Dünya 

ABŞ-də Azadlıq heykəlini ildırım vurub

ABŞ-də Azadlıq heykəlini ildırım vurub. Məlumata görə, ildırım “Azadlığın” əlində tutduğu məşələ dəyib. Heykəlin özünə zərər toxunmayıb. Qeyd edək ki, il ərzində heykəli bir neçə dəfə ildırım vurur. Heykəldən dörd elektrikötürücü (“zamzemleniye”) naqil torpağa bərkidilib. Buna görə də bu cür təbii hadisələr ona heç bir zərər vermir. Mənbə: nashaniva.com

Read More
Dünya 

Türkiyədə Ədalət və İnkişaf Partiyasının etirazı ilə səslər yenidən sayıldı: CHP namizədi qalib gəldi – VİDEO

Türkiyənin yerli idarəetmə qurumlarına 31 martda keçirilən seçkidə Ədalət və İnkişaf Partiyasının etirazı ilə İstanbulun Qaziosmanpaşa rayonunda səslər yenidən sayılıb. Nəticələrə əsasən, CHP-nin namizədi Hakan Bahçetepe 848 səs fərqi ilə yenidən seçkini qazanıb. “1030 seçki qutusu yenidən sayıldı. Hakan Bahçetepe 848 səs fərqi ilə üstünlük əldə etdi. Martın 31-dən 122 səs azalmış oldu. Qaziosmanpaşa bələdiyyə sədrimiz Hakan Bahçetepeyə, Gaziosmapaşaya yenidən uğurlar diləyirik”, – deyə CHP-nin İstanbul rayonu üzrə sədri Özgür Çelik bildirib. Həmçinin Hakan Bahçetepe də qalibiyyəti ilə bağlı özünün “X” hesabında paylaşım edib. “Qadınlar qazandı, gənclər qazandı, demokratiyaya inananlar…

Read More
Dünya 

Texasda insanın yoluxduğu quş qripi mutasiyaya uğrayıb və daha asan yayılır

“Texasda insanın yoluxduğu quş qripi mutasiyaya uğrayıb və daha asan yayılır”. Bu barədə ABŞ-nin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) məlumat yayıb. Qeyd edək ki, aprelin 2-də Texasda süd fermasının işçisinə yoluxmuş inəklərlə təmasdan sonra quş qripi diaqnozu qoyulub. ABŞ Səhiyyə Departamenti və ABŞ Kənd Təsərrüfatı Departamenti bu ştatda, eləcə də Kanzas və Miçiqanda mal-qara arasında xəstəliyin olduğunu təsdiqləyib. Mənbə: “Svezhesti” “Telegram” kanalı

Read More
Dünya 

Gürcüstanın Kəşfiyyat Xidmətinin rəhbəri işdən çıxarılıb

Gürcüstan Kəşfiyyat Xidmətinin rəhbəri Şalva Lomidze vəzifəsindən azad edilib. Müvafiq sərəncamı Gürcüstanın Baş naziri İrakli Kobaxidze imzalayıb. “Kəşfiyyat Xidməti haqqında Gürcüstan Qanununun 9-cu maddəsinin birinci bəndi əsasında general-mayor Şalva Lomidze Gürcüstanın Kəşfiyyat Xidmətinin rəisi vəzifəsindən azad edilsin”, – baş nazirin sərəncamında qeyd edilib. Mənbə: 1tv.ge

Read More
Dünya 

Moskvada tüğyan edən qasırğa nəticəsində ölənlər və yaralananlar var

Rusiyanın paytaxtı Moskvada küləkli hava şəraitinin kəskinləşməsi nəticəsində 17 nəfər yaralanıb, onlardan ikisi ölüb. Bu barədə paytaxt meri Sergey Sobyanin özünün “Telegram” kanalında məlumat verib. “Biz bütün xəbərdarlıq tədbirlərini vaxtında həyata keçirdik. Amma təəssüf ki, tələfatsız olmadı, 17 nəfər yaralanıb, onlardan ikisi dünyasını dəyişib”, – deyə mer yazıb. Xatırladaq ki, aprelin 3-dən bəri Moskvada qasırğa – güclü külək hökm sürür. Mənbə: kp.ru

Read More
Dünya 

Erməni KİV: “Ölkə hərraca çıxarılıb”

