Dünya 

Qazaxıstanda kafe binası uçdu: Ölənlər və yaralananlar var – VİDEO

Qazaxıstanın Uralsk şəhərində kafenin yerləşdiyi bina çöküb. Hadisəyə qaz-hava qarışığının partlaması səbəb olub. Nəticədə iki nəfər ölüb, altı nəfər yaralanıb. Bu barədə Qərbi Qazaxıstan vilayətinin Fövqəladə Hallar Departamentinin Mətbuat Xidmətindən məlumat verilib. “Hazırda Fövqəladə Hallar Departamentinin qüvvələri tərəfindən dağılmış tikililərin altından altı nəfər tapılaraq çıxarılıb, onlardan beşi tibb müəssisələrinə çatdırılıb, bir nəfər xəstəxanaya yerləşdirilməkdən imtina edib. Həmçinin iki nəfərin öldüyü məlum olub, onların şəxsiyyəti müəyyənləşdirilir”, – deyə məlumatda bildirilib. Dağıntıların təmizlənməsi istiqamətində işlər davam etdirilir. Mənbə: TASS

Read More
Dünya 

Yaponiyada zəlzələdə itkin düşənlər axtarılır

Artıq dörd gündür ki zəlzələlər davam edən Yaponiyanın təbii fəlakət zonasında ən azı 51 nəfər itkin düşüb. Fövqəladə hallar, polis və ölkənin Özünümüdafiə Qüvvələrinin əsgərlərinin iştirak etdiyi ərazidə axtarış-xilasetmə əməliyyatları davam edir. Son məlumatlara görə, Yeni il günü Yaponiyanın mərkəzində baş verən silsilə güclü zəlzələlər nəticəsində ən azı 77 nəfər ölüb, 100-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb. İşikava prefekturasında zəlzələlərin törətdiyi çoxsaylı yanğınlar 200-dən çox yaşayış binasını, 250-dən çox bina isə yeraltı təkanlar nəticəsində dağılıb. Eyni zamanda yerli hakimiyyət orqanları xəbərdarlıq edir ki, dağıntıların faktiki miqyası daha böyük ola…

Read More
Dünya 

İşçilər kökəlsə, müdir cərimələnəcək – Qəribə qərar

Britaniyada kök işçilərə görə işəgötürənlərin cərimələnməsi təklif edilib. Bununla da hökumət kökəlməyə qarşı mübarizə aparmağı düşünür. Qeyd olunur ki, analoji təcrübə Yaponiyada artıq mövcuddur. Belə ki, artıq çəki ilə bağlı problemləri izləmək üçün Yaponiyada işçilərin bel ətrafı hissələri ildə bir dəfə ölçülür.//Oxu.az

Read More
Dünya 

Avropa ölkələri koronavirus preparatlarına görə milyardlarla dollar itirə bilər

Koronavirus preparatlarının istifadə müddəti 2024-cü ilin fevralına qədər olduğu üçün Avropa ölkələri 2,2 milyard dollar itirə bilər. Bunu “Airfinity” analitik qrupunun məlumatları sübut edir. Bildirilir ki, Böyük Britaniya, Fransa, İspaniya və İtaliya kimi ölkələr ABŞ-nin “Pfizer” şirkətinin vaxtı keçmiş “Paxlovid” peyvəndləri səbəbindən artıq təxminən 1,1 milyard dollar itirib. Fevral ayına qədər müddəti bitmiş dərmanların sayı 3,1 milyon kursa çatacaq. Bu, əhalinin dərman vasitələrinə əlçatanlığına ciddi nəzarət və bazar ehtiyaclarının həddindən artıq qiymətləndirilməsi ilə əlaqələndirilir. Daha əvvəl bildirilmişdi ki, Aİ ölkələri ümumi dəyəri dörd milyard avro olan minimum 215 milyon doza koronavirus peyvəndini…

Read More
Dünya 

Yaponiyada zəlzələdə ölənlərin sayı artıb – FOTO

Yaponiyada baş verən silsilə zəlzələlərdə ölənlərin sayı 30-a çatıb. Prefekturadan bildirilib ki, ən ağır vəziyyət davam edən zəlzələlərin episentrinin yaxınlığında olan İşikavadadır. Orada azı 50 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 200-dən çox evdə yanğın baş verib, 100-dən çox yaşayış binası uçub, ən azı 17 evin dağıntıları altında qalanlar var. Hadisə yerində xilasedicilər və yanğınsöndürənlər fasiləsiz işləyirlər. Faciənin nəticələrinin aradan qaldırılmasına kömək etmək üçün Yaponiyanın özünümüdafiə qüvvələrinin bölmələri də bölgəyə cəlb olunub. Xatırladaq ki, yanvarın 1-də Yaponiyanın qərbində 7,6 bala çatan güclü zəlzələlər baş verib, yeraltı təkanlar Osaka və Kiotoda hiss edilib. Təbii…

