvvəl məlum olmuşdu ki, Moskvadakı “Şeremetyevo” hava limanı PUA-nın hücumu təhlükəsi ilə əlaqədar təyyarələrin yola salınması və enməsinə məhdudiyyətlər tətbiq edib. Hava limanından bildirilib ki, hava limanı adi rejimdə işləyir, gediş-gəliş reysləri qrafikə uyğun həyata keçirilir. Mənbə: “112” “Telegram” kanalı

Read More
Dünya 

Krımda hərbi aerodromda güclü partlayış baş verib – VİDEO

Aprelin 17-nə keçən gecə Krımda Cankoy yaxınlığında bir neçə güclü partlayış baş verib. Yerli “Telegram” kanallarının məlumatına görə, hərbi aerodrom yanır. Hazırda Cankoyda baş verən partlayışların səbəbi və nəticəsi barədə heç nə məlum deyil. Cankoy hərbi aerodromu Rusiya ordusu üçün əsas logistika mərkəzi və hücum helikopterləri üçün bazadır. Burda Rusiya Hərbi Hava Qüvvələri komandanlığının helikopter alayı və  “Mi-8”, “Mi-35M”, “Mi-28”, “Ka-52”də üç aviasiya eskadrilyasından ibarət hava hücumundan müdafiəsi yerləşir. Mənbə: “Astra” “Telegram” kanalı

Read More
Dünya 

Dünyanın ən təmizkar ölkələri məlum olub

Braziliya sakinləri dünyanın ən təmiz insanları seçiliblər. Bunu müxtəlif ölkələrdə insanların yuyunma və duş qəbulunun müntəzəmliyini təhlil edən Dünya Əhali İcmalı layihəsinin məlumatları sübut edir. Araşdırmaya görə, braziliyalıların 99 faizi hər gün yuyunur, lakin əksəriyyəti bunu daha tez-tez edir. Orta hesabla braziliyalılar gündə iki dəfə duş qəbul edirlər. Eyni zamanda, yerli sakinlərin yalnız yeddi faizi vanna qəbul edir. Hindistanda insanlar gündə ən azı iki dəfə özlərini yuyurlar. Lakin, onlar daha az duş qəbul edirlər. Vanna həvəskarlarının əksəriyyəti Böyük Britaniyada tapılıb – respondentlərin 32 faizi. Almaniyada respondentlərin 92, ABŞ və Meksikada…

Read More
Dünya 

KTMT baş katibi Ermənistanın fəaliyyətinin “dondurulması”ndan danışdı: “Məsələ kimin nəyi itirəcəyində deyil”

“KTMT-yə üzv ölkələrin analitikləri Cənubi Qafqazda vəziyyətin kəskinləşməsi tendensiyasının olduğunu qeyd edirlər. Aydındır ki, belə risklər mövcuddur. Region ölkələrinin siyasi rəhbərliyinin, ilk növbədə, öz xalqları qarşısında üzərinə böyük məsuliyyət düşür. KTMT katibliyi də öz növbəsində, dəfələrlə bəyan etdiyi kimi, təşkilatın məqsədlərinə, imzaladığı sənədlərə və elan edilmiş təşəbbüslərə uyğun olaraq regionda təhlükəsizliyin təmin edilməsi üzrə problemləri həll etməyə həmişə hazırdır”. Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi İmanqali Tasmaqambetov News.ru-ya Ermənistanın üzvlüyünün “dondurulması” ilə bağlı danışarkən deyib. Son vaxtlar İrəvanla Moskva arasında münasibətlərdə yaranan gərginlik, eyni zamanda, Qərbin Cənubi Qafqazda Rusiyaya…

Read More
Dünya 

Vladimir Putinə Rusiya prezidentinin vəsiqəsi təqdim edildi – FOTO

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova ilə görüşüb. Kremldə baş tutan görüş zamanı V.Putinə Rusiya Federasiyasının prezidenti vəsiqəsi təqdim edilib. Xatırladaq ki, martın 15, 16 və 17-də Rusiyada prezident seçkisi keçirilib. V.Putin seçkidə 87,28 faiz səslə qalib gələrək beşinci dəfə Rusiya Federasiyasının prezidenti seçilib.   Mənbə: TASS

Read More
Dünya 

Türkiyənin kənd təsərrüfatında REAL VƏZİYYƏT NECƏDİR?

Türkiyə Statistika Təşkilatı (TÜİK) 2024-cü ilin mart ayı üçün kənd təsərrüfatı məhsulları istehsalçı qiymət indeksini açıqlayıb. TÜİK-in məlumatlarına görə, kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi (Kənd təsərrüfatı-ÜFE) mart ayında illik 61,87, aylıq isə 5,57 faiz artıb. Kənd Təsərrüfatı 2024-cü ilin mart ayında ötən ayla müqaisədə 5,57 faiz, 2023-cü ilin dekabr ayı ilə müqaisədə 17,51 faiz artım müşahidə olunub. Ötən ilin mart ayı ilə müqaisədə 61,87 faiz, on iki aylıq proqnozlara görə isə 59,98 faiz artım qeydə alınıb. Aqrar sektorda fevral ayı ilə müqayisədə kənd təsərrüfatı və ovçuluq məhsulları və əlaqədar…

Read More
Dünya 

Gürcüstan parlamentində xüsusi təhlükəsizlik rejimi tətbiq edilib

Bu gün Gürcüstan parlamentində xüsusi təhlükəsizlik rejimi tətbiq edilib. Məlumata görə, giriş yalnız ziyarətçilərlə məhdudlaşacaq, ancaq dəvət olunmuş şəxslər binaya daxil ola biləcəklər. Məhdudiyyətlər akkreditə olunmuş jurnalistlərə təsir etməyəcək. Plenar iclasda deputatlar “Xarici agentlər haqqında” qanun layihəsini müzakirə edəcəklər. Qanunun əleyhdarları isə aprelin 16-da saat 11-də parlament yaxınlığında etiraz aksiyalarını bərpa edəcəklərini vəd ediblər. Xatırladaq ki, dünən Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisidə “Xarici agentlər haqqında” qanuna qarşı keçirilən etiraz aksiyasında 14 nəfəri saxlayıb. Qeyd edək ki, onlar ictimai asayişi pozub, asayiş keşikçilərinə müqavimət göstərib, polis əməkdaşlarını təhqir ediblər. Aksiyaçılarla toqquşmalar…

Read More
Dünya 

Rusiyada böyük bir şəhərin sakinləri təcili təxliyə edilir – VİDEO

Rusiyanın Tümen vilayətinin İşim şəhər sakinlərinin təcili təxliyəsinə başlanılıb. Buna səbəb İşim çayında suyun səviyyəsinin kəskin qalxmasıdır. Sakinlərə yalnız sənədləri və qiymətli əşyaları götürməyə icazə verilir. Məlumat üçün əlavə edək ki, İşimdə 67 minə yaxın insan yaşayır, şəhər eyniadlı çayın sol sahilində yerləşir. Mənbə: Mash

Read More