Dünya 

İranda “Mossad”la əlaqəsi olan dörd nəfər edam edilib

İranda İsrailin “Mossad” kəşfiyyat xidməti ilə əlaqəsi olan dörd nəfər edam edilib. Bu barədə İran yerli hakimiyyət orqanları bildirib. Məlumata görə, İsrail strukturları ilə əməkdaşlıq işi ilə bağlı ümumilikdə on nəfər həbs edilib. Əyalət məhkəməsinin qərarından Vəfa Hənare, Aram Öməri, Rəhman Pərhazo və Nəsim Namazinin pul mükafatı müqabilində İran hüquq-mühafizə orqanları əməkdaşlarının evlərini və maşınlarını yandırdıqları məlum olub. İddia edilir ki, bu yolla məhkumlar ölkənin təhlükəsizliyini pozmaq niyyətində olublar. Mənbə: kommersant.ru

Read More
Dünya 

ABŞ-nin məşhur ştatında daşqın xəbərdarlığı edildi – FOTO

ABŞ-nin Kaliforniya ştatında sahilyanı daşqın xəbərdarlığı edilib. Ştatın “Half Moon Bay” bölgəsindəki “Surfers” çimərliyində və San-Fransisko şəhərindəki Okean çimərliyində nəhəng dalğalar meydana gəlib. Bu səbəbdən bölgədə sahilyanı ərazilərin su altında qala biləcəyi ilə bağlı əhaliyə xəbərdarlıq olunub. Lakin bəzi vətəndaşlar nəhəng dalğaları müşahidə etmək üçün sahilə üz tutublar.   Mənbə: Haber Global

Read More
Dünya 

BMT: “Milyonlarla əfqan aclıqdan əziyyət çəkir”

BMT-nin saytında verilən məlumata görə, Əfqanıstanda milyonlarla insan aclıqdan əziyyət çəkir və ölkə əhalisinin üçdə birinin qidaya çıxışı yoxdur. Hesabatda deyilir ki, ailələr aclığın ən kəskin olduğu sərt qış aylarına, xüsusilə qar və buzla əhatə olunmuş dağlıq ərazilərdə hazır deyillər. Təşkilat qeyd edir ki, 2023-cü ilin yanvar-noyabr aylarında BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) Əfqanıstanda 18,4 milyon insana yardım edərək, 559 min tondan çox ərzaq paylayıb. BMT-nin məlumatına görə, son altı ayda ÜƏP İslam İnkişaf Bankı tərəfindən idarə olunan Əfqanıstan Humanitar Etimad Fondunun 3,2 milyon dollarlıq qrantı sayəsində 230 000-ə yaxın…

Read More
Dünya 

Türkiyədə 100-dən çox tələbə qidadan zəhərlənib

Türkiyənin İsparta şəhərində 130 tələbə qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, Yalvaç rayonunda qız və oğlan yataqxanasında olan tələbələr şam yeməyindən sonra özlərini pis hiss ediblər.  Onları dərhal Yalvaç Dövlət Xəstəxanasına çatdırıblar. Qeyd edək ki, xəstəxanada müalicəsi başa çatan 11 tələbə evə buraxılıb, digər tələbələrin müalicəsi isə davam etdirilir. Mənbə: trthaber

Read More
Dünya 

Qlobal əqdlərin həcmi 10 illik minimuma düşdü

Qlobal əqdlərin həcmi 2013-cü ildən bəri ilk dəfə üç trilyon dollardan aşağı düşüb. Sonuncu dəfə 2008-2009-cu illərdə elan edilmiş əqdlərin dəyəri iki il ardıcıl olaraq 10%-dən çox azalıb. Analitiklər bildirirlər ki, yüksək faiz dərəcələri, geosiyasi gərginlik və tənzimləyici narahatlıqlar qlobal sövdələşmələrin artımında iki illik fasiləyə səbəb olub. “Financial Times” London Fond Birjasının (LSE) məlumatlarına istinadən yazır ki, 2023-cü ildə dünya üzrə təxminən 2,9 trilyon dollarlıq əqd bağlanıb ki, bu da 2022-ci illə müqayisədə 17% azdır. Nəşr vurğulayır ki, ən kəskin azalma Avropada baş verib – il ərzində 28%. Asiya-Sakit okean regionu…

Read More
Dünya 

Azərbaycanla qonşu ölkələrdə də güclü külək fəsadlar törətdi – VİDEO

Azərbaycanla qonşu Gürcüstanda əlverişsiz hava şəraiti hökm sürür. Xüsusən paytaxt Tbilisidə qasırğa tüğyan edir. Güclü külək reklam lövhələrini, binaların damlarını uçurub, ağacları qırıb. Dağıstanda da çovğun fəsadlarla nəticələnib. Belə ki, Mahaçqalada 15-25 m/s-ə çatan güclü külək evin damını uçurub və elektrik xəttinə aşıb. 15 min insan işıqsız qalıb. Yol-nəqliyyat hadisələri də artıb. Xatırladaq ki, ölkəmizdə də əlverişsiz hava səbəbindən onlarla ağac qırılıb, avtomobillərə ziyan dəyib, həmçinin üç nəfər yaralanıb.  

Read More
Dünya 

Pakistanda Yeni il şənliklərini qadağan edildi

Pakistanın müvəqqəti hökumətinin başçısı Ənvar-ül-Haqq Kakar Qəzza əhalisi ilə həmrəylik əlaməti olaraq ölkədə Yeni il şənliklərinin tam qadağan edildiyini açıqlayıb. Kakar xalqa müraciətində Fələstindəki vəziyyətlə bağlı ciddi narahatlıq ifadə edib. Müvəqqəti Nazirlər Kabinetinin rəhbəri vurğulayıb ki, oktyabrın əvvəlindən bu yana 9 mini uşaq olmaqla, 21 mindən çox fələstinli öldürülüb. Kakar əlavə edib ki, Pakistan hər bir mövcud qlobal forumda Fələstin xalqının ağır vəziyyətini gündəmə gətirib və Qəzzada axan qanı dayandırmaq üçün gələcəkdə də bunu davam etdirəcək. Mənbə: TASS

Read More
Dünya 

Türkiyənin yeni zərbə PUA-sı ilk uçuşunu həyata keçirdi – VİDEO

Türkiyənin yeni pilotsuz uçuş aparatı (PUA) “Anka-3” ilk uçuşunu uğurla həyata keçirib. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X” səhifəsində bildirib. “Ümid edirəm ki, təyyarəmiz qabaqcıl texnologiyası, dizaynı və performansı ilə müdafiə qabiliyyətimizi gücləndirəcək”, – Türkiyə lideri qeyd edib. Qeyd edək ki, hücum-zərbə PUA-sı olan “Anka-3” məxfi texnologiyalardan istifadə etməklə “uçan qanad” dizaynına uyğun olaraq yaradılıb ki, bu da onu radarlar üçün görünməz edir. Dron turbojet mühərriki ilə təchiz edilib. Onun maksimal uçuş hündürlüyü 12 kilometr, havada qalma müddəti 10 saat, faydalı yükü 1 200 kiloqram, maksimal sürəti 800…

Read More
Dünya 

Dünyanı niyə yeni pandemiyaya hazırlamaq istəyirlər? – süni, yoxsa….

Adil Qeybulla: “COVİD-19 pandemiyası artıq bitib, yeni pandemiyanın yaranması o zaman qaçılmaz olacaq ki…” COVİD-19 pandemiyası başa çatar-çatmaz dünyada belə söhbətlər, müzakirələr meydana çıxdı ki, yeni bir pandemiya elan oluna bilər. Hazırda dünyanın müxtəlif ölkələrində qızılca geniş şəkildə yayılıb, ancaq pandemiya halı yoxdur. Lakin sanki bir sıra güclər növbəti pandemiya başlatmaqda maraqlıdırlar, digər bir qütb isə buna qarşı mübarizə aparır. “Dünya daha bir mümkün pandemiyaya hazır deyil”. Bu barədə BMT Baş katibi Antonio Quterreş Epidemiyaya Beynəlxalq Hazırlıq Günü (27 dekabr) ilə bağlı bəyanatında deyib. COVİD-19 pandemiyasını xatırladan BMT Baş katibi…

Read More
Dünya 

Türkiyə Milli Müdafiə Nazirliyi 12 hərbçinin həlak olduğu əməliyyatın bəzi təfərrüatını açıqlayıb

Dekabrın 23 və 24-də İraqın şimalında terror hücumu nəticəsində ümumilikdə 12 türkiyəli hərbçinin həlak olmasından sonra Türkiyə Milli Müdafiə Nazirliyi sözügedən hadisənin bəzi təfərrüatını açıqlayıb. Açıqlamada qeyd olunub ki, hadisə “Pence-Kilit” əməliyyatı bölgəsində, mürəkkəb relyef şəraitində baş verib. Bildirilir ki, hadisənin baş verdiyi yüksəklik, dik yamaclar və qayalıqları olan sıldırım dağlıq ərazidir və minlərlə mağaranın olduğu bir yerdir. “Nəzərə alınmalıdır ki, qeyd olunan ərazilərdə sıx duman və çovğun səbəbindən görmə məsafəsi 5-10 metrə qədər aşağı enir. Ərazi mağaralarla zəngin olduğundan kiçik qruplar bu təbii istehkamlarda maneəsiz gizlənə və pusqu qura bilirlər”, – deyə açıqlamada…

Read More