Read More
Dünya 

MDB-yə sədrlik Rusiyaya keçib

Rusiya 2024-cü ilin yanvar ayının birindən etibarən Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik etməyə başlayıb. Rusiya Prezidenti Vladimir Putin daha əvvəl bildirib ki, ölkə iqtisadi sahədə qarşılıqlı hesablaşmalarda milli valyutalara daha aktiv keçid üzərində işi davam etdirməyi gözləyir. O həmçinin terrorizm və ekstremizm, transsərhəd cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi və korrupsiya ilə mübarizədə MDB ölkələrinin birgə fəaliyyətinin vacibliyini qeyd edib. Qeyd edək ki, təşkilata 2023-cü ildə Qırğızıstan sədrlik edib. Mənbə: Gazeta.ru

Read More
Dünya 

Günəşdə 2017-ci ildən bəri ən böyük partlayış qeydə alınıb

Günəşdə 2017-ci ildən bəri ən böyük partlayış qeydə alınıb. Bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun və Günəş-Yer Fizikası İnstitutunun saytında məlumat verilib. London vaxtı ilə aparılan dünya kataloqlarında partlayış 2023-cü ilə aid edilib, baxmayaraq ki, dünyanın bəzi regionlarında artıq 2024-cü ildə qeydə alınıb. Partlayış müəyyən hissədə – Günəş ləkələrinin hərəkəti nəticəsində ulduzun tacında maqnit və elektrik enerjilərinin toplanması səbəbindən baş verib. “Dünən bu sahə Günəşin əks tərəfində idi, bu gün isə Yerin baxış sahəsinə düşür. Bu səbəbdən belə güclü partlayış tamamilə gözlənilməz oldu. Ola bilsin ki, görünən tərəfə…

Read More
Dünya 

KTMT-nin sədr ölkəsi dəyişdi

Yanvarın 1-dən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrlik Qazaxıstana keçib. 2023-cü ildə isə sədrlik Belarusda olub. Xatırladaq ki, hələ ötən ilin noyabrında Minskdə keçirilən sammitdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəsinin prioritetlərini açıqlamışdı. O qeyd etmişdi ki, prioritetlər sırasına beynəlxalq terrorizm və ekstremizmə qarşı mübarizədə əməkdaşlıq, BMT və onun strukturları, Müstəqil Dövlətlər Birliyi və Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığın genişləndirilməsi daxildir. Mənbə: Interfax.ru

Read More
Dünya 

Salatların maksimum təhlükəsiz saxlanılma müddəti açıqlanıb

Yeni ilin ertəsi günü salatları yemək sağlamlığınız üçün təhlükəli ola bilər. Bunu rusiyalı həkim-qastroenteroloq, diyetoloq İnna Zaikina deyib. “Bilməlisiniz ki, belə qidalar tez xarab olur. Belə ki, saxlama müddəti az olan məhsullar bir-biri ilə qarışır, yağlı toksinlər istehsal edən mikroorqanizmlərin çoxalması üçün zəmin yaradır”, – deyə diyetoloq vurğulayıb. Mütəxəssis bildirib ki, salatların inqrediyentləri bayram süfrəsi açılan gün hazırlanmalı və onlar mütləq soyuducuda saxlanılmalıdır. “Bu halda hazırlanan salatın ayrı-ayrı komponentlərinin təhlükəsizliyinə 18 saat zəmanət verilir. Lakin artıq hazırlanmış salatın saxlama müddəti, soyuducuda saxlansa belə, 12 saata qədər azalır”, – diyetoloq İnna…

Read More
Dünya 

Paşinyan Yeni il müraciətində xalqdan ÜZR İSTƏDİ

Ermənistanın baş naziri Nikol Paşinyan ölkə vətəndaşlarına Yeni il müraciətində deyib ki, birlikdə keçdiyi yola baxış ağrı, təəssüf hissi gətirir. Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir. “Ağrı və təəssüf haqqında çox danışdıq və danışırıq, amma bu Yeni il ərəfəsində sizə baş əyib hər biriniz üçün qürur duyduğumu bildirmək istəyirəm ki, çiyinlərimdə dözülməz bir yükə sahib olduğumuz üçün müstəqilliyimizi və suverenliyimizi möhkəmləndirməyin ən çətin yolu ilə dövlətimizi – Ermənistan Respublikasını idarə edə bildik və bacarırıq”, – o deyib. “Vətən dövlətdir. Vətəni sevirsiniz, vergi ödəyirsiniz?”, – baş nazir ritorik sualla…

Read More