Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Hadisə

Yaz gəldi, amma dəm qazı faciəsi bitmədi

By Vüsal Rafiqoğlu
04.04.2026 3 Min Read

Havalar istiləsir, bəs ölkə üzrə ölümcül hadisələrin sayı niyə azalmır?

Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verən faciə bir daha cəmiyyətə ağır xəbərdarlıq kimi yadda qaldı. Belə ki, dəm qazı – görünməyən, qoxusuz, lakin ölümcül təhlükə bu dəfə çoxuşaqlı bir ailənin həyatına faciə gətirdi. Hadisə nəticəsində zəhərlənən altı azyaşlıdan biri həyatını itirib.
“Report”un məlumatına görə, zəhərlənmə hadisəsi iki gün əvvəl qeydə alınıb. Belə ki, aprelin 1-də ailənin altı üzvü dəm qazının təsirinə məruz qalıb. Azyaşlılar dərhal xəstəxanaya yerləşdirilib, ilkin tibbi müdaxilələrdən sonra isə vəziyyətlərinin stabilləşdiyi bildirilib və evə buraxılıblar. Lakin faciə bununla bitməyib.
Qəfil halı ağırlaşan, 2024-cü il təvəllüdlü Cəbrayılova Gülcənnət yenidən xəstəxanaya çatdırılıb. Həkimlərin apardığı intensiv müalicə və müayinələrə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.
Siyəzəndə dəm qazı faciəsi: qadın hamamda öldüQeyd edək ki, dəm qazından zəhərlənmə halları ənənəvi olaraq daha çox qış aylarında baş verir. Lakin son günlər havaların isinməsinə, yaz fəslinin artıq özünü göstərməsinə baxmayaraq, ölkə üzrə belə hadisələrin sayında artım müşahidə olunur. Müxtəlif bölgələrdə ard-arda qeydə alınan bu tip hadisələr göstərir ki, problem mövsümi deyil, daha dərin və sistemli xarakter daşıyır.

Mütəxəssislərin fikrincə, zəhərlənmələrin əsas səbəblərindən biri evlərdə geniş istifadə olunan və “pitiminutka” kimi tanınan su qızdırıcılarıdır. Bu cihazların düzgün quraşdırılmaması, texniki nasazlıqlar, hermetikliyin pozulması və bacaların tıxanması nəticəsində dəm qazı yaşayış sahələrinə sızır. Xüsusilə hamam otaqlarında quraşdırılan bu tip qurğular daha böyük risk yaradır.
Ekspertlər israrla bildirirlər ki, hər mövsüm öncəsi bacaların təmizlənməsi, qızdırıcı cihazların texniki baxışdan keçirilməsi və tüstü yollarının yoxlanılması həyati əhəmiyyət daşıyır. Eyni zamanda, belə cihazların qapalı və zəif havalandırılan məkanlarda deyil, mümkün qədər açıq və yaxşı ventilyasiya olunan yerlərdə yerləşdirilməsi tövsiyə olunur.
Son illərdə həm mütəxəssislər, həm də fövqəladə hallar üzrə qurumlar evlərdə karbonmonoksid (CO) detektorlarının quraşdırılmasını xüsusi olaraq vurğulayırlar. Bu qurğular havadakı dəm qazının ən kiçik konsentrasiyasını belə dərhal aşkar edir və səsli siqnal vasitəsilə insanları xəbərdar edir. Xüsusilə fərdi yaşayış evlərində, köhnə istilik sistemlərinə malik mənzillərdə və mərkəzləşdirilmiş havalandırması olmayan obyektlərdə bu detektorlar sözün əsl mənasında həyat xilas edən vasitəyə çevrilə bilər.

Azərbaycanda dəm qazı faciəsi: bir gündə dörd nəfər...

Bəs dəm qazından zəhərlənmənin ilkin əlamətləri hansılardır?
Mütəxəssislər bildirir ki, belə hallarda insanda başgicəllənmə, güclü baş ağrısı, ürəkbulanma, qulaqlarda küy, qusma, yuxululuq, bəzən isə qeyri-adi oyanıqlıq, müvazinətin itməsi, sayıqlama, hallüsinasiyalar və hətta qıcolmalar müşahidə olunur. Bu simptomlar dərhal təhlükə siqnalı kimi qəbul edilməlidir. Dəm qazından zəhərlənmə zamanı vaxtında və düzgün göstərilən ilkin tibbi yardım insan həyatını xilas edə bilər. İlk növbədə zərərçəkən dərhal zəhərli mühitdən uzaqlaşdırılmalı və təmiz havaya çıxarılmalıdır. Daha sonra ona süni tənəffüs verilməsi, nəfəs yollarının açıq saxlanılması və mümkün hallarda oksigenlə təmin olunması vacibdir.
Əgər zəhərlənən şəxs huşunu itirməyibsə, onun bədən temperaturunu qorumaq üçün üstü örtülməli, isti içkilər verilməli və dərhal tibbi yardım çağırılmalıdır. Huşsuz vəziyyətdə olan şəxslərdə isə ağız boşluğu selikdən təmizlənməli, nəfəs bərpa edilməli və süni tənəffüs tətbiq olunmalıdır.
Unutmaq olmaz ki, bu kimi hallarda hər saniyə həlledicidir. Vaxtında müdaxilə edilmədikdə, beyin hüceyrələrində geri dönməz dəyişikliklər baş verə bilər. Hətta ən yüngül zəhərlənmə hallarında belə, sonrakı fəsadların qarşısını almaq üçün zərərçəkən ən azı 24 saat ərzində həkim nəzarətində qalmalı, toksikoloq və nevropatoloq tərəfindən müayinə olunmalıdır.

Xalidə Gəray
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Əli Əsədov MÜHÜM müşavirə keçirdi: tapşırıqlar verdi

Next

Bakıda yeni “mall” tikilir

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv