Region Xəbərləri Təhsil 

“Aprel döyüşləri”nə həsr olunmuş anım tədbiri keçirildi.

Bərdə şəhəri Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin “Aprel döyüşləri”nin 10-cu ildönümü ilə əlaqədar tədbirlər planına uyğun olaraq 04.04.2026-cı il tarixində “Aprel döyüşləri”nə həsr olunmuş anım tədbiri keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Ardınca Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə liseyin direktoru Teymur Mustafayev çıxış edərək Aprel döyüşlərinin əhəmiyyətindən, Azərbaycan Ordusunun şücaətindən və qazandığı uğurlardan bəhs etdi. Daha sonra şagirdlər vətənpərvərlik ruhunda çıxışlar edərək şeirlər səsləndirdilər.
Sonda Aprel döyüşlərinə həsr olunmuş”Aprel şəkilləri” sənədli film izlənildi.

Daha çox xəbərlər