“Sabah Brüsseldə keçirilməsi planlaşdırılan Paşinyan – fon der Lyayen – Blinken görüşü Ermənistanın Aİ-yə üzvlük üçün müraciət edib-etməyəcəyinə, Avropanın yolunu tutacağına, yoxsa Rusiya ilə Avropa arasında tarazlıq yaradan qeyri-müəyyən status-kvonu saxlamağa davam edəcəyinə aydınlıq gətirəcək”. Bu barədə Ermənistanın “Hraparak” nəşri yazır. “Hakim partiya xüsusilə bu görüşün nəticələrini səbirsizliklə gözləyir, bundan sonra Nikol Paşinyanla görüşəcək və son nəticəyə gəlinəcək. Məsələ burasındadır ki, baş nazirlə iqtidaryönlü qanunvericilərin son qapalı görüşündə sonuncular növbəti dəfə öz mövqelərini bildiriblər – deyiblər, avantüraya gedib Aİ-yə üzvlük üçün müraciət etməyə ehtiyac yoxdur, çünki iqtisadiyyatımız Rusiyadan çox asılıdır.…

Read More
Dünya 

“Haber Global”: Ermənistan Qərbin nəzarətinə keçəcək? – VİDEO

Aprelin 5-də Brüsseldə Avropa İttifaqı (Aİ)-Ermənistan-ABŞ müştərək görüşü keçiriləcək. Görüşün mümkün nəticələri Azərbaycanı narahat edir. Belə ki, Qərb sülh müqaviləsini imzalamaq istəməyən Ermənistana öz dəstəyini artırır. Bu barədə Türkiyənin “Haber Global” telekanalının hazırladığı süjetdə bildirilir. Qeyd olunur ki, Ermənistan tədricən Rusiyadan uzaqlaşaraq arxasını Qərbə söykəyir. Lakin Qərbin bölgədəki hədəfləri suallar yaradır. Bildirilir ki, öz addımları ilə Aİ və ABŞ Cənubi Qafqazda sabitliyi pozaraq yeni eskalasiyalara yol açır. Daha ətraflı “Haber Global”ın süjetində:  

Read More
Dünya 

Overçuk: “Ermənistan başa düşür ki, Aİİ üzvlüyünün ona verdiyi imtiyazları başqa heç yerdə ala bilməyəcək”

“İrəvan Moskva ilə əlaqələri kəsmək niyyəti ilə bağlı heç bir rəsmi açıqlama verməyib”. Bunu “İzvestiya”ya müsahibəsində Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib. “Ermənistanın Rusiya Federasiyası ilə əlaqələri kəsmək planları bizə aydın deyil, bu məsələ ilə bağlı heç bir rəsmi açıqlama bizə gəlib çatmayıb”, – o bildirib. Overçukun sözlərinə görə, Ermənistan başa düşür ki, Avrasiya İqtisadi İttifaqı (Aİİ) üzvlüyünün ona verdiyi imtiyazları başqa heç yerdə ala bilməyəcək. “Ölkə rəhbərliyi bunu anlayır. Oradakı insanlar ağıllıdırlar. Ona görə də, biz Ermənistanın baş nazirinin bəyanatlarında, Ali Avrasiya İqtisadi Şurasında, Avrasiya Hökumətlərarası Şuralarında həmişə…

Read More
Dünya 

Zaxarova: “Qərb Ermənistana Rusiyaya qarşı çıxmaq üçün çağırış edir” – VİDEO

“Qərb ölkələri Ermənistanı Rusiya ilə qarşıdurmaya hazırlaşmaq üçün hərbi-sənaye kompleksinə sponsorluq etməyə çağırır”. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə çıxışı zamanı deyib. “Avropa İttifaqının Ermənistandakı missiyası qərblilərin səyləri nəticəsində mahiyyətcə NATO missiyasına çevrilir. Onlar (Qərb) Ermənistanı hərbi-sənaye kompleksinə sərmayə qoymağa çağırırlar”, – deyə o bildirib. Zaxarovanın sözlərinə görə, NATO blokunun liderləri anti-Rusiya isteriyasını qızışdırır, Rusiya ilə hərbi münaqişəyə hazırlaşmağa çağırır, həmçinin Avropanın özündəki aşkar iqtisadi problemlər fonunda İrəvanı hərbi-sənaye kompleksinə külli miqdarda vəsait yatırmağa sövq edirlər. Mənbə: TASS

Read More
Dünya 

Zaxarovadan Ermənistana xəbərdarlıq: “İrəvan KTMT qarşısındakı öhdəliklərini pozarsa… ” – VİDEO

“Sənədlərə əsasən Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tamhüquqlu üzvü olaraq qalır”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova ənənəvi brifinq zamanı Baku TV-nin sualını cavablandırarkən bildirib. O xatırladıb ki, İrəvan təşkilat qarşısında müəyyən öhdəliklər daşıyır. Bu öhdəliklərə əsasən, KTMT üzvü öz ərazisində üçüncü ölkələrin hərbi birləşmələrini yerləşdirməzdən öncə bu addımı digər üzv ölkələrlə razılaşdırmalıdır. “Bu öhdəliklər pozulduqda onları pozan ölkənin təşkilatdakı üzvlüyü dayandırıla və ya birdəfəlik kənarlaşdırıla bilər”, – Zaxarova qeyd edib.

Read More