Dünya 

Rusiyada güclü daşqın: Evlər su altında qaldı, əhali təxliyə olunur – VİDEO

Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində suayırıcı dambanın dağılması nəticəsində daşqın yaranıb və ərazini su basıb. Orskda su basmış elektrik şəbəkəsi obyektləri bağlanıb, bir sıra ərazilərə elektrik enerjisinin verilməsi dayandırılıb. Ural çayının səviyyəsi səhər saatlarında 9,27 metr təşkil edib ki, bu da təhlükəli səviyyədən 2 metr çoxdur. Hazırda 2 556 yaşayış binasını su basıb, 4 208 nəfər təxliyə edilib. Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri sakinlərin təxliyəsini davam etdirirlər. Qəza yerində 530-dan çox mütəxəssis, 125 texnika işləyir. Həmçinin operativ xidmətlərdən verilən son məlumata görə, Orskda bəndin uçması nəticəsində su altında qalan üç…

Read More
Dünya 

Bu yumurtalar dünyanı cənginə alır: HƏYƏCAN TƏBİLİ – VİDEO

Toyuq yumurtalarının qiymətlərinin daha da artması fonunda süni yumurtalar qlobal bazarları tutmaqda davam edir. Artıq Meksika bazarında da süni (saxta) yumurtalar görünməyə başlayıb. Oradan isə bu ərzaqlar ABŞ bazarlarına aparılır. Qeyd edək ki, Birləşmiş Ştatlarda quş qripi ilə əlaqədar ev quşlarının kütləvi məhvi həyata keçirilir ki, bu da süni yumurtalara tələbatı artırır. Qeyd edək ki, bundan əvvəl süni yumurtalar Böyük Britaniya və Mərkəzi Avropada görünmüşdü.//Oxu.az

Read More
Dünya 

ABŞ Brüsseldə Ermənistana nələri vəd edib?

“ABŞ Ermənistanda dinc nüvə enerjisinin inkişafı üzərində işləyir”. Bu sözlər Brüsseldə ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün yekunlarına dair bəyanatda yer alıb. Qeyd olunub ki, ABŞ-dən əlavə investisiyaların cəlb edilməsi, texnologiyalar sahəsində ticarəti imkanlarının optimallaşdırılması, kibertəhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi və texnologiya infrastrukturunun genişləndirilməsi istiqamətində ABŞ Ermənistanla işlər aparacaq. Vaşinqton ABŞ-dən əlavə investisiyalar cəlb etmək və ərzaq təhlükəsizliyini təmin etmək niyyətindədir. Qeyd edək ki, Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen…

Read More
Dünya 

Brüsseldə Ermənistan və Avropa İttifaqı arasında saziş imzalandı – VİDEO

Belçikanın paytaxtı Brüsseldə Ermənistan və Avropa İttifaqı (Aİ) arasında “Eurojust” sazişinin imzalanma mərasimi keçirilib. Sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, Belçikanın ədliyyə və Şimal dənizi naziri Pol Van Tiqçelt və Avropa İttifaqının ədliyyə üzrə komissarı Didye Reynders imzalayıblar. Qeyd edək ki, bu gün Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və ABŞ dövlət katibi Antoni Blinken arasında üçtərəfli görüş baş tutub. Mənbə: Erməni KİV

Read More
Dünya 

BMT Təhlükəsizlik Şurasının iclası zəlzələyə görə yarımçıq qaldı – VİDEO

BMT-nin Təhlükəsizlik Şurasının Nyu-Yorkdakı gərargahında keçirilən iclası zəlzələdən sonra qısa müddətə yarımçıq qalıb. Seysmoloqların məlumatına görə, şəhər yaxınlığında 5,5 bal gücündə zəlzələ baş verib. Verilən məlumata görə, BMT Təhlükəsizlik Şurasının palatasında olan diplomatlar və jurnalistlər yerli vaxtla təxminən 10:20-dən sonra yeraltı təkanlar hiss ediblər. Görüş bir neçə saniyəlik kəsilsə də, sonra davam etdirilib. Xatırladaq ki, aprelin 5-də ABŞ-də Nyu-York yaxınlığında 5,1 bal gücündə zəlzələnin baş verib. Mənbə: “RİA Novosti” “Telegram” kanalı

