Dünya 

Çexiyada fermerlər avropalı həmkarlarının etirazına qoşulacaqlar – VİDEO

Çexiyada fermerlər Mərkəzi və Şərqi Avropadakı həmkarlarının etirazına qoşulacaqlar. Qeyd olunur ki, fevralın 19-da onlar ağır texnika ilə Praqaya getməyi planlaşdırırlar, fevralın 22-də isə kütləvi mitinq və etiraz yürüşləri gözlənilir. Belçika, Polşa və Almaniya da daxil olmaqla bir çox Avropa ölkələrində fermerlərin etirazları keçirilir. Onların əsas tələbləri yeni ekoloji qaydalara əməl etdiklərinə görə fermerlərə kompensasiyanın verilməsi, bürokratik gecikmələrin azaldılması və daha şəffaf subsidiya sistemi, eləcə də Aİ bazarına daxil olan Ukrayna məhsullarının daha yaxşı tənzimlənməsidir. Mənbə: zn.ua

Read More
Dünya 

Rusiya səfirliyinin səlahiyyətli nümayəndəsi cinayət işi ilə əlaqədar Latviya XİN-ə çağırıldı

Rusiya səfirliyinin müvəqqəti səlahiyyətli katibi Oleq Zıkov Latviya Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, nazirlik Rusiyanın siyasi motivli iş qaldırdığı keçmiş və hazırkı Latviya məmurlarının siyahısı ilə bağlı məsələyə aydınlıq gətirmək istəyir. Nazirlikdən qeyd edildiyinə görə, XİN artıq 2022-ci ilin dekabrında Rusiya tərəfini rəsmi olaraq məlumatlandırıb ki, Rusiyanın başqa dövlətin ərazisində öz milli cinayət yurisdiksiyasını həyata keçirmək cəhdinin qəti əleyhinədir. Latviya hesab edir ki, Rusiyanın ekstraterritorial cinayət yurisdiksiyasını genişləndirmək səyləri Latviyanın daxili işlərinə müdaxilə kimi nəzərdən keçirilə və buna görə də BMT Nizamnaməsinə…

Read More
Dünya 

Ruslara xəbərdarlıq edildi: Estoniya sərhədi bağlanır

Narva sərhəd-keçid məntəqəsində ruslara Estoniya ilə sərhədin mümkün bağlanması ilə bağlı məlumat vərəqələri verilir. Bu barədə RTVI Teleqram kanalı məlumat yayıb. Eyni xəbərdarlıq Estoniya Sərhəd Mühafizəsinin saytında da yerləşdirilib. Bildirilib ki, son həftələrdə Rusiya Avropa Birliyinə qanuni şəkildə daxil olmaq hüququ olmayan əcnəbilərdən ibarət qrupları Estoniya sərhədinə qəsdən göndərib. Sərhəd Xidməti ruslara xəbərdarlıq edib ki, Narvadakı keçid məntəqəsi bağlanarsa, onlar başqa sərhəd keçid məntəqəsindən istifadə etməli olacaqlar.//Axar.az

Read More
Dünya 

İranın Moskvadakı səfirliyinin işçisi öldürülüb? – VİDEO

Təqribən bir həftə əvvəl İranın Moskvadakı səfirliyinin işçisi Hüseyn Cahangirinin vəfat etdiyi barədə xəbər yayıldı. Rusiya mediasının məlumatına əsasən, səfirliyin əməkdaşı Pyatnitskoye şosesində, yaşadığı evdən bir qədər aralıda yerləşən ticarət mərkəzindəki fitnes klubunda ölüb. İddiaya görə, axşam saat 6-da klubda olarkən Cahangiri özünü pis hiss edib və huşunu itirib. Hadisə yerinə gələn həkim briqadası onu xilas etmək üçün əlindən gələni edib, lakin 56 yaşlı Cahangiri dünyasını dəyişib. Ölümün səbəbi kimi infarkt göstərilib. Rəsmi açıqlamalarda Cahangirinin səfirliyin tərcüməçisi olduğu bildirilib. Belə ki, onun vəfatı ilə bağlı İranın Rusiya Federasiyasındakı səfiri Kazım…

Read More
Dünya 

ABŞ-də magistral yola eniş etmək istəyən təyyarənin qəza anı – VİDEO

ABŞ-nin Florida ştatında biznes təyyarəsinin qəza anının görüntüləri internetdə yayılıb. Hadisə həmin vaxt yolda hərəkətdə olan avtomobillərdən birinin qeydiyyat kamerası tərəfindən qeydə alınıb. Bildirilir ki, “Bombardier Challenger 604” özəl təyyarəsi Neapol şəhəri yaxınlığında yerə çırpılıb. Belə ki, uçuş zamanı təyyarənin mühərriyində problemlər yaranıb. Pilot magistral yola enmə barədə qərar alıb, lakin eniş zamanı təyyarə avtomobilə toxunub, bundan sonra təyyarədə idarəetmə itirilib və o yerə çıxrpılıb. Bununla da partlayış baş verib. Məlumatlara görə, təyyarənin göyərtəsində beş nəfər – iki pilot və üç sərnişin olub. Hər iki pilot həlak olub, sərnişinlər müxtəlif dərəcəli bədən…

