Dünya 

Erməni deputatların Kreml qorxusu: Paşinyan Rusiyanı Aİ-yə satır…

Ermənistan parlamentində martın 7-də hakim “Vətəndaş sazişi” Partiyasının deputatları ilə baş nazir Nikol Paşinyanın iştirakı ilə qapalı görüş keçirilib. Geniş tərkibdə keçirilən görüşdə partiya üzvləri ilə yanaşı xarici işlər naziri Ararat Mirzoyan, baş nazirin müavinləri, Armen Qriqoryan və s. rəsmilər iştirak ediblər. Qeyd edək ki, bundan öncəki görüş zamanı Paşinyan deputatlara Avropa İttifaqı üzvlüyünə namizədlik üçün müraciət etmək niyyətini ifadə etmiş və deputatlardan növbəti görüşə qədər müvafiq məsələni düşünmələrini istəmişdi. İclasda deputatların bir çoxu çıxış edərək mövzu ilə bağlı narahatlıqlarını dilə gətiriblər. Belə ki, partiyanın Sorosçu qanadı iclasda qəribə şəkildə…

Read More
Dünya 

Ramazanın gözəlliyi “Kanal D”də yaşanacaq – FOTO

Türkiyənin “Kanal D” kanalının Ramazan ayı üçün xüsusi hazırladığı proqramlar “M.Fatih Çıtlakla Sahur Zamanı” və “Ardanın Ramazan Mətbəxi” ekranlara gəlmək üçün gün sayır. Ramazan ayının hüzurunu, bərəkətini və gözəlliyini tamaşaçılara çatdıran M. Fatih Çıtlakın “Sahur zamanı” proqramı Ramazan ayında hər gecə canlı yayımlanacaq. Proqramda Qurani-Kərimdən ayələr, hədislər, Peyğəmbərimizin (s) həyatından hissələr və ən gözəl dualar tamaşaçılara təqdim olunacaq. M”.Fatih Çıtlak ilə Sahur Saatı” proqramı Ramazan ayı boyunca hər gecə saat 04.00-da “Kanal D”də canlı yayımlanacaq. “Ardanın Ramazan Mətbəxi” verlişdə isə iftar və sahur üçün “Nə bişirməliyəm” sualına müxtəlif reseptlərlə cavab…

Read More
Dünya 

Fransanın müdafiə naziri Makronun sözlərinə aydınlıq gətirdi

“Makronun Ukraynaya qoşun yeritməsi ilə bağlı sözləri yanlış şərh edilib” Bu açıqlama ilə Fransanın müdafiə naziri Sebastyan Lekornyu çıxış edib. O bildirib ki, söhbət münaqişənin həlli istiqamətində yolların axtarıb tapılması, həmçinin Ukrayna ərazisinin minalardan təmizlənməsi və Ukrayna hərbçilərinə təlim keçilməsindən gedir. Xatırladaq ki, fevralın 26-da Fransa prezidenti Emmanuel Makron Parisdə keçirilən sammitdə Ukraynaya qoşun göndərilməsini istisna etmədiyini bildirmişdi. Martın 7-də isə E.Makron Ukraynaya hərbi dəstək məsələsində Fransa üçün heç bir məhdudiyyətin olmadığını vurğulamışdı. Mənbə: BFM TV

Read More
Dünya 

ABŞ-dən Moskvadakı vətəndaşlarına terror təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ – FOTO

ABŞ Moskvadakı vətəndaşlarına terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Xəbərdarlıq ABŞ-nin Rusiyadakı Səfirliyinin saytında yerləşdirilib. Xəbərdarlıqda hücum ehtimalı olduğu üçün ABŞ vətəndaşlarına növbəti 48 saat ərzində böyük toplantılarda iştirakdan çəkinmələri tövsiyə olunur: “İnsanların toplaşdığı yerlərdən qaçın. Yerli mətbuatda yenilənmələri izləyin. Öz ətrafınızdan məlumatlı olun”, – deyə səfirliyin saytında qeyd edilir.  

