Dünya 

Belarusda Azərbaycan və türkiyəli səfir arasında görüş baş tutub – FOTO

Türkiyənin Belarusa yeni təyin etdiyi səfir Cem İşık Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyevlə görüşüb. Məlumat Azərbaycanın Belarusdakı səfirliyinin rəsmi “X” səhifəsində dərc edilib. Qeyd olunub ki, görüşdə səfirliklər arasında uğurla inkişaf edən münasibətlər, həmçinin iki ölkə arasındakı qardaşlıq və müttəfiqlik əlaqələri müzakirə olunub.

Read More
Dünya 

Güclü qar həyatı iflic etdi

Güclü qar yağması nəticəsində Tokio yaxınlığında avtomobil və dəmir yolu nəqliyyatı qismən bağlanıb. Bu barədə Yaponiya Yol İnformasiya Mərkəzi məlumat yayıb. Fırtınanın fəsadları aradan qaldırılana qədər paytaxtda bir çox avtomobil yolunun girişləri bağlanıb. Sürücülərdən qış təkərləri və təkərlərində zəncir taxmayan nəqliyyat vasitələrini idarə etməkdən çəkinmələri xahiş olunur. Tokio bölgəsində hələ də bəzi qatar xətləri işləmir. Gün ərzində nəqliyyatın hərəkətinin tam bərpası planlaşdırılır. Paytaxtın hava limanlarında ümumilikdə 27 reys təxirə salınıb.//Report

Read More
Dünya 

Yəmənə yeni hökumət başçısı təyin edilib

Yəmən Prezidentinin İdarə Heyətinin sədri Rəşad Məhəmməd əl-Alimi xarici işlər naziri Əhməd Avad bin Mübarəki respublikanın yeni hökumət başçısı təyin edib. Müvafiq sərəncam Prezident Şurasının saytında dərc olunub. Xatırladaq ki, 2014-cü ilin avqustundan Yəməndə hökumət qüvvələri ilə üsyançı “Ənsar Allah” (husi) hərəkatının tərəfdarları arasında qarşıdurma davam edir. O ən aktiv fazasına 2015-ci ilin martında Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın münaqişəyə qoşulması ilə daxil olub. Yəməndəki vətəndaş müharibəsi misli görünməmiş humanitar fəlakətlə nəticələnib. BMT-nin məlumatına görə, 24 milyondan çox yəmənlinin (ölkə əhalisinin təqribən 80%-i) humanitar yardıma ehtiyacı var, məcburi köçkünlərin sayı isə…

Read More
Dünya 

Başın sağ olsun, Türkiyə! – Əsrin fəlakətindən bir il keçir – VİDEO

2023-cü ilin fevralın 6-da Türkiyə Respublikasının Kahramanmaraş vilayəti və ətraf ərazilərdə baş vermiş dağıdıcı zəlzələdən bir il ötür. Zəlzələ nəticəsində 53 mindən çox insan həyatını itirib. Zəlzələ 11 vilayət, 124 rayon, 7 000-ə yaxın kənd və məhəllədə böyük dağıntılara səbəb olub, 14 milyon insan təbii fəlakətdən birbaşa zərər çəkib. Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk saatlarından etibarən azərbaycanlı xilasedicilər zəlzələ bölgəsinə ezam olundular. Eyni zamanda, Azərbaycan vətəndaşları tərəfindən qardaş ölkəyə maddi vəsait və ianələr şəklində dəstək göstərildi. Zəlzələdən zərər çəkmiş Türkiyəyə Azərbaycan dövlətinin yardımına bu bir il ərzində fasilə verilməyib. Hazırda…

Read More
Dünya 

Sloveniyanın ədliyyə naziri istefa verib

Sloveniyanın ədliyyə naziri Dominika Şvarts istefa verib. Bu barədə Sloveniya Mətbuat Agentliyi məlumat yayıb. Qeyd edək ki, Dominika Şvarts bu yaxınlarda Lyublyananın şərqində məhkəmə binalarının satın alınması ilə bağlı iddiaların mərkəzində olub. O, sonuncu görüşü zamanı Baş nazir Robert Qoloba istefası barədə ərizəni təqdim edib. Mənbə: TASS

Read More
Dünya 

Namibiyada matəm elan edildi

Namibiya hökuməti ölkə prezidenti Haqe Qeynqobun vəfatından sonra fevralın 5-dən etibarən onun dəfn tarixinə qədər davam edəcək matəm elan edib. “Namibiya Respublikası Hökuməti bütün vətəndaşların nəzərinə çatdırır ki, 2024-cü il fevralın 4-də Vindhukda vəfat etmiş Namibiya Respublikasının Prezidenti Zati-aliləri Haqe Qotfrid Qeynqob üçün matəm müddəti 2024-cü il fevralın 5-dən dəfn tarixinə qədər davam edəcək”, – deyə ölkənin Rusiyadakı səfirliyindən bildirilib. Qeyd olunub ki, matəm günlərində Namibiya bayrağı respublikada və onun dünyadakı diplomatik nümayəndəliklərində yarıya qədər endiriləcək. Xatırladaq ki, Qeynqob xərçəng diaqnozu ilə bazar günü 82 yaşında ölüb. O, 2015-ci ildən Namibiyaya rəhbərlik…

Read More
Dünya 

Rus diplomatlarının Aİ ölkələrində hərəkət azadlığı məhdudlaşdırıla bilər

Rusiya diplomatlarının Avropa İttifaqı (Aİ) daxilində hərəkəti məhdudlaşdırıla bilər. Məlumata görə, Çexiya hakimiyyəti növbəti anti-Rusiya sanksiyaları paketi çərçivəsində rusiyalı diplomatların akkreditə olunduğu ölkəyə gediş-gəlişinin məhdudlaşdırılmasını təklif edib. Lakin Şengen zonası daxilində hərəkət faktiki olaraq heç bir şəkildə idarə olunmadığı üçün belə tədbirləri həyata keçirmək reallıqda çox çətindir. Qeyd edək ki, hazırda Aİ-nin anti-Rusiya sanksiyalarının sayı rekord həddədir. Mövcud məhdudiyyətlərin sayı artıq 17 mini ötüb. Mənbə: osnmedia.ru

Read More
Dünya 

Filippində daşqınlar nəticəsində 17 nəfər ölüb, 400 minə yaxın adam evsiz qalıb

Filippinin Mindanao adasında baş verən daşqınlar və torpaq sürüşmələri 17 nəfərin həyatına son qoyub. “Biz 17 nəfərin öldüyünü, daha dörd nəfərin yaralandığını təsdiqləyirik. Səkkiz nəfər itkin düşüb”, – deyə milli polisin rəhbəri general Benjamin Akorda bildirib. Daşqınlar səbəbindən 400 minə yaxın yerli sakin evlərini tərk etmək məcburiyyətində qalıb, 82 minə yaxın insan təxliyə mərkəzlərinə yerləşdirilib. Mənbə: TASS

Read More
Dünya 

Macarıstan parlamentində İsveçin NATO-ya qəbulu ilə bağlı səsvermə baş tutmayıb

Macarıstan parlamentinin növbədənkənar iclasında İsveçin NATO-ya daxil olması ilə bağlı sazişin ratifikasiyası üzrə səsvermə baş tutmayıb. Parlamentin sədr müavini Şandor Lejakın verdiyi məlumata görə, iclasda yetərsay olmayıb. Belə ki, parlament mandatlarının əksəriyyətinə malik olan hakim partiya FİDES – Macarıstan Vətəndaş Birliyinin fraksiyası yalnız müxalifət partiyalarının nümayəndələrinin iştirak etdiyi iclasa qatılmaqdan imtina edib. Parlamentin saytında yayımlanan tədbirdə 199 deputatdan cəmi 51-i iştirak edib. Nəticədə, müxalifətin təklifi ilə İsveç ərizəsinin ratifikasiyası ilə yanaşı, evtanaziyanın leqallaşdırılması və akkumulyator zavodları haqqında qanun layihələrinin də daxil olduğu gündəliyi belə təsdiq olunmayıb. Mənbə: TASS

Read More
Dünya 

İrəvanda baş verən partlayışda iki nəfər ölüb – YENİLƏNİB + FOTO/VİDEO

İrəvanda baş verən partlayışdan sonra dağıntılar altından iki vətəndaşın – bir kişi və bir qadının cəsədi tapılıb. Bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin sözçüsü Narek Sarkisyan xəbər verib. Yerli media ölənlərin ər-arvad ola biləcəyini ehtimal edib. Sarkisyan isə hələlik bu barədə dəqiq məlumat olmadığını bildirib. Axtarış-xilasetmə işləri davam etdirilir. Sosial şəbəkələrdə partlayışın baş verdiyi anın görüntüləri yayılıb. 12:24 İrəvanın Erebuni rayonunda güclü partlayış baş verib. Qeyd olunur ki, partlayış nəticəsində insanlar dağıntılar altında qalıblar. İlkin məlumatlara görə, hadisə yaşayış binasında qeydə alınıb. Sosial şəbəkə istifadəçiləri isə partlayışın çörək sexində baş…

Read More