Read More
Dünya 

Türkiyədə qızıl mədəni ərazisində torpaq sürüşməsi olub: Dəhşətli görüntülər – YENİLƏNİB + FOTO/VİDEO

Türkiyənin Ərzincan şəhərinin İliç rayonundakı torpaq sürüşməsi baş verən mədəndə fəhlələrin qalması ehtimalı var. Bu barədə Türkiyə Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Agentliyindən (AFAD) bildirilib. 17:54 Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda torpaq sürüşməsi baş verib. Verilən məlumata görə, hadisə qızıl mədəni ərazisində qeydə alınıb. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Ölən və ya xəsarət alanların olub-olmaması hələ ki məlum deyil. Rayon valisinin hadisə yerinə getdikdən sonra açıqlama verəcəyi gözlənilir.   Mənbə: ntv.com

Read More
Dünya 

ÜST həyəcan təbili çalır: Dünyanı ölümcül xəstəlik bürüyür

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fövqəladə vəziyyət kimi təsnif edilən vəbanın sürətlə yayılmasına nəzarəti davam etdirir. Qeyd olunub ki, təkcə 2024-cü ilin yanvar ayında 40,9 min insan ölümcül xəstəliyə yoluxub, onlardan 775-i dünyasını dəyişib. ÜST-ün məlumatına görə, bakterial infeksiya Afrika, Amerika, Asiya və Şərqi Aralıq dənizi ölkələrində qeydə alınıb. Vəbanın daha çox yayıldığı Zambiya və Zimbabvedə vəziyyət son dərəcədə kritikdir. 2023-cü ildə 700 mindən çox, 2022-ci ildə təxminən 500 min, 2021-ci ildə isə 220 mindən bir qədər çox xəstəlik qeydə alınıb. Mənbə: life.ru

Read More
Dünya 

Moskvada MiQ təyyarələri istehsal edən zavod yanır – VİDEO

Rusiya paytaxtında MiQ təyyarələri istehsal edən zavod yanır. İlkin məlumata görə, yanğın zavodun mövcud binasına bitişik rekonstruksiya sexində baş verib. Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası göndərilib. Yanğının zavodun digər binalarına keçməsi təhlükəsi var. Hadisənin səbəbi məlum deyil. Mənbə: “Baza” “Telegram” kanalı

Read More
Dünya 

Rusiyada Ermənistan istehsalı olan mineral suyu içən kişi öldü

Ermənistan istehsalı olan “Cermuk” markalı mineral su Rusiyada bir kişinin ölümünə səbəb olub. Məlumata görə, Vladikavkaz şəhərinin sakini fevralın 13-də mağazadan həmin sudan alıb içdikdən sonra qida borusu yanıb. Məlum olub ki, şüşənin içindəki sirkə imiş. Xəstəxanaya yerləşdirilən kişi bu gün dünyasını dəyişib. Hadisədən sonra Rusiya Federasiyası İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) təhlükəsizlik yoxlamaları üçün Ermənistanın Cermuk şəhəri yaxınlığında yerləşən eyniadlı yataqdan alınmış mineral suyun müəyyən partiyalarının satışını dayandırıb. Mənbə: TASS

Read More
Dünya 

KİV: NATO-nun dağılması zaman məsələsidir

NATO-nun dağılması zaman məsələsidir. Bu barədə ABŞ-nin məşhur “Politico” nəşri yazıb. Qeyd olunub ki, Avropa İttifaqı (Aİ) öz təhlükəsizliyini təmin etmək üçün artıq ABŞ-yə arxalana bilməz. “İndiki mərhələdə ABŞ-də prezident seçkisində Donald Trampın qalib gəlməsinin əhəmiyyəti yoxdur. Bu, yalnız NATO-nun dağılma vaxtına təsir edə bilər”, – deyə məlumatda bildirilib. Nəşr, həmçinin Avropa artıq tək qaldığını vurğulayıb. Xatırladaq ki, Şimali Atlantika Alyansı – NATO 1949-cu ildə yaradılıb. Alyansın təsis edilməsində məqsəd sülhün qorunmasını və azadlıqların müdafiəsini təmin etməkdir. Hazırda alyansın 31 üzvü var.

Read More