Dünya 

Almaniya müdafiəni gücləndirmək üçün Ukraynaya 500 milyon dollar ayırır

Almaniya NATO-nun yeni “Prioritetləşdirilmiş Ukrayna Tələblər Siyahısının” (Prioritised Ukraine Requirements List, PURL) təşəbbüsü çərçivəsində Ukraynaya ABŞ-dən alınacaq avadanlıq və sursatlar üçün də nəzərdə tutulan 500 milyon dollarlıq hərbi yardım paketini elan edib. Bu barədə “Report” NATO-nun mətbuat xidmətinə istinadən xəbər verir. NATO-nun Baş katibi Mark Rutte bu qərarı Almaniyanın Ukraynanın müdafiəsinə sadiqliyinin təsdiqi kimi dəstəkləyib. “Almaniyanın növbəti dəstək addımını qeyd etmək istərdim. Almaniya Avropada Ukraynaya ən böyük hərbi yardım donorudur və bugünkü elan onların Ukrayna xalqına öz azadlığını və suverenliyini müdafiə etməkdə kömək etməyə hazır olduğunu bir daha vurğulayır”, –…

Read More
Dünya 

Rusiyadan Azərbaycana silah xəbərdarlığı: Daha da pis olacaq

Azərbaycan tərəfindən Ukraynaya silah tədarükünə qoyulan embarqonun mümkün ləğvi münaqişənin həllinə kömək etməyəcək, əksinə, vəziyyəti daha da pisləşdirəcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Fadeyev bildirib. “Azərbaycanlı tərəfdaşlarımız Kiyevdəki neonasist rejiminə silahlar və ya ikili təyinatı olan humanitar yardımın tədarükü ilə bağlı mövqeyimizi yaxşı bilirlər. İnanırıq ki, bu cür hərəkətlər münaqişənin həllinə kömək etməyəcək və əksinə, vəziyyəti daha da pisləşdirəcək”, – Fadeyev vurğulayıb. Onun sözlərinə görə, Rusiya Xarici İşlər Onun sözlərinə görə, Rusiya XİN Nazirliyi Azərbaycan mətbuatında bu ölkədəki Azərbaycanın enerji obyektlərinə zərbələr endiriləcəyi…

Read More
Dünya 

İtaliya sahillərində qayığın batması nəticəsində 26 nəfər ölüb

İtaliyanın Lampeduza adası yaxınlığında göyərtəsində 100-ə yaxın miqrantın olduğu qayığın batması nəticəsində 26 nəfər ölüb, 10 nəfər isə itkin düşüb. “Report” xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb. Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Flavio Di Cakomo bildirib ki, miqrantlar Liviyadan iki qayıqla ayrılıblar. Onlardan biri batmağa başlayarkən bütün sərnişinlər o biri qayığa minib, nəticədə də o da həddindən artıq yüklənmə səbəbindən çevrilib.

Read More
Dünya 

İsrail İrana qarşı yenidən hərbi əməliyyatlara başlaya bilər

“İsrail Baş naziri Benyamin Netanyahu İranda əhalini etiraz aksiyalarına çağırıb. İsrail İrana qarşı yeni hərbi planlaşdırma aparır və öldürüləcək hərbi- siyasi şəxslərin portretlərini mətbuata ötürüb. İrandan da İsrailə sərt ifadələr işlədilir. Qarşılıqlı olaraq tərəflər arasında siyasi böhran yeniden dərinləşir. İran nüvə proqramını dayandırmır. Hizbullahi silahlandırır”. Bu fikirləri Musavat.com-a politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, ABŞ hərbi nəqliyyat təyyarələrini Yaxın Şərqə göndərir: “Prezident Donald Tramp İrana qarşı hərbi əməliyyatları istisna etmir. Əgər, İsrail və ABŞ İrana qarşı hərbi əməliyyatlara başlayarsa, Ali dini lider Əli Xameneini aradan götürə və İranı kapitulyasiyaya…

Read More
Dünya 

Rusiyanın Tallindəki səfirliyinin yüksək vəzifəli diplomatı Estoniyadan qovuldu

Bu gün Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın Tallinndəki səfirliyinin birinci katibini persona non-qrata elan edib və diplomatdan ölkəni tərk etməsi tələb olunub. Musavat.com xəbər verir ki, məlumatı nazirlik yayıb. Bildirilir ki, qərar rəsmi nota ilə birlikdə Rusiyanın müvəqqəti işlər vəkilinə göndərilib. Xarici İşlər Nazirliyinin məlumatına görə, rusiyalı diplomat Estoniyanın konstitusiya quruluşunun və hüquq sisteminin sarsıdılmasında, cəmiyyətin parçalanmasında, dövlətə qarşı cinayətlərin, o cümlədən bir sıra sanksiyalar rejiminin pozulmasının asanlaşdırılmasında birbaşa və fəal iştirak edib. Xarici işlər naziri Marqus Tsahkna bildirib ki, Rusiya səfirliyinin Estoniyanın daxili işlərinə daimi müdaxiləsi dayandırılmalıdır: “Qovulma aydın…