Read More
Dünya 

ABŞ-nin Tehrandan xahişi: “Hücum etməyin” – VİDEO

“Birləşmiş Ştatlar İsrailin İranın Dəməşqdəki konsulluğunu atəşə tutmasından sonra gərginliyin artması fonunda Tehranı ABŞ hədəflərinə hücum etməməyə çağırıb”. Bunu İranın Prezident Administrasiyasının rəhbərinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi deyib. Onun sözlərinə görə, İran da öz növbəsində, yazılı məktubla ABŞ-yə zərər almaması üçün uzaq durmaq barədə xəbərdarlıq edib. Xatırladaq ki, aprelin 1-də İsrail Suriyanın paytaxtı Dəməşqdəki diplomatik məhəlləyə hücum edib. Nəticədə İran konsulluğunun binası tamamilə dağılıb. İslam Respublikası Silahlı Qüvvələrinin elit bölmələrinin generalları da daxil olmaqla, azı 11 nəfər ölüb. Mənbə: timesofisrael.com

Read More
Dünya 

Rusiyalı idmançının ata qarşı qəddarlığı məşqçini heyrətə gətirdi – FOTO/VİDEO

Rusiya Atçılıq Federasiyası (RAF) Kseniya Kostıqovanı Yaroslavlda keçirilən yarışda ata amansızlığına görə diskvalifikasiya edib. Bu barədə Rusiya atçılıq komandasının baş məşqçisi Vladimir Beletski məlumat verib. Onun sözlərinə görə idmançı iki il yarışlara qatıla bilməyəcək. “Yaroslavldakı yarışdan hər şeyi aydın göstərən videoya baxdım. İdmançının etdiyi hərəkət istər turnir zamanı, istərsə də ondan kənarda qətiyyən yolverilməzdir. Bu cür hərəkətlərə görə səhlənkar idmançıları və at sahiblərini cəzalandırmaqda davam edəcəyik, bizim idmanda heyvanın rifahı birinci yerdədir”, – deyə o bildirib. “Heyvan itaət etmədikdə məqbul cəza standartları var, bu, qamçı və ya ovucla iki və ya…

Read More
Dünya 

Ərdoğan “Azərbaycan, Türkiyə və Türkmənistan arasında ticari-iqtisadi əməkdaşlıq haqqında” sazişi təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan, Türkiyə və Türkmənistan arasında ticari-iqtisadi əməkdaşlıq haqqında” hökumətlərarası sazişin təsdiq edilməsi haqqında fərman imzalayıb. Sənədə əsasən, üç ölkə bir sıra sahələrdə uzunmüddətli əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər: mal və xidmət ticarəti, enerji, kənd təsərrüfatı, qida və heyvandarlıq, tikinti sektoru, o cümlədən maşın, avadanlıq və materialların istehsalı, maşınqayırma və avtomobil istehsalı, kimya və tekstil sənayesi, nəqliyyat və logistika, maliyyə sektoru və investisiya. Bundan əlavə, saziş Azərbaycan, Türkiyə və Türkmənistan arasında tibbi xidmətlər və texnologiyalar, əczaçılıq sənayesi, turizm, kiçik və orta biznesin inkişafı, kompüter, informasiya…

Read More
Dünya 

Aİ Ermənistana 292, ABŞ isə 65 milyon dollar məbləğində vəsait verəcək

“Aİ Ermənistana yaxın olmağa söz verib və bu gün bu vədi yerinə yetirir”. Erməni mətbuatının məlumatına görə, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın iştirakı ilə qısamüddətli görüşdən sonra mətbuata bəyanatı zamanı bəyan edib. O, bildirib ki, İrəvanla tərəfdaşlıq “Ermənistan Dayanıqlığı Proqramı” vasitəsilə həyata keçiriləcək. “Avropa İttifaqı növbəti dörd il ərzində Ermənistana 270 milyon avro (təxminən 290 milyon ABŞ dolları) məbləğində qrant dəstəyi verəcək. Keçən oktyabrda biz Ermənistanla çiyin-çiyinə duracağımıza, əməkdaşlığımıza baxış hazırlayacağımıza söz vermişdik, bu gün məhz bunu müzakirə edəcəyik”, –…

Read More