Dünya 

Mariya Zaxarova: “Biz terrorizmin nədən ibarət olduğunu bilirik” – VİDEO

“Biz qəti əminik ki, terrorizm heç bir millət, din və irqlə əlaqələndirilə bilməz”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Baku TV əməkdaşının “Crocus City Hall”da terror aktından sonra ksenofobiyanın artması ehtimalı ilə bağlı sualını cavablandırarkən deyib. “Bu, bizim seçimimiz deyil. Biz çox uzun yol keçmişik, terrorizmin nədən ibarət olduğunu bilirik. Sözdə və əməldə bizə səmimi rəğbət bəsləyən, bu terror aktını pisləyən hər kəsə ürəkdən minnətdarıq”, – o bəyan edib. Daha ətraflı süjetdə:

Read More
Dünya 

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək – CƏDVƏL

Rusiyanın “Ural Hava Yolları” şirkəti Jukovski hava limanından (Moskva vilayəti) Azərbaycanın paytaxtına müntəzəm birbaşa reysləri bərpa edəcək. Bu barədə şirkətin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilir ki, uçuşlar aprelin 26-da başlayacaq. Məlumata görə, Jukovski-Bakı marşrutu üzrə uçuşlar cümə və şənbə günləri saat 20:30-da, əks istiqamətdə – şənbə və bazar günləri 1:45-də yerinə yetiriləcək.   Mənbə: Urbc.ru

Read More
Dünya 

Ermənistanda sorğu: Paşinyanın reytinqi kəskin enib

Ermənistanın baş naziri Nikol Paşinyanın reytinqi tarixi minimuma enib. “GALLUP International Association”un Ermənistanda apardığı sorğunun nəticələri belə deməyə əsas verir. “Əgər 2023-cü ilin yanvarında onun fəaliyyətini respondentlərin 13,8%-i, martda isə 16,2%-i müsbət qiymətləndiribsə, 2024-cü ilin mart ayında respondentlərin yalnız 8%-i onun fəaliyyətini müsbət, 75%-i isə mənfi qiymətləndirib”, – deyə “GALLUP International Association”un əməkdaşı Aram Navasardyan qeyd edib. Onun sözlərinə görə, Ermənistan vətəndaşlarının 67%-i hesab edir ki, Paşinyan hökuməti Azərbaycanla ölkənin maraqlarına əsaslanacaq sülh müqaviləsi bağlamaq iqtidarında deyil. Qeyd olunur ki, sosioloji sorğu martın sonunda telefon vasitəsilə aparılıb, sorğuda 1 101…

Read More
Dünya 

Zaxarova “Crocus” terroru ilə bağlı ABŞ-nin xəbərdarlığı iddiasına münasibət bildirdi

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qərb mətbuatında “Crocus City Hall”dakı terror aktından iki həftə əvvəl ABŞ-nin Rusiyaya mümkün hücum barədə xəbərdarlıq göndərdiyini barədə xəbərləri saxtakarlıq adlandırıb. Onun sözlərinə görə ABŞ-nin saxta məlumatlar yayıb, sonra da öz bəyanatlarından imtina etməsinə çox öyrəşib, bu səbəbdən qarşı tərəfdən bu mövzuda faktoloji material tələb edilməsini istərdi. Zaxarova, həmçinin konsert zalında gözlənilən terror aktı ilə bağlı ABŞ-dən “bu məlumatı nə vaxt və kimə ötürdüklərini” öyrənməyi xahiş edib. Qeyd edək ki, bundan əvvəl “The Washington Post” yerli rəsmilərə istinadla ABŞ-nin terror aktından iki…

Read More
Dünya 

“Crocus City Hall”da terror törədənlərə maşın satan şəxs şikayət verdi – FOTO

“Crocus City Hall”da terror aktı ilə bağlı həbs edilən İslamovlar ailəsinin üçüncü üzvü Dilovar İslomov həbsindən apellyasiya şikayəti verib. Bu barədə Dilovar İslomov haqqında həbs-qətimkan tədbirinin seçildiyi Moskvanın Basmannı məhkəməsindən məlumat verilib. “Məhkəməyə Dilovar İslomovun müdafiəsi ilə bağlı apellyasiya şikayəti daxil olub. Şikayətə daha sonra Moskva Şəhər Məhkəməsində baxılacaq”, – deyə məhkəmədən bildirilib. Apellyasiya məhkəməsinin vaxtı hələ müəyyən edilməyib. Xatırladaq ki, Dilovar İslomov sahibi olduğu “Renault” markalı avtomobili terror aktını törədənlərə satıb. Daha əvvəl hadisə ilə bağlı həbs edilən Dilovarın atası İsroil İslomov və qardaşı Aminçon İslomov da həbslərindən apellyasiya…

Read More
Dünya 

Qazaxıstan ardıcıl beşinci il Qələbə paradını keçirməyəcək

Qazaxıstan bu il 9 May Qələbə Günü ilə bağlı parad keçirməyəcək. Bu barədə ölkənin Müdafiə Nazirliyi qərar verib. Bildirilib ki, buna səbəb ilk növbədə büdcə vəsaitlərinə qənaət olunması, eləcə də diqqətin daha vacib məsələlərə yönəldilməsidir. Xatırladaq ki, Qazaxıstanda 9 May Qələbə paradı sonuncu dəfə 5 il əvvəl – 2018-ci ildə keçirilib. Mənbə: TASS

Read More
Dünya 

Malatyada zəlzələ: Ətraf ərazilərdə də hiss olunub – FOTO/VİDEO

Türkiyənin Malatya vilayətində 4,5 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) məlumat verilib. Məlumata görə, səhər saat 10:48-də yerin 13,9 kilometr dərinliyində qeydə alınan zəlzələnin episentri Malatyanın Doğanşehir rayonu olub və ətraf ərazilərdə də hiss olunub. Dağıntılar və tələfat barədə hələlik bir məlumat verilməyib.   Mənbə: DHA

Read More
Dünya 

“Crocus”dakı terror aktında ölən uşaqların sayı artdı

Moskva vilayətində “Crocus City Hall”da baş vermiş faciə nəticəsində ölən uşaqların sayı altıya yüksəlib. Bu barədə Rusiya Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belova jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, xəstəxanada indi beş uşaq var. “Hazırda bizdə altı uşağın dünyasını dəyişdiyi, yeddisinin yaralandığı barədə məlumatlar var. Onlardan ikisi artıq evdə müalicə olunur. Beşi isə xəstəxanadadır: ikisinin vəziyyəti ağır, üçünün vəziyyəti orta ağırdır”, – deyə o, bildirib. Beləliklə, “Crocus” terrorunda ölənlərin ümumi sayı 145-ə çatıb. O, həmçinin bildirib ki, terror aktından sonra səkkiz uşaq yetim qalıb, onlar yaxınlarının himayəsinə verilib. Xatırladaq…

Read More
Dünya 

Türkiyədə iki avtobus toqquşub: Hərbçilər yaralanıblar

Türkiyənin Tekirdağ əyalətində işçiləri daşıyan servis maşını ilə hərbçiləri daşıyan avtobus toqquşub. Məlumata görə, Ergene rayonunda baş verən qəza nəticəsində 16 nəfər yaralanıb. Onlardan beşinin hərbçi olduğu bildirilir. Hadisə yerinə təcili tibbi yardım əməkdaşları, xilasedicilər və polislər cəlb olunublar. Qeyd edək ki, xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Mənbə: sondakika.com

Read More