Read More
Dünya 

Rusiyanın “5-ci kolon”undan Gümrü bəyanatı

Özünü qərbpərəst adlandıran şəxslər Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazası ilə bağlı aksiya keçirməyə hazırlaşdıqlarını açıqlayıblar. Musavat.com-un erməni mediasına istinadən bildirdiyinə görə, bu barədə “Ana Ermənistan” hərəkatının yaydığı bəyanatda deyilir. Bəyanatda qeyd olunur: “Fərqli hakimiyyət şəraitində bu cür anti-erməni qüvvələrin və Türkiyənin “5-ci kolon”unun siyasi meydanımızda olması qeyri-mümkün olardı. Halbuki, indiki iqtidar dövründə bütün bunlar məlum səbəblərə görə nəinki dözümlüdür, hətta faktiki olaraq həvəsləndirilir. Bu, bizim siyasi meydanımızda mümkün deyil”. Ardınca bildirilir: “Qarabağı tutandan, Sünik (Zəngəzur) ərazisini mübahisəli zonaya çevirəndən və “Zəngəzur dəhlizi”ni əldə edəndən sonra opponentlərimiz növbəti mərhələyə –…

Read More
Dünya 

Netanyahu İran xalqına çağırış etdi: “Küçələrə çıxın, rejimə etiraz edin, sizə su verəcəm”

İsrailin baş naziri Benyamin Netanyahu İran xalqına müraciət edərək, onlara həm dəstək mesajı, həm də hakimiyyətə qarşı çıxış çağırışı ünvanlayıb. “İranlılar, siz tək deyilsiniz: bütün İsrail sizinlədir, mən sizinləyəm, bütün dünya sizinlədir,” – deyə Netanyahu bildirib. O, İsrailin böyük su təchizatçısı olduğunu vurğulayaraq İrana su ilə kömək etməyi vəd edib. Bunun qarşılığında isə xalqı küçələrə çıxmağa, hakimiyyətin yaratdığı zülmə, yoxsulluğa və İsraillə müharibəyə etiraz etməyə səsləyib. Musavat.com-un şərhinə görə, İran şəhərlərinə hərbi əməliyyatlar zamanı hava zərbələri əmr edən, Tehran, Təbriz, Ərdəbil, Nətanz, İsfahan kimi iri şəhərlərin bombalanmasında məsuliyyət daşıyan Netanyahu tərəfindən…

Read More
Dünya 

Çin avtomobillərində gözlənilməz təhlükə aşkarlandı

Rusiyanın Perm Politexnik Universitetinin alimləri məşhur Çin hibrid avtomobillərindən birində ölçmə aparıblar və müəyyən ediblər ki, salonda elektromaqnit şüalanmasının səviyyəsi mövcud normaları 8 dəfə üstələyir. Bu barədə təhsil ocağının Mətbuat Xidməti məlumat verib. Daxiliyanma mühərriki olan avtomobillərdən fərqli olaraq, hibridlərdə elektrik mühərriki, litium-ion batareyası və çeviricilər demək olar ki, daim gərgin elektromaqnit sahələr yaradır. Ən yüksək göstəricilər sürətlənmə zamanı qeydə alınıb – məqbul 25-40 əvəzinə 200 V/m. Əyləc zamanı elektomaqnit səviyyəsi 50-100 V/m olub. Avtomobil hərəkətsiz olduqda isə göstəricilər norma diapazona qayıdıb. Ekspertlərin fikrincə, bu cür elektromaqnit şüalara uzun müddət…

Read More
Dünya 

Ermənistan və İran XİN başçıları Vaşinqtondakı danışıqların nəticələrini müzakirə edib

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb. “Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, söhbət zamanı Mirzoyan Azərbaycan və ABŞ liderləri ilə avqustun 8-də Vaşinqtonda keçirilən görüşlərin nəticələrinə, o cümlədən regional nəqliyyat kommunikasiyalarının blokdan çıxması və inkişafı üzrə əldə olunmuş razılaşmalara, həmçinin gələcək birgə addımlara toxunub. O vurğulayıb ki, Bakı və İrəvanın Birgə Bəyannaməsi infrastrukturların istismarının, o cümlədən Ermənistanda ABŞ-nin iştirakı ilə tikiləcək infrastrukturun istismarının dövlətlərin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası nəzərə alınmaqla həyata keçiriləcəyini təsdiq edir. Tərəflər həmçinin Ermənistan və İran arasında…

Read More
Dünya 

Ərdoğandan MÜHÜM SAZİŞLƏ bağlı açıqlama: “Dönüş nöqtəsidir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da Azərbaycan və Ermənistan liderləri arasında əldə olunan razılaşmanı Cənubi Qafqazda uzunmüddətli sabitliyə aparan mühüm dönüş nöqtəsi kimi dəyərləndirib. Musavat.com-un xəbərinə görə, Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlama verən Ərdoğan bildirib ki, şənbə günü Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı Qarabağın azad olunmasından sonra bölgədə yaranan yeni mərhələdən, eləcə də Azərbaycana tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasından məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, bu məsələni Ermənistanın Baş naziri Nikol Paşinyanla da müzakirə edib və regionda nəqliyyat-kommunikasiya xətlərinin, sərhədlərin açılması, ticarətin genişlənməsinin bütün tərəflərin maraqlarına uyğun…

Read More