Read More
Dünya 

Avropa Komissiyasından su qıtlığı xəbərdarlığı

Su qıtlığı qlobal istiləşməyə hazır olmayan Avropa İttifaqı (Aİ) dövlətləri arasında münaqişəyə səbəb ola bilər. Bu barədə Avropa Komissiyasının (AK) məxfi sənədində bildirilir. AK su qıtlığını həyatın demək olar ki, bütün aspektlərini təhdid edən problem kimi müəyyən edir: ərzaq istehsalı, infrastruktur, iqtisadiyyat və insan sağlamlığı. Artıq bəzi ölkələrdə mübahisələrin başladığı qeyd edilir. Belə ki, İspaniyada quraqlıqdan əziyyət çəkən Kataloniya siyasi gərginliyi alovlandıraraq, ölkə hökumətini çay suyunu qonşu Araqondan kənarlaşdırmaq üçün yola gətirməyə çalışır. 2023-cü ildə isə Fransada su anbarlarının yaradılması planları üzərində şiddətli toqquşmalar baş verib. Avropa Ətraf Mühit Agentliyinin…

Read More
Dünya 

Estoniyanın baş naziri AK rəhbəri vəzifəsinə namizədliyini irəli sürməkdən imtina edib

Estoniyanın baş naziri Kaya Kallas Avropa Komissiyasının (AK) rəhbəri seçkisində namizəd olmaq təklifindən imtina edib. Qeyd olunur ki, iyunun 6-9-na təyin edilmiş Avropa seçkisində Aİ-nin əsas institutlarının, o cümlədən AK-nin yüksək vəzifəli şəxslərinin təyin edilməsinə səbəb olacaq. “Mən bu təklifin həm müsbət, həm də mənfi tərəflərini diqqətlə nəzərdən keçirdim, lakin Avropa Uğrunda Liberallar və Demokratlar Alyansının (ALDE) rəhbərliyinə məlumat verdim ki, bu rolu öhdəmə götürməyəcəyəm. Mənim namizədliyimi irəli sürmək Estoniyaya öz problemlərimizi əsas müzakirələrdə qaldırmaq üçün yaxşı imkan verəcək, lakin ola bilsin ki, bu işi mənim namizədliyim olmadan da etmək olar”,…

Read More
Dünya 

Alla Puqaçovadan şikayət etdilər: Xarici agent kimi tanına bilər?

Rusiyalı sənətçi Alla Puqaçovanın xarici agent kimi tanınması istənilib. Bununla bağlı “Təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə üzrə federal layihə”nin fəalları Rusiya Baş Prokurorluğuna müraciət ediblər. Onların fikrincə, bunun üçün kifayət qədər səbəblər var. Səbəblər sırasında müğənninin Ukrayna ilə müharibədən sonra İsrailə getməsi, anti-Rusiya mövqeyini ifadə etməsi və Rusiyada xarici agent kimi tanınan əri Maksim Qalkinə dəstək olması göstərilib. Həmçinin ötən gün Alla Puqaçova Stas Mixaylova müraciətində bəyan edib ki, “normal insanlar Rusiyaya qayıtmaq fikrində deyillər”. Mənbə: Gazeta.ru

Read More
Dünya 

Rusiya 700-ə yaxın əcnəbini axtarışa verdi

Rusiya İstintaq Komitəsi Ukrayna Silahlı Qüvvələrində döyüşən 700-ə yaxın əcnəbini axtarışa verib. Bu barədə jurnalistlərə komitənin mətbuat xidmətindən məlumat verilib. “Əldə edilmiş sübutlar əsasında Niderland, Yeni Zelandiya, Norveç, Polşa və Rumıniya vətəndaşlarının Rusiya Cinayət Məcəlləsinin 359-cu maddəsinin 3-cü hissəsi (muzdluluq) ilə qiyabi təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsi barədə qərar qəbul olunub. Hazırda 700-ə yaxın əcnəbi axtarışa verilib, onlardan bəziləri qiyabi həbs edilib”, – deyə məlumatda bildirilib. Mənbə: TASS

Read More