Almaniyada Reyn çayının daşması nəticəsində Köln, Bonn, Düsseldorf kimi şəhərlərdə həyat iflic olub. “Report”un Avropa bürosunun məlumatına görə, Avropanın ən uzun çayı olan və mənbəyini Alp dağlarından götürən çayın sahilində yerləşən bu şəhərlərdə suyun səviyyəsi son bir həftədə iki metr qalxaraq 6,5 metrlik bir həddə çatıb. Nəticədə sahilə yaxın ev, iş yerləri, ticarət obyektləri, parklar su altında qalıb. Çayın daşması xüsusilə nəqliyyatın hərəkətində problemlər yaradıb. Bir çox iş yeri əməkdaşlarına evdə qalmaları ilə bağlı çağırışlar edib. Limanları su basdığına görə bərə səfərləri təxirə salınıb, yük gəmilərinin hərəkəti məhdudlaşdırılıb. Yanacaq daşıyan…
Read More