Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

SOS: Əhalinin sevimli qidası XƏRÇƏNG yaradırmış

By Vüsal Rafiqoğlu
04.04.2026 3 Min Read

ABŞ-də aparılan son araşdırmalar böyüklərin demək olar ki, yarısının emal olunmuş ət məhsulları ilə bağırsaq xərçəng arasındakı əlaqədən xəbərsiz olduğunu üzə çıxarıb. Məsuliyyətli Tibb üzrə Həkimlər Komitəsinin (PCRM) hesabatına görə, kolbasa, sosis və digər emal edilmiş ətlərin istehlakı bu xəstəliyə tutulma riskini ciddi şəkildə artırır.

Sosis xərçəng yaradır – Krallıqdan sensasion iddia – SumqayitXeber.Com

Terapevt Cozef Barrokas bildirir ki, bağırsaq xərçəngi hazırda 50 yaşdan aşağı şəxslər arasında onkoloji ölüm səbəbləri içərisində ön sıralara çıxıb. Lakin bir çox insan hələ də qidalanma faktorunun bu xəstəlikdəki rolunu dərk etmir. Məlum olub ki, respondentlərin yalnız üçdə biri bu barədə həkimindən məlumat alıb. Həkimlər hesab edirlər ki, yalnız skrininq müayinələri ilə kifayətlənmək olmaz, xəstələrlə pəhrizin təsiri daha aktiv müzakirə edilməlidir. Məsələn, bitki mənşəli pəhriz saxlayanlarda bu xəstəliyə yoluxma ehtimalı 22 faiz daha azdır. Xüsusilə lifli qidaların qəbulu bağırsaq poliplərinin yaranma riskini 72 faizə qədər azaldır.

Bu o deməkdir ki, kolbasa, sosis və digər emal edilmiş ətlərdən ümumiyyətlə, imtina edilməlidir? Həftə ərzində qədər bu məhsullardan nə qədər istehlak olunmalıdır ki, risk yüksək olmasın?

Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasının sabiq baş həkimi, onkoloq Nəsimi Qasımov Musavat.com-a qeyd edib ki, ümumiyyətlə, ət məhsullarının artan istehlakı bağırsaq xərçənginin yayılmasını sürətləndirir: 

“ABŞ-də aparılan tədqiqat əslində yeni bir həqiqəti ortaya qoymur. Bu, uzun illərdir məlum olan bir məsələdir: ət məhsullarının, xüsusilə də emal olunmuş ətlərin istehlakının sürətlə artması xərçəng xəstəliklərinin, o cümlədən bağırsaq xərçənginin çoxalmasına gətirib çıxarır. Sadəcə olaraq, burada bir məqam var – emal olunmuş ətlər, yəni kolbasa, sosis və digər bu tip məhsullar xüsusi risk daşıyır. Çünki bu məhsullar hisə verilir, uzun müddət saxlanılması üçün tərkibinə müxtəlif kimyəvi qatqılar əlavə olunur. Məhz bu qatqılar orqanizm üçün ciddi təhlükə yaradır. Amma məsələni yalnız bununla məhdudlaşdırmaq düzgün olmazdı. Normal ətin də həddindən artıq istehlakı bağırsaq xəstəlikləri riskini artırır. Yəni problem təkcə kolbasa və sosisdə deyil, ümumilikdə ət məhsullarının çox istifadəsindədir”.

Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası

Onun sözlərinə görə, bir məqamı xüsusi qeyd etmək lazımdır:

“İllər əvvəl mədə xəstəlikləri daha geniş yayılmışdı. Bunun əsas səbəbi insanların düzgün və keyfiyyətli qidalana bilməməsi idi. Zaman keçdikcə qidalanma yaxşılaşdı və nəticədə mədə xəstəliklərinin yayılması nisbətən azaldı. Amma indi vəziyyət dəyişib, yük artıq bağırsağın üzərinə düşür. Məhz buna görə də bu gün dünyada bağırsaq xərçəngi ən çox rast gəlinən xərçəng növləri arasında üçüncü yerə yüksəlib. Burada, təbii ki, hisə verilmiş və emal olunmuş ət məhsullarının da rolu var. Lakin bu o demək deyil ki, bütün məsuliyyəti yalnız kolbasa və sosisin üzərinə qoymaq lazımdır. Bu, düzgün yanaşma olmazdı. Sadəcə, bu məhsulların hazırlanma texnologiyası və tərkibi onları daha təhlükəli edir. Açıq desək, kolbasanın tərkibində o qədər mənasız və zərərli qatqılar var ki, onu gündəlik qida vasitəsi kimi istifadə etmək qətiyyən doğru deyil. Amma maraqlı bir məqam da var – bəzən mediada tamam başqa məsələlər “şok xəbər” kimi təqdim olunur. Məsələn, siqaretin qiymətinin bahalaşması böyük xəbər kimi verilir. Halbuki demək lazımdır: qoy bahalaşsın. Çünki siqaret Ağciyər xərçənginin əsas səbəblərindən biridir və insanı məhv edən amillərdəndir. Amma cəmiyyət bu kimi əsas problemlərə çox zaman yetərincə reaksiya vermir”.

Onkoloq bağırsaq xərçənginin daha çox öldürücü olduğunu deyib:

“Statistikaya baxdıqda mənzərə daha da aydın görünür. Dünyada bağırsaq xərçəngi sürətlə artır. 2022-ci ilin məlumatlarına görə təxminən 1,8 milyon nəfərdə bu xəstəlik qeydə alınıb və ölüm sayı 1 milyona yaxın olub. Müqayisə üçün, ağciyər xərçəngi halları 2,5 milyon təşkil edib və təxminən 1,8 milyon ölüm baş verib. Yəni fərq var, amma hər iki halda nəticə ağırdır. Bu isə onu göstərir ki, məsələ yalnız bir məhsulla bağlı deyil, ümumilikdə həyat tərzi və qidalanma vərdişləri ilə bağlıdır. Beləliklə, bu gün artıq aydın şəkildə demək olar kiət məhsullarının həddindən artıq istehlakı, heyvani yağların çox qəbulu, emal olunmuş qidaların gündəlik menyuda üstünlük təşkil etməsi bağırsaq xərçəngi riskinin artmasına birbaşa təsir edir. İnsanlar nə qədər çox təbii, lifli və balanslı qidalanmaya üstünlük versə, bu riskləri bir o qədər azalda bilər”.

Xalidə Gəray
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Qardaşım Pezeşkianın təşəkkürünü xalqımız yüksək qiymətləndirir”

Next

Kartınızı bankomata taxmazdan əvvəl bunu edin

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv