Dünya 

Rusiya ABŞ-yə əsas uran ixracatçısı olub

2023-cü ilin noyabrında ABŞ 2010-cu ildən bəri Rusiya Federasiyasından maksimum miqdarda uran alıb. Məlumata görə, 191 milyon dollarlıq ümumi alış qiymətinin 96 milyon dolları Rusiyanın payına düşür. Bundan əvvəl ABŞ Energetika Nazirliyi Rusiyadan uran almaqdan imtina etməyə hazırlaşdığını açıqlamışdı. Onlar radioaktiv yanacağın yerli tədarükünü qurmaq üçün podratçılar axtarırlar. Mənbə: RİA Novosti

Read More
Dünya 

Çilidə güclü zəlzələ baş verib

Çilidə 5,2 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri təxminən 143 min nəfər əhalisi olan Kalama şəhərindən 76 km cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 143 km dərinlikdə olub. Dağıntı və tələfat barədə məlumat yoxdur. Mənbə: TASS

Read More
Dünya 

Çeçenistanda uşağın gözü qarşısında mollanı bıçaqlayıb öldürdülər – VİDEO

Çeçenistanın Şelkovski rayonunun Voskresenovskoye kəndində 54 yaşlı din xadimi, yerli sakin olan molla qətlə yetirilib. Cinayəti qatil özü lentə alıb. Ən dəhşətli məqamlardan biri də hadisə zamanı bir neçə metr aralıda kiçik uşağın dayanması olub. Darvazadan içəri girən qatil əvvəlcə molla ilə sakit söhbət edib, sonra qəfildən yerə yıxaraq bıçaqlamağa başlayıb. Bu zaman yaxınlıqda dayanan uşaq cinayətə şahid olub. Qorxmuş uşaq hətta qışqırmayıb, sakitcə bir insanın öldürülməsini seyr edib. Qatil mollaya ən azı 10 zərbə endirib və sonra maşınına minərək hadisə yerini tərk edib. İlkin versiya kimi, qətlə qan davasının…

Read More
Dünya 

Efiopiyada Qızıl Xaçın əməkdaşı güllələnib

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşı Voldu Areqavi Berha Efiopiyanın şimalındakı Tiqray bölgəsində güllələnib.   Bu barədə komitədən məlumat verilib.   “Təcili tibbi yardım maşınının sürücüsü Qızıl Xaç loqotipi olan avtomobildə olarkən güllələnərək öldürülüb”, – deyə məlumatda bildirilir.   Komitə həkimə konkret kimin hücum etdiyi barədə dəqiq xəbər verməyib.   Qeyd edək ki, Berha 2024-cü ildə BQXK-nın ölən yeddinci nümayəndəsidir.

Read More
Dünya 

İraqda Türkiyə ordusunun səkkiz əsgəri şəhid olub, yaralananlar var – YENİLƏNİB + FOTO

Yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı şəhid olan hərbçilərin sayı səkkiz nəfərə çatıb. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb. Nazirlik qeyd edib ki, həkimlərin səyinə baxmayaraq, daha iki ağır yaralı hərbçi dünyasını dəyişib. Bölgədə əməliyyatlar davam edir. Nazirlik həyatını itirən şəhidlərə Allahdan rəhmət diləyib, ailələrinə başsağlığı verib. 01:11 Yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı şəhid olan hərbçilərin sayı altı nəfərə çatıb. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik qeyd edib ki,…

Read More
Dünya 

Zaxarova Latviyadakı “Moskva evi”nin müsadirəsinə son dərəcə ağrılı cavab vəd etdi

“Rusiya Riqadakı “Moskva Evi”nin müsadirəsini dövlət miqyasında basqın, qarət və oğurluq kimi təsnif edir”. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, Rusiyanın cavab addımları Latviya üçün çox ağrılı olacaq. Qeyd edək ki, Riqada yerləşən “Moskva evi” mədəniyyət və biznes mərkəzinin binası Latviya dövlətinin mülkiyyətinə keçib. Müvafiq qanun layihəsi Seym tərəfindən təsdiq edilib. O da qeyd edilib ki, Moskva şəhərinin əmlak departamentinə məxsus bina Latviya Nəqliyyat Nazirliyinin tabeliyinə veriləcək. Mənbə: TASS

Read More
Dünya 

Medvedev Britaniyanı müharibə ilə hədələdi – FOTO

Moskva Böyük Britaniyanın Ukraynaya rəsmi hərbi kontingentini göndərməsini Rusiyaya müharibə elanı kimi qiymətləndirəcək. ARANTV.AZ-ın məlumatına görə, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün “Telegram” kanalında yazıb. “Onların (Britaniya – red.) rəsmi hərbi kontingentinin Ukraynada yerləşdirilməsi ölkəmizə müharibə elanı demək olacaq”, – deyə o bildirib. Qeyd edək ki, bu gün Kiyevə səfər edən Britaniyanın baş naziri Rişi Sunak Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə iki ölkə arasında tarixi təhlükəsizlik sazişi imzalayacağını bildirib. Londonda vurğulanıb ki, keçən il NATO-nun Vilnüsdə keçirilən sammitində G7 ölkələri Kiyevə ikitərəfli təhlükəsizlik zəmanəti barədə razılığa gəliblər. Böyük Britaniya…

Read More
Dünya 

Ermənistanda restoranda atışma: Baş Qərargah rəisinin keçmiş müavini saxlanıldı

Ermənistanın Kotayk vilayətində restoranlardan birində atışma baş verib. Bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan məlumat verib. Məlumatına görə, restorana toplaşan 10-a yaxın adam arasında mübahisə yaranıb və bu zaman Baş Qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryan silahdan atəş açmağa başlayıb. Nəticədə bir nəfər yaralanıb və xəstəxanaya çatdırılıb. Tiran Xaçatryan isə saxlanılıb. Qor Abramyan istintaq məxfiliyini əsas gətirərək digər təfərrüatı açıqlamayıb. Məsələ ilə bağlı xuliqanlıq, qanunsuz silah dövriyyəsi, sağlamlığa zərər vurma maddələri üzrə cinayət işi açılıb. Mənbə: Erməni KİV

Read More
Dünya 

Paşinyan hansı səbəbdən MTX rəhbərini vəzifədən çıxardı, sonra isə qaytardı? – YENİLƏNİB

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Armen Abazyan yenidən direktor vəzifəsinə təyin edilib. Bildirilir ki, baş nazir Nikol Paşinyanın təklifi ilə işdən azad edilən Abazyan elə hökumət başçısının qərarı ilə də vəzifəsinə qaytarılıb. Bu, qanunun yeni tələbi ilə əlaqədardır. Belə ki, Ermənistanda ötən il dekabrın sonunda təsdiqlənən “Milli təhlükəsizlik orqanlarında xidmət haqqında” Qanuna və müvafiq qanunlara dəyişikliklərə əsasən, ölkədə MTX rəhbərini və onun müavinini artıq prezident deyil, baş nazir vəzifəyə təyin və vəzifədən azad edə bilər. Maraqlı burasıdır ki, yeni qanuna görə, bundan sonra Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini mülki şəxs tuta…

Read More
Dünya 

8 arvadı 7 sevgilisi olan 63 yaşlı şəxs: “Dayanmayacam, yenə istəyirəm, gənc olsunlar” – VİDEO

Keniyada 63 yaşlı kişi gənc qadınlara səslənib. O özünə 9-cu həyat yoldaşını axtarır. Məlumata görə, David Zakayo adlı şəxsin 8 həyat yoldaşı və 7 sevgilisi var. 107 uşağı olan 63 yaşlı şəxs ailəsini genişləndirmək istədiyini ifadə edib. Bölgəsinin standartlarına görə yoxsul hesab edilən Davidin yarım hektar qarğıdalı sahəsi var. 63 yaşlı şəxs özünü adı İncildə qeyd edilən, 700 həyat yoldaşı və 300 sevgilisi olan Kral Slomona bənzədir. Anons.az  

Read More